Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1904/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı Cavabdeh ogluna qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş 29.07.2014-cü il təvəllüdlü X1 və 05.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 3712/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq (dəyişdirilərək) hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 mart 2013-cü ildə el adəti ilə toy edərək, 18.06.2014-cü il tarixində 2 saylı Bakı “Asan xidmət” mərkəzi, qeydiyyat şöbəsində 1550 №-li Akt qeydi, AZ-İ № 967545 saylı şəhadətnamə əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 29.07.2014-cü il təvəllüdlü X5 və 05.09.2016-cı il təvəllüdlü X6 adlı 2 azyaşlı uşaqları anadan olmuşdurlar. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3712/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh ilə iddiaçının arasında olan rəsmi nikah ləğv edilmişdir. Rəsmi nikahın ləğvindən sonra cavabdeh ilə birgə nikahdan anadan olan 2 azyaşlı övladları - 29.07.2014-cü il təvəllüdlü X5 və 05.09.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək iddiaçının himayəsində saxlanılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3712/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi əsasında cavabdehlə birgə nikahdan anadan olmuş 29.07.2014-cü il təvəllüdlü X5 və 05.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Cavabdeh ilə birgə nikahdan anadan olan 29.07.2014-cü il təvəllüdlü X5 hazırda Bakı şəhəri, Suraxanı rayonu 290 nömrəli orta məktəbin 1-ci sinifində oxuyur. 05.09.2016-cı il təvəllüdlü X6 hazırda Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində uşaq baxçasına gedir. Ona görə də uşaqların məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğılarını və ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyyac və tələbat artsa da, Cavabdeh uşaqlarına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatları ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Yetkinlik yaşına çatmayan 2 azyaşlı uşaqları hazırda iddiaçının himayəsindədir. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir maddi köməklik göstərmir. Cavabdehin qeyri müntəzəm, dəyişən qazancı var. Özəl şirkətdə işləyir. Onun orta aylıq gəliri öz dediyinə görə 700-800 manat təşkil edir. Uşaqlar azyaşlıdırlar, tez-tez sağlamlıqlarında problemlər yaranır və ona görə də məsrəfləri yetərincə artmışdır. Hazırda iddiaçı himayəsində olan 2 azyaşlı övladlarını böyük çətinliklər içərisində böyütməyə çalışır. 2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərində müvəqqəti olaraq valideyinlərinin yanında yaşayırlar. Cavabdeh tərəfindən ödənilməli olan aliment uşaqların gündəlik tələbatlarına çatmır. İndiki şərtlər uşaqların həmin ödəniləcək məbləğdəki alimentlə saxlanılması qeyri-mümkündür. Uşaqların saxlanılması hər gün çətinləşir və demək olar ki, dözülməz həddə gəlib çatmışdır. Odur ki, Cavabdeh tutulan alimentin məbləğinin artırılması zərurəti yaranmışdır. Ölkə üzrə yaşayış minimumu hər bir vətəndaşa minimum lazım olan aylıq maliyyə vəsaitinin göstəricisidir. Lakin uşaqlar üçün nəzərdə tutulmuş 175 manat məbləğində vəsait yalnız onların minimum yaşayışının təmin edilməsini göstərir. Belə isə uşaqların normal yaşantısının təmini üçün hər ay hər uşağa görə ən azı 200 (iki yüz) manat vəsaitin olması zəruridir. Bununla əlaqədar iddiaçı X4 Cavabdeh ilə birgə nikahdan anadan olmuş 29.07.2014-cü il təvəllüdlü X1 və 05.09.2016cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3712/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq (dəyişdirilərək) hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 yanında qalan birgə nikahdan olmuş 29.07.2014-cü il təvəllüdlü X1 və 05.09.2016-cı il təvəlüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aylıq alimentin həcmi aylıq qazancı (aylıq əmək haqqını) və başqa gəlirlərinin üçdə bir miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın tələblərini onunla əsaslandırmışdır ki, alimentlə bağlı qətnamənin qəbul edildiyi 2018-ci ilə nisbətdə son illərdə uşaqlar üçün yaşayış minimum məbləği artırılmışdır. Bu məbləğ hər il artımla davam edir. Bu mübahisəsiz və bəlli haldır. Bu baxımdan, yəni aliment məbləğinin sabit pul məbləğində müəyyən edilərkən və məhz bu artımla tənzimlənməsi mütləqdirsə, onda alimentlə bağlı aralarındakı iddiaya məhkəmə hər il təkrar baxmalıdır. Bu da ikinci uşağın yetkinlik yaşına çatana kimi 13 il, 13 məhkəmə prosesinin həyata keçirilməsi deməkdir ki, bu da məntiqli düşüncə deyildir. Bu baxımdan da qanunvericilik, alimentin sabit pul məbləğində təyinindən əvvəl, alimentin valideyinin qazanc və başqa gəlirlərindən tutulmasını müəyyən etmişdir. Alimentin sabit pul məbləğində təyin edilməsinin əsasları təsbit olunmuş Azərbaycan Respublikası Ailə Məcələsinin 78-ci maddəsinin tələbinə görə aliment sabit pul məbləğində o halda müəyyən edilir ki, aliment ödəməli olan valideyinin müntəzəm əmək haqqısı və başqa gəlirlər olmasın və ya dəyişən olsun. Məhz birinci dəfə 2018-ci ildə işləmədiyinə görə aliment sabit pul məbləğində müəyyən edilmişdir. Hazırkı durumuma görə isə hesab edir ki, aliment aylıq qazancı olan əmək haqqına və gəlirlərinə nisbətdə müəyyən edilməlidir. Ona görə ki, hazırda Cavabdeh daimi iş yeri vardır. İşəmuzd çalışır, hər ay müəyyən edilmiş tarixdə maaş alır və iki ildir bu işdə çalışır. Cavabdehlə aralarında aliment məsələsinə yenidən baxılan zaman, qanunvericiliyin bir başqa tələbi nəzərə alınmalı, birgə nikahdan olan və cavabdehin yanında saxlanılmış uşaqların saxlanılması üçün aliment aylıq qazancı olan əmək haqqına və başqa gəlirlərinə nisbətdə hesablanıb, tutulmalıdır. Bununla əlaqədar cavabdeh İddiaçı yanında qalan birgə nikahdan olmuş 29.07.2014-cü il təvəllüdlü X1 və 05.09.2016-cı il təvəlüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aylıq alimentin həcmi aylıq qazancı (aylıq əmək haqqını) və başqa gəlirlərinin üçdə bir miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh qarşılıqlı iddiası və ona əlavə edilmiş sənədlər dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından geri qaytarılmışdır. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3712/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 18.06.2014-cü il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 1550 saylı nikah qeyd ləğv edilmiş, 29.07.2014-cü il təvəllüdlü X5 və 05.09.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək iddiaçının himayəsində saxlanılmış, birgə nikahdan anadan olmuş 29.07.2014-cü il təvəllüdlü X5 və 05.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 325418 nömrəli 19 iyul 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 iyul 2019-cu il tarixdə 272 sayla qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra kişiyə Babayev, qadına Babayeva soyadı verilmişdir. 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 fevral 2015-ci il tarixli AZ-İİİ seriyalı, 503520 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 29 iyul 2014-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 22 fevral 2015-ci il tarixli, 1191 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2016-cı il tarixli AZ-İİİ seriyalı, 838499 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 05 sentyabr 2016-cı il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 05 oktyabr 2016-cı il tarixli, 3498 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materialları əsasında və məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh oglu ilə 02 mart 2013-cü ildə el adəti ilə toy edərək, 18.06.2014-cü il tarixində 2 saylı Bakı “Asan xidmət” mərkəzi, qeydiyyat şöbəsində 1550 №-li Akt qeydi, AZ-İ № 967545 saylı şəhadətnamə əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 29.07.2014-cü il təvəllüdlü X5 və 05.09.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3712/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 18.06.2014-cü il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 1550 saylı nikah qeyd ləğv edilmiş, 29.07.2014-cü il təvəllüdlü X5 və 05.09.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək iddiaçının himayəsində saxlanılmış, birgə nikahdan anadan olmuş 29.07.2014-cü il təvəllüdlü X5 və 05.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 154 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bu səbəblə məhkəmənin qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ogluna qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1904/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1904/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver