Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1927/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Qasımov Farı̇ z Mürvət oğluna, Təsı̇ lov Anar Ruzı̇ kar oğluna və Qasımova Çı̇ narə Kərı̇ m qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Qasımov Farı̇ z Mürvət oğluna, Təsı̇ lov Anar Ruzı̇ kar oğluna və Qasımova Çı̇ narə Kərı̇ m qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 31.10.2019-cu il tarixli 029R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 029R********** saylı kredit razılaşması üzrə 6293.86 manat kredit borcu, 1220.42 manat faiz borcu və 12920.24 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8804 (səkkiz min səkkiz yüz dörd) manat 52 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 cavabdehlər Qasımov Farı̇ z Mürvət oğluna, Təsı̇ lov Anar Ruzı̇ kar oğluna və Qasımova Çı̇ narə Kərı̇ m qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia tələbinin həcminin azaldılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 31.10.2019-cu il tarixli 029R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 029R********** saylı kredit razılaşması üzrə 1326,27 manat kredit borcu, 1527,49 manat faiz borcu və 1988,87 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4842,63 məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31.10.2019-cu il tarixli 029L**********42 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunduğuna görə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31.10.2019-cu il tarixli 029R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22.05.2020-ci il tarixli 029R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.07.2020-ci il tarixdən banka qaytarmamışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Odur ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 31.10.2019-cu il tarixli 029R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 029R********** saylı kredit razılaşması üzrə 1326,27 manat kredit borcu, 1527,49 manat faiz borcu və 1988,87 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4842,63 məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbləri ilə qismən razılaşaraq bildirdi ki, maddi çətinliklərə görə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra edə bilməsə də, öhdəliyin icrasından boyun qaçırmır və məhkəmə araşdırılması dövrdə borcun bir hissəsini ödəmişdir. Yerdə qalan borcunu birdəfəyə ödəmək iqtidarında deyildir, hissəhissə bütün öhdəliyini icra edəcəkdir. Həmçinin məhkəmədən cərimə borcunun azaldılmasını xahiş etmişdir. Cavabdeh Təsı̇ lov Anar Ruzı̇ kar oğlu və Qasımova Çı̇ narə Kərı̇ m qızı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli 029L**********42 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən borcverən İddiaçı QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli 029L**********42 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 31.10.2019-cu il tarixli 029R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 31.10.2019-cu il tarixli müvafiq olaraq 029S**********04 və 029S**********03saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3n və Cavabdeh2 kredit alan Cavabdeh1nın bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zaminlər onunla birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 20.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın 31.10.2019-ci il tarixli Kredit müqaviləsi üzrə banka 1326,27 manat məbləğində əsas borc, 1527,49 manat məbləğinə faiz, cərimə borcu 1988.27 manat olmaqla cəmi 4842,63 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavabdehlər borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 «AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə 31.10.2019-cu il tarixli Kredit Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımı qaydada icra etməyərək «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 31.10.2019-cu il tarixdə bağladığı 029R********** saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, digər cavabdehlər – Cavabdeh3n və Cavabdeh2 isə lazımınca icra edilməmiş öhdəlik üzrə sonuncu ilə birgə məsuliyyət daşıdıqlarından hər üç cavabdehə qarşı pul tələbinə dair iddia əsaslıdır. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 20 manat məbləğinə qədər azaldılmalıdır.Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, tərəflər arasında bağlanmış 31 oktyabr 2019cu il tarixli kredit müqaviləsi ləğv edilməli iddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlərdən 1326,27 manat məbləğində kredit borcu, 1527,49 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2873,76 manat məbləğində borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 112.1 və 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx"QSC arasında 31.10.2019-cu il tarixli 029R********** saylı kredit razılaşması ləğv edilsin, cavabdehlər Qasımov Farı̇ z Mürvət oğlundan, Təsı̇ lov Anar Ruzı̇ kar oğlundan və Qasımova Çı̇ narə Kərı̇ m qızından müştərək qaydada 1326,27 manat məbləğində kredit borcu, 1527,49 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2873,76manat məbləğində və 30 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1927/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1927/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver