Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-19/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh, X6, Sultanova Könül Süleyman qızı və X3 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi xərcinin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh, X6, Sultanova Könül Süleyman qızı və X3 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi xərcinin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 140/14PBN saylı kredit müqaviləsi üzrə 34 057,81 manat əsas borc, 14863,66 manat faiz borcu, 25889,90 manat dəbbə olmaqla ümumilikdə 74811,37 manat borcun, xx.xx.2015-ci il tarixli, 036/15/PBN/PK saylı kredit müqaviləsi üzrə 2993,11 ABŞ dolları əsas borcu, 1998,94 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 4992,05 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 140/14PBN saylı kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə evin təmiri məqsədi ilə 60000 manat, xx xxxxxxxx 2015-ci tarixli, 036/15/PBN/PK saylı kredit müqaviləsinə əsasən illik 28 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə evin təmiri məqsədi ilə 3000 ABŞ dolları borc verilmışdır. xx.xx.2014-cü il tarixli 140/14/PBN №-li kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindəki 127 nömrəli, 9 mərtəbəli binada yerləşən 49.07 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 104 nömrəli, mənzili 2014-cü 21 fevral tarixli 012/14/PBN №-li ipoteka (girov) müqaviləsinə 2014-cü 21 fevral tarixli, 012/14/PBN №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2014-cü il tarixli 03 №-li əlavə ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli 036/15/PBN/PK №-li kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh xüsusi mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi 127 nömrəli, 9 mərtəbəli binada yerləşən 49.07 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 104 nömrəli mənzili 2014-cü 21 fevral tarixli 012/14/PBN №-li ipoteka (girov) müqaviləsinə xx.xx.2014-cü il tarixli 04 №-li əlavə ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilənin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 2017-ci il iyunun 06-dək Cavabdeh İddiaçı BOKT ASC-yə 2014-cü il 21 noyabr tarixli 14Ü/447PB N №-li kredit müqaviləsi üzrə 34 057,81 manat əsas, 14 863.66 manat hesablanmış faiz, 25 889.90 manat dəbbə pulu, cəmi 74 811,37 manat; 2015-ci il 15 sentyabr tarixli 036/15/PBN/PK №-li kredit müqaviləsi üzrə 2 993,11 ABŞ dolları əsas, 1998.94 ABŞ dolları hesablanmış faiz, cəmi 4 992.05 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 448.1, 465.2, və 472.2-ci maddələrinə istinad edilərək iddianın təmin edilməsi xahiş edilir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə verərək məhkəmədən iddia tələbində göstərilənlərdən əlavə cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1000 ABŞ dolları məbləğində cərimə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etdiyini bildirmişdir. Digər cavabdehlər X6, Sultanova Könül Süleyman qızı və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 140/14PBN saylı kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə evin təmiri məqsədi ilə 60 000 (altmış min) manat, xx.xx.2015-ci tarixli, 036/15/PBN/PK saylı kredit müqaviləsinə əsasən illik 28 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə evin təmiri məqsədi ilə 3000 (üç min) ABŞ dolları cavabdehə kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə 03 və 04 nömrəli əlavələrə əsasən kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq kimi Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 104 ünvanında yerləşən mənzil hər iki müqavilə üzrə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 140/14PBN saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı BOKT ASC-nə 34057,81 manat əsas borc, 14863,66 manat faiz borcu, 25889.90 manat hesablanmış dəbbə borcu olmaqla, ümumilikdə 74811,37 manat, xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci tarixli, 036/15/PBN/PK saylı kredit müqaviləsinə əsasən 2993,11 ABŞ dolları əsas borc, 1998,94 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 4992,05 ABŞ dolları borcu qeyd olunmuşdur. İddiaçı BOKT ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, müqavilə üzrə borcun 7 iş günü müddətində ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 140/14PBN saylı kredit müqaviləsinə əsasən 60000 (altmış min) manat, xx.xx.2015-ci tarixli, 036/15/PBN/PK saylı kredit müqaviləsinə əsasən 3000 (üç min) ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq kimi Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 104 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq Cavabdeh qeyd olunan kredit müqavilələri üzrə iddia tələbində göstərilən borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin: 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən müddət ödənişlər etsə də, sonradan ödənişlər etməmiş, nəticədə iddiaçı cavabdehin xx.xx.2014-cü il tarixli, 140/14PBN saylı kredit müqaviləsi üzrə 34057,81 manat əsas borc, 14863,66 manat faiz borcu, 25889,90 manat borcunun, xx.xx.2015-ci il tarixli, 036/15/PBN/PK saylı kredit müqaviləsi üzrə 2 993,11 ABŞ dolları əsas borcu, 1 998,94 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu yarandığını iddia edərək məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 26592 nömrəli rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 140/14PBN saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2016-cı il tarixinə İddiaçıBOKT ASC-yə olan borcu əsas borc üzrə 35747.13 manat, faiz borcu üzrə 1632.13 manat, xx.xx.2015-ci il tarixli 036/15/PBN/PK saylı kredit müqaviləsi üzrə əsas borc 2962.38 ABŞ dolları, faiz borcu üzrə 112.24 ABŞ dolları məbləğində müəyyən edilmişdir. “xxxxxxxx”MMC-nin xx.xx.2020-ci il tarixli, 01/529 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən Cavabdeh xüsusi mülkiyyətindəki 127 nömrəli, 9 mərtəbəli binada yerləşən 49.07 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 104 nömrəli mənzilin bazar dəyəri 90 000 manat, likvid dəyəri 76500 manat olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə tələb edilən dəbbə pulunun məbləği ki əsas borcun ödənilməsi ilə bağlı öhdəliyin icrasının təmini baxımından yüksək məbləğdir. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq cərimə məbləğinin ilk müqavilə üzrə 200 manat, ikinci müqavilə üzrə 100 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin öhdəliyi icra etməməsi və nəticədə 34057.81 manat məbləğində əsas borc, 1632.13 manat məbləğində faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, ümumilikdə 35889.94 manat (otuz beş min səkkiz yüz səksən doqquz); xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2962.38 ABŞ dolları məbləğində əsas borc, 112.24 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 3174.62 ABŞ dolları (üç min yüz yetmiş dörd dollar altmış iki sent) məbləğində öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə borcu tutulmalıdır. Bundan başqa, mənzilin ilkin satış qiyməti 76500 (yetmiş altı min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılması, bundan sonra cavabdehlər Cavabdeh, X6, Sultanova Könül Süleyman qızı, X5 ünvan 1 mənzil 104 ünvanında yerləşən mənzildən çıxarılmalı və mənzil cavabdehlər tərəfindən boşaldılmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ekspertiza xərcləri 150 manat və 300 manatCavabdeh tutulmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 34057.81 manat məbləğində əsas borc, 1632.13 manat məbləğində faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, ümumilikdə 35889.94 manat (otuz beş min səkkiz yüz səksən doqquz); xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2962.38 ABŞ dolları məbləğində əsas borc, 112.24 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla ümumilikdə 3174.62 ABŞ dolları (üç min yüz yetmiş dörd dollar altmış iki sent) məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan 500 manat hüquqi yardım üzrə sübut təqdim edilmədiyi üçün iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Məhkəmə işüzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan işüzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 34057.81 manat məbləğində əsas borc, 1632.13 manat məbləğində faiz borcu, 200 manat cərimə olmaqla, ümumilikdə 35889.94 manat; xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2962.38 ABŞ dolları məbləğində əsas borc, 112.24 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları olmaqla ümumilikdə 3174.62 ABŞ dolları və 30 manat dövlət rüsumu pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 127 nömrəli, 9 mərtəbəli binada yerləşən 49.07 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 104 nömrəli mənzili mənzilin ilkin satış qiyməti 76500 (yetmiş altı min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılması, bundan sonra cavabdehlər Cavabdeh, X6, Sultanova Könül Süleyman qızı, X5 ünvan 1 mənzil 104 ünvanında yerləşən mənzildən çıxarılmalı və mənzil cavabdehlər tərəfindən boşaldılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, X6, Sultanova Könül Süleyman qızı, X2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 34057.81 manat (otuz dörd min əlli yeddi manat səksən bir qəpik) məbləğində əsas borc, 1632.13 manat (min altı yüz otuz iki manat on üç qəpik) məbləğində faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, ümumilikdə 35889.94 manat (otuz beş min səkkiz yüz səksən doqquz manat doxsan dörd qəpik); xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2962.38 ABŞ dolları (iki min doqquz yüz altmış iki dollar otuz səkkiz sent) məbləğində əsas borc, 112.24 ABŞ dolları (yüz on iki dollar iyirmi dörd sent) məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 3174.62 ABŞ dolları (üç min yüz yetmiş dörd dollar altmış iki sent) məbləğində öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Hər iki müqavilə üzrə tutma Cavabdeh mülkiyyətində olan ünvan 1 mənzil 104 ünvanında yerləşən mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 76500 (yetmiş altı min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılsın. Cavabdehlər Cavabdeh, X6, Sultanova Könül Süleyman qızı, X5 ünvan 1 mənzil 104 ünvanında yerləşən mənzildən çıxarılsın və mənzil cavabdehlər tərəfindən boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh, X6, Sultanova Könül Süleyman qızı, X2 müştərək qaydada tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul Cavabdeh, X6, Sultanova Könül Süleyman qızı, X2 müştərək qaydada tutulаrаq “xxxxxxxx” MMC-nin bank hesabına (VÖEN **********, Bank: “xxxxxxxxxxxxxxx” ASC-in Azadlıq filialı, AZ80NABZ**********0000014944, AZ49BRES********************, Kod: 507547, VÖEN: **********, SWİFT BRESAZ22) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-19/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-19/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver