Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1929/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 7250 manat məbləğində əsas borcun və özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla vurduğu maddi ziyanla əlaqədar əldən çıxmış faydaya görə 5000 manat, cəmi 12250 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, işə baxarkən cavabdehin və digər şəxslərin hərəkətlərində cinayət əlamətləri aşkara çıxarsa bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaxın vaxtlara kimi kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olmuşdur. 2019-cu ilin may ayının ortalarında “Royal Holdinq”də çalışan dostu X6 ilə söhbət zamanı ona bildirmişdir ki, aşağı faizlə kənd təsərrüfatına yardım fondundan iş görmək üçün kredit götürmək istəyir. Cahid bildirmişdir ki, bu məsələni həll edə biləcək Cavabdeh adlı şəxslə yaxın münasibətdədir. Həmçinin, söhbət zamanı Cahid ona bildirmişdir ki, Anar kənd təsərrüfatına yardım fondunda hüquqşünas vəzifəsində işləyir. Cahidlə söhbətindən bir gün sonra, yəni 2019-cu ilin may ayının təqribən 16-17-də o, Cahid və Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının çıxışı yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Görüşdükləri zaman Cavabdeh bildirmişdir ki, o “Asiya” Fondunun Bakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Onun xahişi barəsində Cahid onu məlumatlandırmışdır. Ona fonddan 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul ayrılmasına kömək edəcəkdir. O, Anardan xahiş etmişdir ki, bu məbləğdə ona veriləcək 200000 (iki yüz min) ABŞ dollarının hansı şərtlərlə ona veriləcəyini izah etmişdir. Anar Cahidin iştirakı ilə ona bildirmişdir ki, qeyd etdiyi miqdarda pul məbləğini almaq üçün ilkin olaraq fonda üzv olmalıdır. Fonda üzv olmaq üçün əvvəlcə 100 (yüz) manat üzvlük haqqı verməlidir. Sonra isə 2-3 günə 5000 (beş min) manat verməli, bundan sonra biznes planı və digər sənədləri düzəltməlidir. O, 100 manat pulu dərhal Anara vermişdir. Anar bildirmişdir ki, fondun Türkiyə filialının rəhbəri Beniamin müəllimdir. O, məsələdən halidir. Bundan sonra, onlar ayrılmış, ayrıldıqları zaman Anar bir daha təkidlə bildirmişdir ki, 5000 manatı vaxtında çatdırsın. O, Anardan ayrıldıqdan sonra 5000 manat pul əldə etmək üçün bir neçə tanışına müraciət etmişdir. Ancaq Anar dediyi 2-3 günə həmin məbləği əldə edə bilməmişdir. Anar ona görə demək olar ki, hər gün ona zəng etmişdir ki, təcili həmin məbləğdə pulu ona çatdırsın. 2019-cu ilin may ayının sonunda 5000 manat pulu əldə etmiş və bu barədə Anara xəbər vermişdir. Anar bildirmişdir ki, əvvəl görüşdükləri çayxanaya gəlsin. O, onun dediyi kimi 5000 manat pulla həmin çayxanaya gəlmişdir. Görmüşdür ki, Anar çayxanada onu gözləyir. Onlar onunla görüşmüş və o, 5000 manat məbləğində pulu çayxanada, masa arxasında ona vermişdir. Anar pulu ondan aldıqdan sonra bildirmişdir ki, “Benyamin müəllim hazırda Türkiyədədir. Onun yanına getməlidir ki, məsələni tez həll etsin. Ona görə də ona əlavə 300 (üç yüz) manat yol pulu verməlidir. O, ona əlavə olaraq 300 manat da vermişdir. Anar bildirmişdir ki, avtobusla Türkiyəyə gedəcəkdir. O, pulu verdikdən 3-4 gün sonra, yəni iyun ayının əvvəllərində Anar ona zəng edərək bildirmişdir ki, o, artıq Türkiyədən qayıdıb, hazırda Bakıdadır. Ona ayrılacaq 200000 (iki yüz min) ABŞ dollarına dair sənədlər ondadır. Sənədləri götürmək üçün ona əlavə 2000 (iki min) manat pul verməlidir. Həmin məbləği ofisin rəhbəri Lalə xanıma çatdıracaq. Lalə xanım həmin pulun bir hissəsini özünə götürəcək, bir hissəsini isə tabeçiliyində olan olan iki inspektora verəcəkdir. Anarla söhbətdən sonra o, çox çətinliklə 1000 manat məbləğində pul əldə etmiş və əvvəllər görüşdükləri yerdə 1000 manat pulu Anara vermişdir. Anar bildirmişdir ki, qalan 1000 manatı yeznəsindən alacaq, o, həmin pulu ona verəndən sonra yeznəsindən aldığı 1000 manat borcu qaytaracaq. Ona inanmışdır. O, təqribən 6-7 gün sonra 850 manat məbləğində pul əldə etmiş və yenə də həmin çayxanada pulu Anara vermişdir. Bundan bir neçə gün sonra Anar, 2019-cu ilin iyun ayının təqribən 20-də ona zəng edərək bildirmişdir ki, sənədlər Türkiyədə təsdiqlənib və Bakıya gətirilib, ona 200000 ABŞ dolları məbləğində pul manata əlavə edib, gedib Lalə xanımın yanına, 10000 manatı ona çatdıracaq. O, deyəcək ki, nə vaxt o, ayrılmış 200000 ABŞ dolları məbləğində pulu götürə bilər. Bu zaman Anar bildirmişdir ki, Lalə xanım 14.09.2019-cu il tarixdə Türkiyəyə Baş ofisə gedib. O, demişdir ki, “bəs sən deyirdin 2 saata pulu düzəldib Lalə xanıma çatdırmalıyıq. İndi isə deyirsən Lalə xanım Bakıda yoxdur, Türkiyəyə gedib”. Bu zaman ona demişdir ki, hansı bankdan 8660 manat pul götürməsini ona desin və ya bankda bağlanmış kredit müqaviləsini və kreditin ödəniş cədvəlini göstərsin, eyni zamanda Lalə xanıma zəng etsin. Anar ona bankdan kredit götürməsinə dair heç bir sənəd təqdim edə bilməmişdir, çünki onda bu barədə heç bir sənəd olmamışdır. Eyni zamanda o, bildirmişdir ki, “Lalə xanımın telefonuna zəng çatmır, o, 1-2 günə Bakıya qayıdacaq, onda birlikdə onun yanına gedərik, 1340 manat pulu Lalənin yanında mənə verərsən, mən özümdə olan 8660 manata həmin pulu əlavə edərəm, sənin yanında 10000 manatı Lalə xanıma verərəm”. Anarın dediyi vaxtdan ən azı 10-15 dəfə zəng etmişdir. Ancaq o, onun telefon zənglərinə cavab verməmişdir. Belə olduqda o, Cahidə zəng etmiş, ona bildirmişdir ki, Anarı onunla o tanış etmişdir, onun kim olduğunu bilmir. Cahid ona bildirmişdir ki, guya o, Anara vaxtında pul çatdırmadığına görə o işini pozub. Bu zaman ona məlum olmuşdur ki, Cahid əvvəlcədən Anarın dələduzluq əməllərindən xəbərdar olub, ancaq bu faktı ondan gizlədib. Onu da qeyd etmək istəyir ki, sonradan ona məlum olmuşdur ki, Anarın “Asiya” adlandırdığı fond mövcud deyildir. O heç bir yerdə işləmir, onun təqdim etdiyi sənədləri o heç bir təşkilata təqdim etməmiş, Lalə adlı xanımı özündən uydurmuş, ondan aldığı 7250 manat məbləğində pulu etibarından suiistifadə etməklə dələduzluq yolu ilə ələ keçirmişdir. O, Anarla dəfələrlə telefon əlaqəsi saxlamış, o, hər dəfə ona söz vermişdir ki, yaxın vaxtlarda pulunu qaytaracaq, ancaq artıq iki ilə yaxındır ki, cinayət yolu ilə ələ keçirdiyi pulunu qaytarmır. O, onun dələduzluq cinayəti törətməsi faktına görə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ərizəsi ilə müraciət etmişdir. O, Nizami RPİ-nin İŞ-nin müstəntiqinə verdiyi izahatında göstərdiyi məbləğdə pulunu ələ keçirməsini təsdiq etmiş, ancaq heç bir hüquqi fakta əsaslanmayan izahat vermişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə ortaq dostu Cahid vasitəsilə tanış olmuş, cavabdeh ona demişdir ki, onun üçün aşağı faizlə kənd təsərrüfatı ilə bağlı iki yüz min ABŞ dolları məbləğində kredit götürə bilər. Tanışlıqdan sonra bu məqsədlə cavabdeh onu aldadaraq kredit almaq üçün guya fonda üzv etmək, biznes planı tərtib etmək, adına torpaq sahəsi olması üçün, daha sonra guya ofisin Türkiyədəki nümayəndəliyindən razılıq almaq məqsədilə Türkiyəyə getmək üçün, bilet üçün, inspektora xidmət haqqı vermək üçün, sənədlərin üzərinə viza qoymaq üçün, bir sözlə müxtəlif bəhanələrlə ondan cəmi 7250 manat məbləğində pul almışdır. Daha sonra, cavabdehin onu aldatdığını, onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etdiyini bilmiş, pulunu cavabdehdən tələb etmişdir. Lakin cavabdeh zənglərinə cavab verməmiş, hər dəfə pulu geri qaytarmaqdan yayınmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 19.09.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. İddiaçı müraciəti əsasında Nizami RPİ-nin İstintaq Şöbəsinində toplanmış materiallarda olan Cavabdeh tərəfindən verilmiş izahatda qeyd edilir: “Mən İddiaçı təxminən 2019-cu ilin may ayından tanıyıram. X15 adlı ortaq münasibətdə olduğumuz şəxs tanış etmişdi. Mən hüquq təhsilim olduğu üçün nümayəndə kimi işləyib hüquqi yardım göstərirdim. Cahidə də hüquqi yardım göstərdiyim üçün onunla tanış olmuşdum. 2019-cu ilin may ayında Cahidə mənə zəng edərək Mirəkbər adına tanışı var və onun “Paşabank” la problemləri vardır. Mirəkbərə ərizə yazmaqda və bank işlərində köməklik göstər. Bu adla biz birlikdə Nizami rayonu,Q.Qarayev prospektində yerləşən “Araz” marketin yaxınlığındakı adsız çayxanada görüşdük. Görüş zamanı mən Mirəkbəri dinlədim və mənə məlum oldu ki, Mirəkbər “Paşabank”dan pul götürmüş və həmin pulu qaytara bilmədiyi üçün “Paşabank” onun bütün əmlakını əlindən almışdır. Mən ona bildirdim ki, səhər görüşərik və bütün sənədləri gətirər mən baxaram. Beləliklə sabahı gün biz yenidən qeyd etdiyim sayda eyni ünvanda görüşdük və həmin vaxt əlavə olaraq mənim sürücüm Tural Cəfərovda bizimlə birlikdə əyləşdi. Mən Mirəkbərin təqdim etdiyi sənədlərə baxdım və gördüm ki, o, məhkəmə proseslərini bütün instansiyalar üzrə uduzmuşdur. Mən Mirəkbərə izah etdim ki, mən ona heç bir köməklik edə bilmərəm. Bu zaman mən kənd təsərrüfatı ilə məşğul olan Türkiyə vətəndaşı Bünyamin bəyin telefon zənginə cavab verdim. Belə ki, mən həmin gün onunla görüşməli idim. Həmin Mirəkbər mənə bildirdi ki, qızı da Türkiyədə oxuyur. Bunan sonra söhbət türklərdən düşdü və bu adla söhbət Bünyamindən düşdü. Mirəkbər məndən Bünyaminin nə işlə məşğul olduğunu soruşdu. Mən də ona izah etdim ki, Bünyamin çox işlərlə məşğul olur. Bura gəlmək məqsədi ilə maraqlanan zaman Mən Mirəkbərə bildirdim ki, toxum işi vardır və həmin toxumları Azərbaycana gətirir. Bundan sonra burada əkdirib məhsul əldə edirlər. Həmin məhsulu isə Rusiyaya və başqa ölkələrə göndərirlər. Həmin ərəfədə onlar Azərbaycandan Rusiyaya pomidor göndərirdilər. Həmçinin onların X9 vasitəsilə bu işləri gördüyünü də bildirdim. Beləliklə söhbətdən sonra mən Cahid və Mirəkbərlə sağollaşdım. Büynaymın bəylə görüşməyə getdim. Təxminən 2 gün sonra Mirəkbər mənim mobil nömrəmə zəng edərək görüşmək istədiyini bildirdi. Razılığa əsasən biz görüşdük və eyni çayxanada əyləşdik. Söhbət zamanı Mirəkbər mənimlə toxum məsələsi ilə bağlı maraqlandı. O, bildirdi ki, tanışının Türkan qəsəbəsində torpaq sahəsi vardır. Həmin sahədə 5 hektarlıq istixanası vardır. Ətrafında isə 4 hektar boş sahə vardır. Əgər türklər kömək etsə kənd təsərrüfatı malları, yəni pomidor, bibər, çiəyələk və sa. həmin sahədə əkə bilər və biz birlikdə hektarından 400000 manat olmaq şərtilə,ümumilikdə 3.600000 manat xeyir götürə bilərik. Mən də Mirəkbərə kasıb adam olduğumu bildirdim. Mirəkbər isə mənim ona köməklik etməyimi deməklə birlikdə pul qazanmağı təklif etdi. Bundan sonra mən torpağın özü ilə maraqlandım ki, gedək torpağa baxaq. Daha sonra mən sürücüm Turalla birlikdə Türkan qəsəbəsinə həmin torpaq sahəsinə getdim. Mirəkbər isə özü nömrə nişanını xatırlamadığım ağ rəngli Niva markalı avtomobillə gəlduTorpaga baxış zamanı Mirəkbər mənə bildirdi ki, özümü X9 nümayəndəsi kimi təqdim etməyimi dedi. Mən isə ona etirazımı bildirdim və sadəcə torpağa baxıb şəklini çəkərək türklərə göndərəcəyimi dedim. Həmçinin Mirəkbərə bildirdim ki, məndən soruşsalar mən onlara X9 nümayəndəsi olduğumu deməyəcəm. Bundan sonra Turalla birlikdə sahəyə baxdıq və şəkillər, habelə video görüntülər çəkdik. Həmin görüntüləri Bünyaminə göndərdim. Beləliklə Bünyamin məndən soruşdu ki, həmin torpaq sahəsinin və istixananın sənədlərini də istədi. Mən Mirəkbər mənə bildirdi ki, həmin sənədləri mənə sabah çatdıracaq. Mən də ondan sənədin əslini istədim. Mirəkbər bildirdi ki, həmin sənədin əsli əmlak komitəsindədir. Lazım olarsa götürərik. Hələik surətini göndərək. Surətinə baxan zaman gördüm ki, həmin sənəd Abşeron rayon İcra başçısı tərəfindən verilmiş təsərrüfat təyinatlı müqavilədir. Müqavilədə isə icarəçi kimi 3 nəfər şəxsin adı qeyd olunmuşdur. 1-ci ad isə İddiaçı qeyd edilmişdi. Mən həmin sənədi Bünyaminə göndərdim. Təxminən 1 həftə sonra Bünyamin mənimlə əlaqə saxladı və bildirdi ki, həmin sənədlə bağlı Bakı əmlak komitəsindən maraqlanmışlar. Müəyyən olunmuşdur ki, Mirəkbər bizi aldadır. Yəni müqavilənin əsli başqasının adınadır. Bundan sonra mən Mirəkbərlə görüşdüm və ondan sənədin əslini istədim. Mirəkbər mənə əslinin əmlakda olduğunu dedi. Həmin həmin torpaq sahibi ilə razılaşdığını və türklərin əkin üçün pul yolladığı zaman həmin şəxsin torpağının pulunu ödəyərək sənədin onun adına keçirəcəyini bildirdi. Mən isə ona elə bir işin alınmayacağını dedim. Mirəkbər isə mənə bildirdi ki, türklər pul göndərikdən sonra sənədi üç günə öz adına keçirəcəkdir. Mən isə türkləri aldada bilməyəcimizi dedim və ona bildirdim ki, əvvəlcədən deyərdin bu işlərin ardınca getməzdik. Bundan sonra Mirəkbər mənə bildirdi ki, batacaqsa mənim pulum batacaqdır. Onu da qeyd edim ki, artıq buna qədər Mirəkbərin mənə verdiyi 5050 manat pula ümumilikdə təxminən 130 kiloqram toxum almışdıq. Həmin toxumlar paxlakimilərin toxumları idi. Mirəkbər sənədi və şəraiti qurmaq üçün pulu düzəldə bilmədiyindən, habelə həmin yerin sahibi də ona torpağı verə bilmədiyi Mirəkbərlə arada narazılıq yarandı. Bundan sonra Mirəkbər məndən ümumilikdə çıxan 7250 manat xərcini tələb etməyə başladı. Mən isə pulumun olmadığını və danışıqlarımızı xatırlatdım ki, bizə belə danışmamışdıq. Mən ona pulu tapa bilmədiyimi dedim. Lakin ona söz verdim ki, pulunu qaytaracam. Düşünürdüm ki, toxumu sataram və ya Türkiyəyə gedib işləyib pulunu qaytararam. Hətta toxumu Tovuz rayonunda olan Məqsəd adlı şəxsə satdım. Pulunu isə məhsul götürdükdən sonra verməli idilər. Lakin həmin rayonda su problemi olduğundan və məhsuldarlıq olmadığından toxum əvəzində 850 manat pul ala bildim. Həmin pulun 680 natını Bünyaminə toxumun pulundan qalıq qalmış hissəsinə görə verib borcu bağladım, lan pul isə yol xərclərinə getdi. Bundan sonra mənim dollarla kreditimə görə borcum yarandığından Suraxanı Rayon Məhkəməsi tərəfindən mənim ölkədən çıxışıma qadağa qoyuldu. Nəticədə mən heç bir iş görə bilmədim. Hazırda da həmin qadağa qüvvədədir. Bu səbəbdən də bir iş görüb Mirəkbərin pulunu qaytara bilmirəm. Lakin tam olaraq 7250 manatı qayataracağıma söz verirəm. Sual: Sizin Mirəkbərə 7250 manat borcunuz necə yaranmışdır? Cavab: Mən qeyd etdiyim məsələ ilə bağlı Mirəkbərlə razılaşmışdıq ki, mən Bünyaminlə danışıqlar aparacam və biz burada istixana təsərrüfatı quracağıq. Bundan sonra onlar bizə toxum göndərəcək və biz əkib becərməklə onların pulunu qaytaracağıq. Pulu isə Mirəkbər özü qoyacağını və daha sonra gələn gəlirdən pulu götürəcəyini demişdi. Yəni qeyd etdiyim kimi 5050 manat toxuma pul vermişdir. Qalan pulları isə şərik kimi ondan borc kimi aİmışam. Mirəkbər sonradan mənimlə danışan zaman bildirmişdi ki, mənimlə birlikdə yemək yeyən zaman xərclədiyi pulu da hesablamışdır. Sual: İddiaçı izahatında bildirmişdir ki, siz “X12”ndan 200.000 ABŞ dolları pul ayrılması üçün sizə ümumilikdə müxtəlif vaxtlara ondan 7250 manat pul almışınız. Həmin pulları isə fonda üzv olmaq üçün və sair üçün almışınız. Bu barədə nə deyə bilərsiniz? Cavab: Mən İddiaçı izahatı və ərizəsi ilə tanış oldum. Bildirmək istəyirəm ki, Mirəkbər yalan deyir. O, izahatında heç Türkan qəsəbəsində olan torpaq və ya toxum məsələlərindən danışmamışdır. Hətta bu məsələdən Cahidin də xəbəri vardır. Belə ki, mən Mirəkbərlə şərikli formada qeyd etdiyim işi görməli idim. Mirəkbər ilkin olaraq maliyyə dəstəyi verməli idi. Mən isə türklərlə arada danışıq aparmalı idim. Mirəkbərin qeyd etdiyi Maliyyə Nazirliyinə 10000 manat və Kənd Təsərrüfatı Nazirliyinə isə 10000 manat pul verilməsi məsələsini mən deməmişəm. Bunu Mirəkbərin göstərdiyi torpaq sahibi, yəni adını xatırlamadığım şəxs bildirmişdi ki, o, istixana açılması məsələsini həll etmək üçün belə danışacaqdır. Həmçinin, X2 ilə də danışılmalıdır. Bunun üçün ilkin etapda 2500 manat pul lazım olduğunu da bildirmişdi. Hətta Mirəkbər məndən soruşmuşdu ki, türklər bizə həmin pulu verər ya yox. Mən isə ona türklərin belə bir şeyə kömək etməyəcəyini, habelə türklərin biz şərait qurduqdan sonra bizimlə əməkdaşlıq edəcəyini dedim. Bütün bu halları mənim sürücüm Tural da təsdiq edə bilər. Həmçinin Mirəkbərin torpaqla bağlı mənə təqdim etdiyi müqavilənin də surəti məndə vardır. Həmin sənədi də sizə təqdim edə bilərəm”. Həmin materiallarda olan X6 tərəfindən verilmiş izahatda qeyd edilir: “Verilən suallara cavab olaraq bildirirəm ki,mənə yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. 2003-cü ildə mən turizm şirkəti olan Rasif Qarayevlə tanış oldum və indiyə qədər dostluq münasibıtimiz var.2019- cu ildə Rasif Qarayev mənə dedi ki, İddiaçı adlı dostum var və bankla bağlı problemləri var.Rasif məndən xahiş etdi ki, mən həmin Mirəkbərə köməklik edim. Mən Rasifə dedim ki, Mirəkbərə mənim mobil telefonum ver mənimlə əlaqə saxlasın və mənim iş yerimə gəlsin.Mirəkbər mənim ofisimə gəldi və mənə bankla bağlı sənədləri təqdim etdi və bizim ofisimizin adın bilmədiyim hüquqşünas həmin sənədlərə baxıb Mirəkbərin işininin problemli olduğunu bildirdi. Təxmini 15-20 gün keçdikdən sonra Mirəkbər mənimlə əlaqə saxladı və mən onun sənədlərinui geri qaytardım. 2019-cu il tarixdə mart ayında Mirəkbərə Cavabdeh xatırlamadığım mobil telefonunu verdim ki, Cavabdeh onun problemini həll etsin. Cavabdeh mən hüquqşünaskimi tanıyıram və mənim özümün hquqi problemlərimi həll etdiyindən Mirəkbərə Anarı məsləhət gördüm. Təxmini bir neçeə gün keçəndən sonra Anar, mən və Mirəkbər Nizami rayonu, Q.Qarayev metrosunun yaxınlığında kafedə görüşdük və Anarla Mirəkbə tanış oldular və Mirəkbər bütün sənədləri Anara təqdim edərək Masalıdakı torpağını bankın əlindən aldığını bildirdi. Anar Mirəkbərə dedi ki, mənə etibarnamə ver sənin işlərinlə məşğul olum. 2019-ci iln avqust ayına kimi Mirəkbərlə Anar arasında hansı işlərin görüldüyündən xəbərim olmamışd və avqust ayında Mirəkbər mənə dedi ki, Anar səndən birdən pul istəsə vermə.Mən də Mirəkbərə dedim ki, mən də pul yoxdu və pul nəyə lazımdı. Mirəkbər mənə Anarın ondan 20.000 manat pul istədyini və bankdan pul götümək üçün pul lazım olduğunu bildirdi. Mən də Mirəkbərə dedim ki, Anar pul vermə. Mən sonra Anarla əlaqə saxladım və nəyə görə Mirəkbərdən pul istədiyini soruşdum. Anar mənə bütün sənədləşmələri hazır etməkdən ötrü pul lazım olduğunu bildirdi. Anar mənə dedi ki, bizim Mirəkbərlə məsələmizə qarışma və mən də ona görə qarışmadım. Təxmini 1 ay keçmişdi ki, mənə Anarın onu aldadaraq onun 7000 manat pulunu ələ keçirtdiyini bildirdi. Mirəkbər məndən Anarın onun pulun qaytarmağına köməklik etməyimi xahiş etdi. Mən, Rasif Anarla görüşdük və Anar da mənə acığa Mirəkbərin pulun qaytarmayacağını bildirdi. Anar işi üçun xərclərinin çıxdığını bildirdi. Həmin gündən sonra nə baş verməsi barədə məlumatım olmamışdır. Sual: İddiaçı izahatında bildirmişdir ki, Cahid adlı şəxs mənim dostumdur. Etibarlı adamdır və təxminən 1 ildir ki, dostluq edirik. Mən bildiyim qədər Cahid “Royal Holding”də çalışır. Mən əvvəllər kənd təsərrüfatı ilə məşğul olurdum. Hadisə ilə əlaqədar olaraq deyə bilərəm ki, 2019-cu ilin may ayının ortalarında Cahid adlı şəxsə danışan zaman mənə kənd təsərrüfatı ilə bağlı kredit ayıra biləcək Cavabdeh adlı şəxsin olduğunu dedi. Həmçinin, Cahid həmin şəxsin fondda işlədiyini və hüquqşünas olduğunu dedi. Mən də onunla razılaşdım və danışıqdan bir gün sonra biz Nizami rayonu, Q.Qarayev metro stansiyasının çıxışında olan çayxanada Cahid, mən və Cavabdeh görüşdük. Görüş zamanı Cavabdeh bildirdi ki, “Asiya” fondunun Bakı nümayəndəliyində hüquq şöbəsinin müdiridir. O, fondda müqavilə ilə çalışır. Ofisin rəhbəri Lalə xanımdır. Rəhim və adını xatırlamadığım bir nəfər və Rəhim adlı şəxs isə inspektor kimi çalışır. Anar mənə bildirdi ki, mənə həmin fondun vasitəsilə 200.000 ABŞ dolları pul ayıra bilər. Mən isə ona şərtlər barədə danışmasını xahiş etdim. Bu zaman Anar mənə bildirdi ki, ilkin olaraq fonda üzv olmaq lazımdır. Bunun üçün 100 manat pul lazımdır. Üzv olduqdan sonra 5000 manat pul lazım olacaqki, Türkiyədə mənim sənədlərim hazırlansın. Belə ki, həmin fondun Türkiyə rəhbəri “Benyamin müəlim”dir. Mən də Anarla razılaşdım və ona dərhal 100 manat pul verdim ki, məni üzvlüyə qəbul etdirsin. Bununla da biz ayrıldıq. Bu barədə nə deyə bilərsiniz? Cavab: İddiaçı izahatında göstərdikləri doğru deyil, çünki biz üçümüz görüşəndə belə söhbətlər olmamış və mən Anarı hüquqşünas kimi tandığımdan Mirəkbərə Anarı hüquqşünas kimi Mirəkbərə təqdim etmişəm. Mənim yanında pul söhbəti olmamışdır və Anar da özünü “Asiya” fondunun Bakı nümayəndəliyində hüquq şöbəsinin müdiri kimi təqdim etməmişdir. X10 kənd təsərrüfatı üçün kredit düzəldə biləcəyini bildirdi. Sual: İddiaçı izahatında bildirmişdir ki, ona “Asiya” fondundan 200.000 ABŞ dolları pul ayıracağı vədi ilə Cavabdeh onu aldardaraq onun hissə-hissə olmaqla ümumilikdə 7250 manat pulunu ələ keçirtmiş və Anar vədinə nəticədə əməl etməmişdir. Bu barədə nə deyə bilərsiz? Cavab: Cavabdeh Mirəkbərə 7250 manat borcunun olduğunu boynuna alır, lakin Mirəkbərin onu dəfələrlə təhqir etdiyi üçün pulunu qaytarmaycağını bildirdi. Sual: X11 hissə-hissə olmaqla ümumilikdə 7250 manat verməsinin şahidi olmusunuzmu? Cavab: Xeyr, mənim Mirəkbərin Anara pul verməyinin heç vaxt şahidi olmamışam. Sonradan Mirəkbər mən bildirmişdir ki, Anar onun 7000 manat pulun ələ keçirdib. Sual: Siz Lalə, Rəhim və Bünyamin, Tural Cəfərov adlı şəxsləri tanıyırsınızmı? Cavab: Xeyir, mənim şəxsləri tanımıram və mən həmin adları Mirəkbərdən eşitmişəm”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh 2019cu ilin may ayında X4 vasitəçiliyi ilə tanış olmuşdur. Tanışlıqdan sonra Cavabdeh İddiaçı kənd təsərrüfatı krediti verilməsi üçün (cavabdehin izahatına görə şərikli istixana təsərrüfatı qurmaq üçün) vasitəçilik təklif etmiş, cavabdeh bu məqsədlə müxtəlif əsaslarla müxtəlif vaxtlarda iddiaçıdan cəmi 7250 manat məbləğində pul almışdır. Pulun alınma səbəbini şərikli istixana təsərrüfatı qurmaq niyyəti ilə izah edən Cavabdeh Polis İdarəsində verdiyi izahatında açıq şəkildə ifadə etmişdir ki, İddiaçı ona verdiyi 7250 manat pulun 5050 manatına 130 kiloqram toxum almış, qalan pulu isə ondan borc almışdır. Sonradan aralarında narazılıq olduğundan İddiaçı pulunu tələb etməyə başlamış, Cavabdeh pulu tam qaytaracağına söz vermiş, toxumu satıb işləyib pulunu qaytaracağını demişdir. Lakin toxumu 850 manata satdığını, həmin pulun da 680 manatını Bünyamin adlı şəxsə toxumun pulundan qalmış borca görə verib borcunu bağladığını, qalanını isə yol xərclərinə sərf etdiyini bildirmişdir. Bu qədər müddətdə pulu qaytarmamasını isə banka kredit borcunun olması, bu səbəbdən ölkədən giriş-çıxışının məhdudlaşdırılması, işləyə bilməməsi ilə izah etmiş, hər bir halda borcu qaytaracağını bildirmişdir. Məhkəmə Cavabdeh polisə verdiyi izahatın bəzi hissələrinə tənqidi yanaşaraq qeyd edir ki, həmin izahatda Cavabdeh yalnız şərikli istixana təsərrüfatı qurmaq üçün iddiaçı ilə ünsiyyətdə olduğunu, ondan yalnız bu məqsədlə pul aldığını bildirib ona hansısa kredit verilməsi üçün vasitəçilik vəd etdiyini inkar etmişdir. O, izahatında iddiaçıdan 20000 manat məbləğində pul tələb etməsini də qəbul etməmişdir. Lakin hər iki tərəfin izahatlarında hadisələrin şahidi kimi təsvir etdiyi X6 polisə verdiyi izahatda qeyd etmişdir ki, Mirəkbər ona Anarın ondan 20000 manat pul istədiyini demiş, o, Anarla əlaqə saxlayıb bu barədə soruşduqda Anar ona bu pulun sənədləşmə işləri üçün lazım olduğunu bildirib məsələyə qarışmamasını tövsiyə etmişdir. Əlavə etmişdir ki, Anar ona Mirəkbərdən aldığı pulu qəsdən qaytarmayacağını, çünki Mirəkbərin onu təhqir etdiyini, həmçinin iş üçün əlavə xərclərinin çıxdığını bildirmişdir. X1 Mirəkbərə kənd təsərrüfatı üçün kredit düzəldə biləcəyini və Mirəkbərə olan 7250 manat məbləğində borcunu qaytarmayacağını dediyinə şahid olmuşdur. Göründüyü kimi Cavabdeh hadisələrin şahidi kimi təsvir etdiyi şəxs izahatında Cavabdeh İddiaçı kredit verilməsi üçün vasitəçilik vəd etməsi, ondan bu məqsədlə sənədləşmə adı ilə pul tələb etməsi, onun İddiaçı 7250 manat pul borclu olması, lakin borcunu qaytarmaqdan qəsdən yayınması ilə bağlı iddiaçının qeyd etdiklərini təsdiqləmişdir. Həmçinin, Cavabdeh hər nə qədər kredit məsələsi ilə bağlı qeyd edilənləri inkar edib pulun şərikli istisxana təsərrüfatı qurulması üçün, bir hissəsinin isə borc kimi alındığını bildirsə də verdiyi izahatda pulun qaytarılmasına görə bütün məsuliyyəti öz üzərinə götürərək pulu qaytaracağına söz vermişdir. Göründüyü kimi, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 7250 manat məbləğində pul əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıdan 7250 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin məhkəmə əldən çıxmış faydaya görə tələb edilən 5000 manat məbləğində pulla razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, qanunla əldən çıxmış fayda dedikdə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Yəni, bunun üçün iddiaçı sübut etməlidir ki, cavabdeh tərəfindən ona müvafiq məbləğdə maddi zərər vurulmasa idi o, adi mülki dövriyyə şəraitində hansısa məbləğdə gəlir əldə edəcəkdi. Hazırkı işdə isə bu hal müəyyən edilməmiş, iddiaçı yalnız formal olaraq iddianın tələb hissəsində əldən çıxmış faydanı tələb etməklə kifayətlənmişdir. Son olaraq, məhkəmə iddia ərizəsinin xahiş hissəsində yer verilən xüsusi qərardad çıxarılması məsələsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 2(010)-1929/2021 saylı xüsusi qərardadı ilə Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması faktının araşdırılması üçün qərardadın Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1929/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1929/2021
27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver