Məhkəmə qərarları › İş №2(010)-1886/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1886/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1886/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, yeni Genova masa, Genova jurnal masa, Venetsıyamebelüçün 2010 manat ödənilməmiş hissə, 403 manat dəbbə pulu,xx.xx.2018-ci iltarixli müqaviləsinə əsasən, playstatıon-4 sony, playstatıon-4 pultüçün 1248 manat ödənilməmiş hissə, 281 manat dəbbə,xx.xx.2018-ci iltarixli müqaviləsinə əsasən, İMEİ kodu **********67385 X5 4 X, **********79405 X5 4 X markalı telefon üçün 608 manat ödənilməmiş hissə, 182 manat dəbbə pulu, ümumilikdə 4732manat borcun və 30manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərindəki müqavilələrinə əsasən, yeni Genova masa, Genova jurnal masa, Venetsıya mebel, playstatıon-4 sony, playstatıon-4 pult, İMEİ kodu **********67385 X5 4 X , **********79405 X5 4 X markalı telefon almış və nəticədə 4732 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2304 olan yeni Genova masa, Genova jurnal masa, Venetsıya mebelüçün 2413 manat olmaqla ondan, 2010 manat ödənilməmiş hissə, 403 manat dəbbə pulu,xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1248 manatolan playstatıon-4 sony, playstatıon-4 pultüçün 1529 manat olmaqla ondan, 1248 manat ödənilməmiş hissə, 281 manat dəbbə pulu,xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1016manatolan İMEİ kodu **********67385 X5 4 X, **********79405 X5 4 X markalı telefonüçün 790 manat olmaqla ondan 608 manat ödənilməmiş hissə, 182 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 702 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ciil tarixli, 91500 saylı bağlanmış müqaviləyə əsasən, «xxxxxxxxxxx» MMC Cavabdeh 12 ay müddətinə hər ay 76 manat nağd ödəniş olmaqla, ümumi qiyməti 1016 manat olan mobil telefonlar satmışdır. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ciil tarixli, K00212448 saylı bağlanmış müqaviləyə əsasən, «xxxxxxxxxxx» MMC Cavabdeh 24 ay müddətinə hər ay 52 manat nağd ödəniş olmaqla, ümumi qiyməti 1248 manat olanavadanlıq satmışdır. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ciil tarixli, K00212431 saylı bağlanmış müqaviləyə əsasən, «xxxxxxxxxxx» MMC Cavabdeh 24 ay müddətinə hər ay 96 manat nağd ödəniş olmaqla, qiyməti 2304 manat olanməişət avadanlığı satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” ilə aralarında bağlanmış xx.xx.2018-ciil tarixli və xx.xx.2018-ciil tarixli müqavilələr üzrə ümumilikdə 3866 manat ödənilməmiş məbləğ, 866 manat dəbbə borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2018-ciil tarixli və xx.xx.2018-ciil tarixli müqavilələrə əsasən mobil telefonlar və məişət avadanlıqları almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2018-ciil tarixli, 91500 saylı müqavilə üzrə 608 manat ödənilməmiş hissə, xx.xx.2018-ciil tarixli, K00212448 saylı müqavilə üzə 1248 manat ödənilməmiş hissə və xx.xx.2018-ciil tarixli, K00212431 saylı müqavilə üzrə 2010 manat ödənilməmiş hissə «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “xxxxxxxxxxx” MMC-niniddiasının 866 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 250 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ciil tarixli, 91500 saylı müqavilə üzrə 608 manat ödənilməmiş məbləğ, 50 manat dəbbə pulu, xx.xx.2018-ciil tarixli, K00212448 saylı müqavilə üzrə 1248 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu və xx.xx.2018-ciil tarixli, K00212431 saylı müqavilə üzrə 2010 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu və 30 manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxx” MMC-ninxeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ciil tarixli, 91500 saylı müqavilə üzrə 608 manat ödənilməmiş məbləğ, 50 manat dəbbə pulu, xx.xx.2018-ciil tarixli, K00212448 saylı müqavilə üzrə 1248 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu və xx.xx.2018-ciil tarixli, K00212431 saylı müqavilə üzrə 2010 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu, ümumilikdə 4116 (dörd min yüz on altı) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar