Məhkəmə qərarları › İş №2(010)-1889/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1889/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1889/2020 10.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi x3 katibliyiilə, İddiaçı “xxxxxxxxxxx” x1 nümayəndəsi x5 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” x1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Samsung markalı LED televizor, Samsung markalı paltaryuyan üçün 268 (iki yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, cəmi 295 manat, İMEİ kodu **********82279 Samsung Galaxy A6 markalı telefon, Xiaomi Mi band 3 qol saatı üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 60 (altmış) cərimə, cəmi 660 manat, İMEİ kodu **********52492 Samsung Galaxy A7 markalı telefon üçün 715 (yeddi yüz on beş) manat ödənilməmiş hissə, 45 (qırx beş) cərimə, cəmi 760 manat, Alyans-Paris masa ,VENETSİYA mebel üçün 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 0 (sıfır) cərimə, cəmi 72 manat, ümumilikdə 1787 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1817 (bir min səkkiz on yeddi) manat Cavabdeh alınaraq İddiaçıx2 ödənməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxxxxxxxxx” MMC-in Cavabdeh qarşı borcun tutulması tələbtinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi x6 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki,Cavabdeh, “xxxxxxxxxxx” MMC ilə 23.05.2018-ci il tarixli və 08.09.2018-ci il, 17.11.2018-ci il , 19.02.2019-cu iltarixli müqaviləsinə əsasən, Samsung markalı LED televizor, Samsung markalı paltaryuyan, İMEİ kodu **********82279 Samsung Galaxy A6 markalı telefon, Xiaomi Mi band 3 qol saatı, İMEİ kodu **********52492 Samsung Galaxy A7 markalı telefon, Alyans-Paris masa, VENETSİYA mebel almış və nəticədə 1787 (min yeddi yüz səksən yeddi) manatborc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.05.2018-ci iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3445(üç min dörd yüz qırx beş)manat (12 ay x 268 manat +229 manat ilkin ödəniş) Samsung markalı LED televizor , Samsung markalı paltaryuyanüçün 295(iki yüz doxsan beş) manat olmaqla ondan, 268 (iki yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi)manat cərimə; 08.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1200 (min iki yüz) manat (24 ay x 50 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********82279 Samsung Galaxy A6 markalı telefon , Xiaomi Mi band 3 qol saatı üçün 660 (altı yüz altmış) manat olmaqla ondan, 600 (altı yüz) ıııanat ödənilməmiş hissə, 60 (altmış) cərimə;17.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1369 (min üç yüz altmış doqquz) manat (24 ay x 55 manat +49 manat ilkin ödəniş) İMEİ kodu **********52492 Samsung Galaxy A7 markalı telefon üçün 760 (yeddi yüz altmış) manat olmaqla ondan, 715 (yeddi yüz on beş) manat ödənilməmiş hissə, 45 (qırx beş) cərimə; 19.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864(səkkiz yiiz altmış dörd)manat(12 ay x 72 manat +0 manat ilkin ödəniş) Alyans-Paris masa, VENETSİYA mebel üçün 72(yetmiş iki) manat olmaqla ondan, 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 0 (sıfır) cərimə miqdarındaborc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5223 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa,müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla əlaqədar iddiaçı “xxxxxxxxxxx” MMC cavabdehdən Samsung markalı LED televizor, Samsung markalı paltaryuyan üçün 268 (iki yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, cəmi 295 manat, İMEİ kodu **********82279 Samsung Galaxy A6 markalı telefon, Xiaomi Mi band 3 qol saatı üçün 600 (altı yüz) manat ödənilməmiş hissə, 60 (altmış) cərimə, cəmi 660 manat, İMEİ kodu **********52492 Samsung Galaxy A7 markalı telefon üçün 715 (yeddi yüz on beş) manat ödənilməmiş hissə, 45 (qırx beş) cərimə, cəmi 760 manat, Alyans-Paris masa,VENETSİYA mebel üçün 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 0 (sıfır) cərimə, cəmi 72 manat, ümumilikdə 1787 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1817 manat Cavabdeh alınaraq İddiaçı “xxxxxxxxxxx” x2 ödənməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 08.09.2018-ci tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” x4-satqı qiyməti 1200 (min iki yüz) manat (24 ay x 50 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********82279 Samsung Galaxy A6 markalı telefon almış və həmin əşyanı alınmasına görə1200 manat pulu 24 ay ərzində, ilkin ödənişsiz, hər ay 50 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 23.05.2018-ci il tarixlialqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” x4-satqı qiyməti 3445 (üç min dörd yiiz qırx beş) manat (12 ay x 268 manat +229 manat ilkin ödəniş) Samsung markalı LED televizor, Samsung markalı paltaryuyan üçün markalı telefon almış və həmin əşyanı alınmasına görə 3445 manat pulu 12 ay ərzində, 229 manat ilkin ödənişlə, hər ay 268 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 17.11.2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” x4-satqı qiyməti 1369 (min üç yüz altmış doqquz) manat (24 ay x 55 manat +49 manat ilkin ödəniş) İMEİ kodu **********52492 Samsung Galaxy A7 markalı telefon almış və həmin əşyanı alınmasına görə1369 manat pulu 24 ay ərzində, 49 manat ilkin ödənişlə, hər ay 55 manat, ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 19.02.2019-cu il tarixlialqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” x4-satqı qiyməti alqı-satqı qiyməti 864 (səkkiz yiiz altmış dörd) manat (12 ay x 72 manat +0 manat ilkin ödəniş) Alyans-Paris masa, VENETSİYA mebel üçün almış və həmin əşyanı alınmasına görə864 manat pulu 12 ay ərzində, ilkin ödənişsiz, hər ay 72manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 21 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh“xxxxxxxxxxx” ASC-yə23.05.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3445 (üç min dörd yüz qırx beş) manat (12 ay x 268 manat +229 manat ilkin ödəniş) Samsung markalı LED televizor , Samsung markalı paltaryuyan üçün 295 (iki yüz doxsan beş) manat olmaqla ondan, 268 (iki yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə; 08.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1200 (min iki yüz) manat (24 ay x 50 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********82279 Samsung Galaxy A6 markalı telefon , Xiaomi Mi band 3 qol saatı üçün 660 (altı yüz altmış) manat olmaqla ondan, 600 (altı yüz) ıııanat ödənilməmiş hissə, 60 (altmış) cərimə;17.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1369 (min üç yüz altmış doqquz) manat (24 ay x 55 manat +49 manat ilkin ödəniş) İMEİ kodu **********52492 Samsung Galaxy A7 markalı telefon üçün 760 (yeddi yüz altmış) manat olmaqla ondan, 715 (yeddi yüz on beş) manat ödənilməmiş hissə, 45 (qırx beş) cərimə; 19.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 (səkkiz yiiz altmış dörd) manat (12 ay x 72 manat +0 manat ilkin ödəniş) Alyans-Paris masa, VENETSİYA mebel üçün 72 (yetmiş iki) manat olmaqla ondan, 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 0 (sıfır) cərimə miqdarında borc,ümumilikdə 1787 manat borcu vardır. Mülki işin materiallarında olan 11 sentyabr 2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasənalqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasənəşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 23.05.2018-ci il tarixli və 08.09.2018-ci il, 17.11.2018-ci il , 19.02.2019-cu il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh23.05.2018-ci iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3445 (üç min dörd yiiz qırx beş) manat (12 ay x 268 manat +229 manat ilkin ödəniş) Samsung markalı LED televizor, Samsung markalı paltaryuyan, 08.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1200 (min iki yiiz) manat(24 ay x 50 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********82279 Samsung Galaxy A6 markalı telefon, 17.11.2018-ci iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1369(min üç yüz altmış doqquz)manat (24 ay x 55 manat +49 manat ilkin ödəniş) İMEİ kodu **********52492 Samsung Galaxy A7 markalı telefon 19.02.2019-cu iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864(səkkiz yiiz altmış dörd)manat (12 ay x 72 manat +0 manat ilkin ödəniş) Alyans-Paris masa, VENETSİYA mebelin dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmiş, 1787 manat borc, ondan 1655 (altı yüz əlli beş) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat cərimə pulu borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 1655 (min altı yüz əlli beş) manat məbləğində əsas borc Cavabdehtutularaq “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 10 dekabr 2017-ci il tarixli müqavilənin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə manat məbləğində əsas borca tənasübsüz olaraq 135 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 135 manat məbləğində cərimə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 1655 (bir min altı yüz əlli beş) manat məbləğində əsas borc və 10 manat hesablanmış dəbbə pulu, ümumilikdə 1665 manat məbləğində olan borc iddiaçı Cavabdeh qızından tutularaq cavabdeh “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxxxxxxxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi27 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxx” x7 iddiası qismən təmin edilsin. Cavabdeh 1655 (min altı yüz əlli beş) manat əsas borcu, 10(on) manat cərimə pulu olmaqla, ümumilikdə 1665 (min altı yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq “xxxxxxxxxxx” x8 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxxxxxxxxx” x8 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar