Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1930/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat, hüquqi yardım üçün ödədiyi 100 (bir yüz) manat, o cümlədən 30 (otuz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Əbülfəti təxminən 2 ilə yaxındır tanıyır. Belə ki, əri Əbülfəz Hüseynov ev və torpaq alqı-satqısı ilə məşğul olurdu, ailəni də bu yolla dolandırırdı. Təxminən 2019-cu ilin noyabr ayında əri Əbülfəz Qaraçuxur qəsəbəsində yerləşən satdığı torpaq sahəsinin sənədlərini qaydaya salmaq üçün adam axtarırdı. Həmin vaxtı yaşadığı evin yaxınlığında kafe işlədən Əbülfət adlı tanışı bu məsələni həll edə bilcəyini və tanışlarının olduğunu demişdi. Buna görə də Əbülfət əri Əbülfəz ilə yaşadığı evə gəldilər və çay süfrəsi arxasında bu barədə ətraflı söhbət etdilər. Bu vaxtı Əbülfət əri Əbülfəzin məsələsini tam dinlədikdən sonra 12000 (on iki min) manat müqabilində bu məsələni həll edəcəyini dedi. Həyat yoldaşı Əbülfəz hal-hazırda pulunun tam olmadığını və yaxın günlərdə həll edəcəyini dedi. Bu səbəbdən əri Əbülfəz sinif yoldaşı Qurbana 4000 (dörd min) manat borc verməsi üçün müraciət etdi və Qurban etiraz etmədən verəcəyini bildirdi. Bundan sonra yenə yaşadığı evdə Qurban, həyat yoldaşı Əbülfəz, Əbülfət və o, görüşərək çay süfrəsi arxasında bu barədə söhbət etdik. Qurban həyat yoldaşı Əbülfəzə 4000 (dörd min) manat borc pul verdi. Həmin pulun üstünə əri Əbülfəz 8000 (səkkiz min) manat pul qoyaraq 12000 (on iki min) manat pulu Əbülfətə torpağa sənəd düzəltməsi üçün verdi. Bir neçə müddət keçdikdən sonra Əbülfət məsələni həll edəcəyini desə də, vədinə əməl etmədi. Sonra Əbülfət işi həll etmək üçün pulu verdiyi adamın rəhmətə getdiyini, bu səbəbdən məsələni həll edə bilmədiyini və pulu yaxın vaxtda verəcəyini dedi. Lakin bü günə kimi Əbülfət vədinə əməl etməyərək pulu qaytarmamışdır. Pulu qaytarmadığına görə də məcbur qalıb cavabdeh Əbülfət barəsində polisə şikayət etmişdir. Polis şöbəsində olduqları vaxt yenə də onun pulunu qısa müddətdə qaytaracağına dair vəd versə də, indiyədək pulu qaytarmaqdan yayınır. O da məcbur qalıb polisdən ona verilən cavaba əsasən məhkəmə qaydasında pulunu tələb etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 12000 manat, hüquqi yardım üçün ödədiyi 100 (bir yüz) manat, o cümlədən 30 (otuz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddianın artırılmasına dair ərizə verərək, oğlu X1 mərhum ərinin vərəsəsi olduğuna görə onun qanuni numayəndəsi olaraq oğluna pay həcmində, o cümlədən ½ hissəsində cavabdeh X4 pulun tutulmasını xahiş etməklə, ərizəni onunla əsaslandırmışdır ki, o, öz mərhum həyat yoldaşı X2 qanun üzrə vərəsəsidir. Lakin, qanun üzrə vərəsəsi olaraq, şəhadətnamə əsasında ona yalnız ½ hissədə vərəsi kimi müəyyən edilmişdir. Digər hissədə olan vərəsə onun oğlu X12r. Bununla əlaqədar oğlunun qanun üzrə nümayəndəsi olaraq oğluna düşən pay həcmində cavabdehə qarşı pul tələbinə dair qətnamənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh öz izahatında ondan bir nəfər faizə 12 min pul istədiyini, mərhum dostu X5 faiz məbləği olaraq 600 manata bu pulu verə biləcəyini bildirmişdir. Belə ki, bu borcun alınıb-verilməsi ilə bağlı olan söhbətlər 3 nəfər arasında özü və iki dostu arasında olmuşdur. Lakin hal-hazırda həmin iki dostu da vəfat etmişdir. Bu 12 min manat məbləğində borc da ona qalmışdır. Bu 12000 manat borcdan bir il ərzində faiz ödədiyini göstərmiş lakin bunun yazılı şəkildə qeydlərinin olmamasını bildirmişdir. Eyni zamanda bildirmişdir ki. Həmin borcdan iddiaçıya 200 manat məbləğini qaytarmışdır. Son olaraq o, iddia tələbini qəbul etdiyini, həmin pulu qaytaracağını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh və X9 arasında bağlanan 25.02.2019-cu il tarixli yazılı razılığa əsasən, Cavabdeh X3 12000 (on iki min) manat pul almışdır, mart ayının 30a kimi qaytaracaqdır. İş materiallarında olan Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2020-ci il tarixli AZ-İİ seriyalı, 118280 nömrəli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 22.08.2020-ci il tarixdə ölmüşdür. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 sentyabr 2020-ci il tarixli, 701 sayla qeyd edilmişdir. X5 ölüm səbəbi dəqiqləşdirilməmiş böyrək çatmamazlığı, öldüyü yer isə Bakı şəhəri qeyd olunmuşdur. İş materiallarında olan 24 saylı notariat ofisi tərəfindən verilmiş 27 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 22.08.2020-ci il tarixdə vəfat etmiş – X6 vərəsələri; ünvan 1 ünvanında qeydiyyatda olan arvadı İddiaçı (AZE ********, 09.06.2014- Asan4-1, FİN:xxxxxxx, d/t:xx.xx.1974) və ünvan 2 ünvanında qeydiyyatda olan oğlu X14 (AZE11036706, 28.06.2014- Asan4-2, FİN: 6W8THAS, d/t:21.07.2006) və onların hər biri miras əmlakdan ½ irs almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 24.11.2020-ci il tarixli arayışından görünür ki, X15 oğlu ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1152.2-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin maddənin 2 bəndinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə araşdırılması zamanı Məhkəmə araşdırılması zamanıhər iki tərəfin izahatına və iş materiallarına əlavə edilmiş yazılı qəbzinə əsasən müəyyən edilmişdir ki, İddiaçı mərhum əri X9 Cavabdeh 12000 (on iki min) manat məbləğində borc olaraq vermiş, Cavabdeh Əbülfət Abbasqulu oğlu həmin pulun qaytarılması öhdəliyi öz üzərinə götürmüşdür. Həmin hal hər iki tərəfinə izahatında öz əksini tapmaqla,o cümlədən cavabdeh tərəfindən pulun borc olaraq götürülməsi və yazılı qəbzdə olan imzasının şəxsən icra edilməsi təsdiq olunmaqla, artıq işin mübahisəsiz halına aid edilmişdir. Bundan başqa hər iki tərəfin izahatına əsasən müəyyən edilmişdir ki, həmin məbləğdən Cavabdeh Əbülfət Abbasqulu oğlu 200 manat pulu qaytarmışdır. Sonradan cavabdeh öz öhdəliyini yerinə yetirməyərək, pulu qaytarmamışdır. İddiaçı əri X9 28 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 22.08.2020-ci il tarixdə vəfat etmiş – X6 vərəsələri: arvadı İddiaçı və oğlu X14 və və onların hər biri miras əmlakdan ½ irs alınması kimi müəyyən edilmişdir. İddiaçı pulu mərhum əri X6 miras əmlakından ona düşən 1/2 hissədə və oğlu X11 qanuni nümayəndəsi olaraq ona qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən atası X6 miras əmlakından ona düşən ½ hissədə pulun Cavabdeh Əbülfət Abbasqulu oğlundan tututulmasını xahiş etmişdir. Cavabdeh pulun brc olaraq götürülməsini etiraf etmiş, həmin pulundan 200 manat qaytarılmasını bildirmişdir. Həmin halı iddiaçı da öz izahatında təsdiqləmişdir. Bununla yanaşı cavabdeh məhkəmə iclasında verdiyi izahatında bir il ərzində iddiaçının mərhum əri X7 faiz ödəməsini bildirsə də, həmin hal istər tərəflərin izahatlarında, istər sə də iş materiallarında öz əksini tapmamış, cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi isinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mərhum əri ilə cavabdeh arasında borc münasibətlərinin yaranması, cavabdeh tərəfindən borc olaraq 12000 manat pulun götürülməsi, ondan yalnız 200 manat pulun qaytarılması, lakin sonradan öhdəliyin yerinə yetirilməsi halla təsdiq olunduğundan və iddiaçının əri vəfat etsə də, qaytarılmamış pul vəsaiti ona məxsus ola biləcək əmlak və artıq miras aktivlərinə aid olduğundan iddia tələbi təmin olunmalı və Cavabdeh İddiaçı xeyrinə 11800 manat məbləğində pul tutulmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarına əlavə olunmuş 25.11.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Əbülfət Abbasqulu oğlundan İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını, iddiaçının izahatlarını, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır, Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş 25.11.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1930/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1930/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver