Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1895/2020 10.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi x3 katibliyiilə, İddiaçı “xxxxxxxxxxx” x1 nümayəndəsi x5 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” x1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı borcunu tutulmasına tələbinə dair kiçik iddialara adir sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ilə məhkəməyə müraciət edərək,İMEİ kodu **********22196Samsung Galaxy A3 telefon üçün 524 (bes yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə, cəmi 576 manat, Samsung markalı soyuducu üçün 735 (yeddi yüz otuz beş) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə, cəmi 809 manat, ümumilikdə 1385 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1415 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” x2 ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərardadı ilə İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı borcunu tutulmasına tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi x6 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxxxxxxxxx” MMC ilə 15.07.2018-ci il tarixli və 07.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********22196 Samsung Galaxy A3 telefon, Samsung markalı soyuducu almış və nəticədə 1385 (min üç yüz səksən beş) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 845 (səkkiz yüz qırx beş)manat (24 ay x 35 manat + 5 manat ilkin ödəniş) İMEİ kodu **********22196 Samsung Galaxy A3 telefon üçün 576 (beş yüz yetmiş altı)manat olmaqla ondan, 524 (beş yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə; 07.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1920 (min doqquz yüz iyirmi)manat (12 ay x 160 manat+ 0 manat ilkin ödəniş) Samsung markalı soyuducu üçün 809 (səkkiz yüz doqquz) manat olmaqla ondan, 735 (yeddi yüz otuz beş) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 15.07.2018-ci il tarixli aldığı HOFFMANN markalı soyuducu geri qaytarmış və borcundan silinmişdir və cəmi ödədiyi məbləğ 1506 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti itirilmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mühahisəsiz olaraq penya ödəyir. Bununla əlaqədar iddiaçı “xxxxxxxxxxx” MMC İMEİ kodu **********22196 Samsung Galaxy A3 telefon üçün 524 (bes yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə, cəmi 576 manat, Samsung markalı soyuducu üçün 735 (yeddi yüz otuz beş) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat cərimə, cəmi 809 (səkkiz yüz doqquz) manat, ümumilikdə 1385 (bir min üç yüz səksən beş) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1415 (bir dörd yüz on beş) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” x2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehməhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 15.07.2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” x4-satqı qiyməti 845 (səkkiz yüz qırx beş)manat (24 ay x 35 manat+ 5 manat ilkin ödəniş) İMEİ kodu **********22196 Samsung Galaxy A3 telefon almış və həmin əşyanı alınmasına görə 845 manat pulu 24 ay ərzində, 5 manat ilkin ödəniş ödəmək şərti ilə, hər ay 35 manat, ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 07.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh“xxxxxxxxxxx” x7 alqı-satqı qiyməti 1920 (min doqquz yüz iyirmi) manat (12 ay x160 manat+0 manat ilkin ödəniş) Samsung markalı soyuducu üçün markalı telefon almış və həmin əşyanı alınmasına görə 1920 manat pulu 12 ay ərzində, ilkin ödənişsiz, hər ay 160 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 20 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh “xxxxxxxxxxx” ASC-yə15.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 845 (səkkiz yüz qırx beş)manat (24 ayx35 manat+ 5 manat ilkin ödəniş) İMEİ kodu **********22196 Samsung Galaxy A3 telefonüçün 576 (beş yüz yetmiş altı) manat olmaqla ondan, 524 (beş yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə; 07.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1920 (min doqquz yüz iyirmi) manat (12 ay x160 manat+0 manat ilkin ödəniş) Samsung markalı soyuducu üçün 809 (səkkiz yüz doqquz) manat olmaqla ondan, 735 (yeddi yüz otuz beş) manat ödənilməmiş hissə, 74 (yetmiş beş) manat cərimə miqdarında borc, ümumilikdə 1385, ondan 1259 ödənilməmiş əsas borc, 126 cərimə borcu yaranmışdır.. Mülki işin materiallarında olan 07 avqust 2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasənalqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasənəşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 07.08.2018-ci və 15.07.2018ci il tarixlialqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 15.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 845 (səkkiz yüz qırx beş)manat (24 ayx35 manat+ 5 manat ilkin ödəniş) İMEİ kodu **********22196 Samsung Galaxy A3 telefon, 07.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1920 (min doqquz yüz iyirmi) manat (12 ay x160 manat+0 manat ilkin ödəniş) Samsung markalı soyuducunun dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmiş, 1385 manat borc, ondan 1259 (min iki yüz əlli doqquz) manat ödənilməmiş hissə, 126 (yüz iyirmi altı) manat cərimə pulu borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 1259 (min iki yüz əlli doqquz) manat məbləğində əsas borc Cavabdehtutularaq “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 15.07.2018-ci il tarixli və 07.08.2018-ci il tarixli müqavilənin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 1259 manat məbləğində əsas borca tənasübsüz olaraq 126 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 126 manat məbləğində cərimə pulu azaldılaraq10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 1259 (bir min iki yüz əlli doqquz) manat məbləğində əsas borc və 10 manat hesablanmış dəbbə pulu, ümumilikdə 1269 manat məbləğində olan borc iddiaçı Cavabdeh qızından tutularaq cavabdeh “xxxxxxxxxxx” ASCyə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxxxxxxxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi27 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxx” x8 iddiası qismən təmin edilsin. Cavabdeh 1259 (min iki yüz əlli doqquz) manat əsas borcu, 10(on) manat cərimə pulu olmaqla, ümumilikdə 1269 (min iki yüz altmış doqquz )manat məbləğində pul vəsaiti tutularaq “xxxxxxxxxxx” x9 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxxxxxxxxx” x9 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1895/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1895/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver