Məhkəmə qərarları › İş №2(010)-1898/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1898/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1898/2020 10.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi x3 katibliyiilə, İddiaçı “xxxxxxxxxxx” x1 nümayəndəsi x4 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” x1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında olanərizəsi ilə müraciət edərək, İMEİ kodu **********01716 Samsung J2, **********27349 Samsung J2 markalı telefon üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə, cəmi 484 manat, VERSAGE ÇARPAYİ , DOSHEK URETAN üçün 944 (doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə, cəmi 1038 manat, ümumilikdə 1522 (min beş yüz iyirmi iki)manat borc və30 (otuz)manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxxxxxxxxx” x2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərardadı ilə İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxx” MMC-in nümayəndəsi x5 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh, “xxxxxxxxxxx” MMC ilə 10.07.2018-ci il tarixli və 02.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01716 Samsung J2, **********27349 Samsung J2 markalı telefon, VERSAGE CARPAYİ, DOSHEK URETAN almış və nəticədə 1522 (min beş yüz iyirmi iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 938 (doqquz yüz otuz səkkiz)manat (20 ay -44 manat+58 manat ilkin ödəniş) İMEİ kodu **********01716 Samsung J2, **********27349 Samsung J2 markalı telefon üçün 484 (dörd yüz səksən dörd) manat olmaqla ondan, 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 44 (qırx dörd ) manat cərimə; 02.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1416 (min dörd yüz on altı)manat (24 ay x 59 manat+ 0 manat ilkin ödəniş) VERSAGE CARPAYİ , DOSHEK URETAN üçün 1038 (min otuz səkkiz) manat olmaqla ondan 944 (doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdenin cəmi ödədiyi məbləğ 970 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla əlaqədar iddiaçı“xxxxxxxxxxx” MMC İMEİ kodu **********01716 Samsung J2 , **********27349 Samsung J2 markalı telefon üçün 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə, cəmi 484 manat, VERSAGE ÇARPAYİ, DOSHEK URETAN üçün 944 (doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə, cəmi 1038 manat, ümumilikdə 1522 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1552 (min beş yüz əlli iki) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” x2 ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 10.07.2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” x6 alqı-satqı qiyməti 938 (doqquz yüz səkkiz) manat (20ay x 44 manat +58 manat ilkin ödəniş)İMEİ kodu **********01716 Samsung J2, **********27349 Samsung J2 markalı telefon üçün telefon almış və həmin əşyanı alınmasına görə 938 manat pulu 20 ay ərzində, hər ay 44 manat, 58 manat ilkin ödəniş şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 02.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxxxxxxxxx” x6 alqı-satqı qiyməti 1416(min dörd yüz on altı) manat (24 ay x 59 manat +0 manat ilkin ödəniş) Versage Çarpayı, Döshek Uretanüçün1038 (min otuz səkkiz) olmaqla ondan, 944 (doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə,94 (doxsan dörd) manat cərimə ümumilikdə 1522 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 20 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh “xxxxxxxxxxx” ASC-yə10.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 938(doqquz yüz otuz səkkiz) manat (20 ay x 44 manat +58 manat ilkin ödəniş) İMEİ kodu **********01716 Samsung J2 , **********27349 Samsung J2 markalı telefon üçün 484 (dörd yüz səksən dörd) manat olmaqla ondan, 440 (dörd yüz qırx) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat cərimə; 02.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1416 (min dörd yüz on altı)manat (24 ay x 59 manat+ 0 manat ilkin ödəniş) VERSAGE CARPAYİ , DOSHEK URETAN 1416 (min dörd z on altı)manat (24 ay x 59 manat+ 0 manat ilkin ödəniş) VERSAGE CARPAYİ , DOSHEK URETAN üçün 1038 (min otuz səkkiz) manat olmaqla ondan 944 (doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə borcu,ümumilikdə 1522 manat borcu vardır. Mülki işin materiallarında olan 02 avqust 2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasənalqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasənəşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxxxxxxxxx” ASC ilə Cavabdeharasında bağlanmış 10.07.2018-ci il tarixli və 02.08.2018-ci il tarixlialqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 10.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti alqı-satqı qiyməti 938 (doqquz yüz otuz səkkiz)manat (20 ay - 44 manat +58 manat ilkin ödəniş) İMEİ kodu **********01716 Samsung J2, **********27349 Samsung J2 markalı telefon, 02.08.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti alqı-satqı qiyməti 1416 (min dörd yüz on altı)manat (24 ay x 59 manat+ 0 manat ilkin ödəniş) VERSAGE CARPAYİ, DOSHEK URETANİN dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmiş, 1522 (bir min beş yüz iyirmi iki) manat borc, ondan 1384 (bir min üç yüz səksən dörd) manat ödənilməmiş hissə, 138 (yüz otuz səkkiz) manat cərimə pulu borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 1522 (min beş yüz iyirmi iki) manat məbləğində əsas borc Cavabdehtutularaq “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 10.07.2018-ci il tarixli və02.08.2018-ci il tarixli müqavilələrinin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə manat məbləğində əsas borca tənasübsüz olaraq 138 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 138 manat məbləğində cərimə pulu azaldılaraq10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 1384 (bir min üç yüz səksən dörd) manat məbləğində əsas borc və 10 manat hesablanmış dəbbə pulu, ümumilikdə 1394 (bir min üç yüz doxsan dörd) manat məbləğində olan borc iddiaçı Cavabdeh tutularaq cavabdeh “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxxxxxxxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi27 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxx” x7 iddiası qismən təmin edilsin. Cavabdeh 1384 (bir min üç yüz səksən dörd) manat əsas borcu, 10(on) manat cərimə pulu olmaqla, ümumilikdə 1394 (bir min üç yüz doxsan dörd)manat məbləğində pul vəsaiti tutularaq “xxxxxxxxxxx” x8 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxxxxxxxxx” x8 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar