Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1927/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilin hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «HYUNDAİ SANTA FE» markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq satışdan əldə edilən pul vəsaitinin 1/2 hissəsinin ona, 1/2 hissəsinin isə Cavabdeh ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı İddiaçı barışıq sazişinin şərtləri ilə tanış və razı olduğunu, buna görə də məhkəmədən barışıq sazişini təsdiqlənməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclası zamanı Cavabdeh barışıq sazişini təqdim edərək tərəflər arasında barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişindən görünür ki, tərəflər arasında aşağıdakı şərtlərlə razılıq əldə olunmuşdur: 1. X7 və Cavabdeh (birlikdə) cəmi 25.000 (iyirmi beş min) manat pulu İddiaçı aşağıda qeyd ediləcək hərəkətlər, yerinə yetirməsi müqabilində ona ödəməyi öhdələrinə götürürlər. 2. İddiaçı aldığı kompensasiya məbləği müqabilində (kompensasiya məbləği yuxarıda qeyd olunan 25.000 manata daxildir) məhkəmə qərarları ilə hissədə mülkiyyət hüququ tanınan və həmin hissədə hüquqları qeydə alınan Hyundai Santafe markalı ** GM *** dövlət nömrə nişanlı avtomaşına münasibətdə öz payından Cavabdeh xeyrinə imtina edir və həmin payın qarşı tərəfin adına rəsmiləşməsinə razılıq verir. Razılaşmanın təsdiq edilməsi üçün həmin avtomaşının tam mülkiyyət huququ ilə Cavabdeh adına qeydiyyata alınmasına zəruri olan razılıqları verir. 3. İddiaçı aldığı kompensasiya məbləği müqabilində (kompensasiya məbləği yuxarıda qeyd olunan 25.000 manata daxildir) X2 olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən 25 saylı evin 8 №-li, beş otaqlı mənzilindən istifadə hüquqlarından imtina edərək əşyalarını həmin mənzildən çıxarır, özü və uşaqları X8 və X12 ilə birlikdə mənziii tərk edir, iki həftə ərzində mənzildən pasport qeydiyyatından çıxırlar. 4. Razılığa gələn tərəflər bir-birinə qarşı məhkəmələrdə olan bütün qarşılıqlı tələblərindən X1 İddiaçı qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə, İddiaçı X4 qarşı avtomaşının satılaraq pulunun bölünməsi tələbinə imtina edirlər. 5. Hər iki tərəf bir-birilərinə qarşı olan məhkəmə və şikayət iddialarını geri götürürlər. 6. İddiaçı X4 məxsus olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən 25 saylı evin 8 №-li beş otaqlı mənzildən qeydiyyatdan çıxdıqdan iki həftə ərzində İddiaçı iştirakı ilə onun əşyalarının yerləşdiyi 2 (iki) otağında istifadədə olan cehizlik əşyalarını və ümumi istifadədə olan sahədən qabqacaqlarını və ərzaqlarını (paltar, qab-qacaq, mebeli) daşınmasına X7 və onun ailə üzvləri mane olmayacaqlar. 7. Əmənova X6 Rais Arzuman oğlu ilə birgə nikahdan olan övladlarını xaricə müalicəyə aparmaq üçün atası razılığını verir. 1-ci tərəfin 2-ci tərəfə pul verməsi və ikinci tərəfin üzərinə götürdüyü öhdəlikləri ıcra etməsi ardıcıllığı aşağıdakı qaydada icra edilməsi barədə razılığa gəlirlər: a. Hazırkı barışıq sazişi notarius tərəfindən təsdiq edilərkən razılaşdırılmış 25.000 manat pul vəsaiti notariusun depozit hesabına yerləşdirilir. b. Avtomaşının tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyat alınması (bunun üçün hazırkı barışıq sazişi kifayət etmədiyi təqdirdə 2-ci tərəf zəruri bilinəcək ərizəni, və.s sənədi verməyi öhdəsinə götürür) başa çatdıqdan, 2-ci tərəf mənzildən pasport qeydiyyatından çıxdıqdan, X5 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi "Q” yaşayış sahəsində yerləşən 25 saylı evin 8 №-li, beş otaqlı mənzilindən öz əşyalarını çıxardıqdan sonra həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən sənədlər notariusa təqdim edildikdən dərhal sonra (avtomobilin tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınması barədə şəhadətnamə-bu sənədi təqdim etmək öhdəliyini Cavabdeh daşıyır, mənzilə dair forma №-2 arayışı-bu sənədi təqdim etmək öhdəliyini Arzuman Hüseynov daşıyır, əmlakların mənzildən çıxarılması barədə tərəflərin tərtib etdikləri akt-bu sənədi tərəflərdən hər-hansı biri təqdim edə bilər) notariusun sərəncamı ilə pul vəsaitinin X3 verilməsi həyata keçirilir. 8. Barışıq sazişinin şərtləri hər iki tərəfin azad iradə ifadəsi olmaqla qarşılıqlı razılaşma ilə tərtib edilmişdir. 9. Müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərini tərəflər çəkir. 10. Həmin müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. 11. Həmin müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin imzaladığı müqavilə əsasında belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. 12. Azərbaycan Respublikası MM-nin müvafiq maddəsinin tələbləri tərəflərə izah edildi. Gələcəkdə baş verəcək bütün mübahisəli məsələlərə görə tərəflər məsuliyyət daşıyır. Hər hansı bir mübahisəli məsələ məhkəmə qaydasında həll edilə bilər. 13. Müqavilə 5 (beş) nüsxədən ibarət azərbaycan dilində tərtib edilmişdir, onlardan bir nüsxə Bakı şəhər 37 saylı notariat ofisində saxlanılır, qalan nüsxələr tərəflərə verilir. Tərəflər bu şərtlərlə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri tərəflərə məlumdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasənişin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, paylı mülkiyyətdə olan “X15” markalı **- GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq həmin avtomobilin istismarının cavabdehə və digər şəxslərə qadağan edilməsi, həmin avtomobilin saxlanılmaqla müvəqqəti saxlama meydançasında saxlanca verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1927/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək “X15” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı Cavabdeh qarşı “avtomobilin hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1927/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. X7 və Cavabdeh (birlikdə) cəmi 25.000 (iyirmi beş min) manat pulu İddiaçı aşağıda qeyd ediləcək hərəkətlər, yerinə yetirməsi müqabilində ona ödəməyi öhdələrinə götürürlər.
2. İddiaçı aldığı kompensasiya məbləği müqabilində (kompensasiya məbləği yuxarıda qeyd olunan 25.000 manata daxildir) məhkəmə qərarları ilə hissədə mülkiyyət hüququ tanınan və həmin hissədə hüquqları qeydə alınan Hyundai Santafe markalı ** GM *** dövlət nömrə nişanlı avtomaşına münasibətdə öz payından Cavabdeh xeyrinə imtina edir və həmin payın qarşı tərəfin adına rəsmiləşməsinə razılıq verir. Razılaşmanın təsdiq edilməsi üçün həmin avtomaşının tam mülkiyyət huququ ilə Cavabdeh adına qeydiyyata alınmasına zəruri olan razılıqları verir.
3. İddiaçı aldığı kompensasiya məbləği müqabilində (kompensasiya məbləği yuxarıda qeyd olunan 25.000 manata daxildir) X2 olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən 25 saylı evin 8 №-li, beş otaqlı mənzilindən istifadə hüquqlarından imtina edərək əşyalarını həmin mənzildən çıxarır, özü və uşaqları X8 və X12 ilə birlikdə mənziii tərk edir, iki həftə ərzində mənzildən pasport qeydiyyatından çıxırlar.
4. Razılığa gələn tərəflər bir-birinə qarşı məhkəmələrdə olan bütün qarşılıqlı tələblərindən X1 İddiaçı qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi, İddiaçı X4 qarşı avtomaşının satılaraq pulunun bölünməsi tələbindən imtina edirlər.
5. Hər iki tərəf bir-birilərinə qarşı olan məhkəmə və şikayət iddialarını geri götürürlər.
6. İddiaçı X4 məxsus olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən 25 saylı evin 8 №-li beş otaqlı mənzildən qeydiyyatdan çıxdıqdan iki həftə ərzində İddiaçı iştirakı ilə onun əşyalarının yerləşdiyi 2 (iki) otağında istifadədə olan cehizlik əşyalarını və ümumi istifadədə olan sahədən qab-qacaqlarını və ərzaqlarını (paltar, qab-qacaq, mebeli) daşınmasına X7 və onun ailə üzvləri mane olmayacaqlar.
7. Əmənova X6 Rais Arzuman oğlu ilə birgə nikahdan olan övladlarını xaricə müalicəyə aparmaq üçün atası razılığını verir. 1-ci tərəfin 2-ci tərəfə pul verməsi və ikinci tərəfin üzərinə götürdüyü öhdəlikləri ıcra etməsi ardıcıllığı aşağıdakı qaydada icra edilməsi barədə razılığa gəlirlər: a. Hazırkı barışıq sazişi notarius tərəfindən təsdiq edilərkən razılaşdırılmış 25.000 manat pul vəsaiti notariusun depozit hesabına yerləşdirilir. b. Avtomaşının tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyat alınması (bunun üçün hazırkı barışıq sazişi kifayət etmədiyi təqdirdə 2-ci tərəf zəruri bilinəcək ərizəni, və.s sənədi verməyi öhdəsinə götürür) başa çatdıqdan, 2-ci tərəf mənzildən pasport qeydiyyatından çıxdıqdan, X5 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi "Q” yaşayış sahəsində yerləşən 25 saylı evin 8 №-li, beş otaqlı mənzilindən öz əşyalarını çıxardıqdan sonra həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən sənədlər notariusa təqdim edildikdən dərhal sonra (avtomobilin tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınması barədə şəhadətnamə-bu sənədi təqdim etmək öhdəliyini Cavabdeh daşıyır, mənzilə dair forma №-2 arayışı-bu sənədi təqdim etmək öhdəliyini Arzuman Hüseynov daşıyır, əmlakların mənzildən çıxarılması barədə tərəflərin tərtib etdikləri akt-bu sənədi tərəflərdən hər-hansı biri təqdim edə bilər) notariusun sərəncamı ilə pul vəsaitinin X3 verilməsi həyata keçirilir.
8. Barışıq sazişinin şərtləri hər iki tərəfin azad iradə ifadəsi olmaqla qarşılıqlı razılaşma ilə tərtib edilmişdir.
9. Müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərini tərəflər çəkir.
10. Həmin müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur.
11. Həmin müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin imzaladığı müqavilə əsasında belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.
12. Azərbaycan Respublikası MM-nin müvafiq maddəsinin tələbləri tərəflərə izah edildi. Gələcəkdə baş verəcək bütün mübahisəli məsələlərə görə tərəflər məsuliyyət daşıyır. Hər hansı bir mübahisəli məsələ məhkəmə qaydasında həll edilə bilər.
13. Müqavilə 5 (beş) nüsxədən ibarət azərbaycan dilində tərtib edilmişdir, onlardan bir nüsxə Bakı şəhər 37 saylı notariat ofisində saxlanılır, qalan nüsxələr tərəflərə verilir. İddiaçı Cavabdeh qarşı “avtomobilin hərracda satılması” tələbinə dair 2(010)- 1927/2020 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1927/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Təranə Mahmudova