Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1934/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı «xxxxxxx» MMC-nin ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxx» x1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «xxxxxxx» x1 iddia tələbini onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh 01 yanvar 2019–cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 2239 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1675 manat borcu qalıb. İş üzrə Cavabdeh 18 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 3138 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 4510 manat borcu qalıb. Odur ki, cavabdehdən 4510 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4540 manat məbləğində pul vəsaitinin alınanaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 4510 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4540 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmağını xahiş edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi x2 tərəfindən verilən ərizəyə əsasən, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01 yanvar 2019-cu il tarixli №EHK5708999 saylı borc müqaviləsindən görünür ki, alıcı-Cavabdeh, satıcı-İddiaçı MMC olmaqla,o, Cavabdeh imza edən İddiaçı –dən hissə-hissə ödəniş şərti ilə 2239 (iki min iki yüz otuz doqquz) AZN məbləğində məişət avadanlığı əldə etmişdir, o, 304 ( üç yüz dörd) AZN ilkin ödəmiş və qalan 1935 (bir min doqquz yüz otuz beş) AZN məbləği 15 ay müddətinə aylıq 129 (bir yüz iyirmi doqquz) AZN olmaqla İddiaçı–yə ödəməyi öz öhdəsinə götürmüşdür.Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan 18 yanvar 2019-cu il tarixli №5682642 saylı borc müqaviləsindən görünür ki, alıcı-Cavabdeh, satıcı-İddiaçı MMC olmaqla,o, Cavabdeh imza edən İddiaçı –dən hissə-hissə ödəniş şərti ilə 3138 (üç min yüz otuz səkkiz) AZN məbləğində məişət avadanlığı əldə etmişdir, o, 303 ( üç yüz üç) AZN ilkin ödəniş etmiş və qalan 2835 (iki min səkkiz yüz otuz beş) AZN məbləği 15 ay müddətinə aylıq 189 (bir yüz səksən doqquz) AZN olmaqla İddiaçı–yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarında olan 26.04.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 01.01.2019-cu il tarixində bağlanmış EHK5708999 saylı müqavilə üzrə ödənilməmiş 1675,00, 18.01.2019-cu il tarixində bağlanmış EHK5682642 saylı müqavilə üzrə ödənilməmiş 2835,00 AZN olmaqla ümumilikdə 4510,00 AZN əsas (qalıq) borcu vardır.. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı MMC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, Cavabdeh ilə İddiaçı MMC arasında 01 yanvar 2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh imza edən İddiaçı–dən hissə-hissə ödəniş şərti ilə 2239 (iki min iki yüz otuz doqquz) AZN məbləğində məişət avadanlığı əldə etmişdir, o, 304 ( üç yüz dörd) AZN ilkin ödəmiş və qalan 1935 (bir min doqquz yüz otuz beş) AZN məbləği 15 ay müddətinə aylıq 129 (bir yüz iyirmi doqquz) AZN olmaqla İddiaçı –yə ödəməyi öz öhdəsinə götürmüşdür.Eyni zamanda 18 yanvar 2019-cu il borc müqaviləsinə əsasən o, Cavabdeh imza edən İddiaçı –dən hissə-hissə ödəniş şərti ilə 3138 (üç min yüz otuz səkkiz) AZN məbləğində məişət avadanlığı əldə etmişdir, o, 303 ( üç yüz üç) AZN ilkin ödəmiş və qalan 2835 (iki min səkkiz yüz otuz beş) AZN məbləği 15 ay müddətinə aylıq 189 (bir yüz səksən doqquz) AZN olmaqla İddiaçı –yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 4510 manat məbləğində əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 4540 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh 4510 manat məbləğində əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 4540 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1934/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1934/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver