Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1924/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasmov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Alıyev Ehsan Məhəmməd oğluna qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Alıyev Ehsan Məhəmməd oğluna qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Alıyev Ehsan Məhəmməd oğlundan İddiaçı ASC-nin xeyrinə 03 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1449.68 manat əsas borc, 485.71 manat faiz borcu və 380.64 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2316.03 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Alıyev Ehsan Məhəmməd oğlu ilə "xxxx" İKB ASC arasında bağlanmış 03 iyul 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Alıyev Ehsan Məhəmməd oğlu 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 1500 manat kredit götürərək, kredit müqaviləsinin tərkib hissəsi hesab edilən cədvəl qrafiki üzrə müəyyən olunmuş vaxtda və qaydada ödənişlərini həyata keçirilməsinə dair vəzifə daşısa da, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 18 fevral 2021-ci il tarixədək Alıyev Ehsan Məhəmməd oğlunın Banka 03 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1449.68 manat əsas borc, 485.71 manat faiz borcu və 380.64 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2316.03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, məhkəmədən Alıyev Ehsan Məhəmməd oğlundan İddiaçı ASC-nin xeyrinə 03 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1449.68 manat əsas borc, 485.71 manat faiz borcu və 380.64 manat cərimə borcu olmaqla, cəmi 2316.03 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Alıyev Ehsan Məhəmməd oğlu ilə "xxxx" İKB ASC arasında bağlanmış 03 iyul 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndısi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Alıyev Ehsan Məhəmməd oğlu isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 iyul 2019-cu il tarixli 11-Y-2-0-1586-19 №-li Kredit müqaviləsindən görünür ki, “Kreditor” “xxxx” X1 Açıq Səhmdar Cəmiyyəti və “Borcalan” Alıyev Ehsan Məhəmməd oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 22 faizlə 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72% dərəcəsi ilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarından görünür ki, cavabdeh Alıyev Ehsan Məhəmməd oğlunın Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Alıyev Ehsan Məhəmməd oğlu imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 07 oktyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Alıyev Ehsan Məhəmməd oğlunun kredit müqaviləsi üzrə borcverən “xxxx” ASCyə 03 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1449.68 manat əsas borc, 485.71 manat faiz borcu və 380.64 manat cərimə borcu olmaqla, cəmi 2316.03 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Alıyev Ehsan Məhəmməd oğlu 03 iyul 2019-cu il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “xxxx” ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən 1449.68 manat əsas borc, 485.71 manat faiz borcun tutulması və tərəflər arasında bağlanmış 03 iyul 2019-cu il tarixli kredit müqaviləsininin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır və iddia həmin hissədə təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "380.64 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 20 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, tərəflər arasında bağlanmış 03 iyul 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və iddiaçı “xxxx” ASC-nin xeyrinə cavabdeh Alıyev Ehsan Məhəmməd oğlundan 1449.68 manat əsas borc, 485.71 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 1955.39 manat məbləğində borc tutularaq “xxxx” ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxx” ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Alıyev Ehsan Məhəmməd oğlundan 1449.68 (min dörd yüz qırx doqquz manat 68 qəpik) manat məbləğində əsas borc, 485.71 (dörd yüz səksən beş manat 71 qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1985,39 (on doqquz min səksən beş manat 39 qəpik) manat borc iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Alıyev Ehsan Məhəmməd oğlu arasında bağlanmış 03 iyul 2019-cu il tarixli Kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1924/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1924/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver