Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1936/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçının nümayəndəsi Vəkil və Cavabdeh X2 iştirakları ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin cavabdeh X3 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “İddiaçı” İstehsalat Birliyi (bundan sonra “İddiaçı” İB) cavabdeh X3 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh X4 tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 2746.19 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, VÖEN **********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə abonent X4 arasında daha öncəki tarixlərdə, eləcə də 05.06.2018-ci il tarixində AKX-0004687/06-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İstehsalat Birliyi abonent X3 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətlərindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında 13.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 1943 manat; 30.04.2019-cu il tarixli 02113688 saylı akt əsasında 302.40 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bu aktlar üzrə cavabdehin borc məbləği 2246.40 manata bərabər olaraq cəmlənir. Lakin 13.08.2018-ci il tarixli akt üzrə hesablanmış 1943 manat borc məbləği Smart sayğaca keçmişdir. Buna görə də yalnız 30.04.2019-cu il tarixli akt üzrə yaranmış 302.40 manat borc məbləği sonradan ümumi borcun üzərinə əlavə olunur. Bundan əlavə, GASREPORT üzrə saldodan göründüyü kimi cavabdehin 04/2014-cü il tarixinə 790.79 manat borc məbləğində debitor borcu yaranmışdır. Cavabdeh tərəfindən borc yarandığı andan etibarən, yəni 04.2014-cü il tarixdən müvafiq ödənişlər edilmişdir ki, həmin ödənişin də müəyyən hissəsi (290 manat) borca görə tutulmuş və ümumi borcdan silinmiş, digər bir hissəsi isə sərfiyyata uyğun hesablandığından nəticədə GASREPORT üzrə cari borc 2443.79 manata (790.79+1943 manat-290 manat) bərabər olmuşdur. Beləliklə, cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə ödənilməli borc məbləği (itirilmiş qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq debitor borclarla birlikdə ümumi olaraq 2746.19 manat təşkil etməkdədir (2443.79 manat+302 manat). Hazırda müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək bildirdi ki, aktlar əsasında ondan dəymiş zərər kimi tələb edilən pul tam əsassızdır. Belə ki, müvafiq aktlar onun evinin yox, qonşusunun evinin sayğacına görə tərtib edilmişdir. Qonşu ev onun evinə bitişikdir, lakin onun evinə heç bir aidiyyəti yoxdur. Akt tərtib edilən vaxt isə evdə heç kim olmamışdır. Bu səbəbdən “İddiaçı” İB-nin əməkdaşları da sayğacın şəklini çəkib akt tərtib edib getmişlər. Halbuki, həyətə baxdıqda görünür ki, evin girişi, həyəti onun evindən ayrıdır və onun evi ilə heç bir aidiyyəti yoxdur. Cavabdeh orqanın əməkdaşları isə bunu araşdırmadan akt tərtib etmişlər və hazırda da bu aktlara görə ondan dəymiş zərərin ödənilməsini tələb edirlər. 04.2014-cü ildən hesablanan 790.79 manat debitor borca gəldikdə isə bildirdi ki, bu hissədə iddia müddəti ötürülmüşdür. Odur ki, məhkəməyə ərizə verərək iddia müddəti tətbiq edilməklə bu hissədə iddianın rədd edilməsini xahiş etdi. Beləliklə, qeyd etdiklərinə əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İddiaçı” İstehsalat Birliyi ilə abonent X4 arasında 05.06.2018-ci il tarixində AKX- 0004687/06-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” dən görünür ki, tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İstehsalat Birliyi abonent X3 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. “İddiaçı” İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. 18.08.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, X2 ünvan 2 ünvanında yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki: “08.08.2018-ci il tarixli laboratoriyanın 29/1710-00820 nömrəli MSK-ya əsasən G-4 N 1202AQ**********2 saylı sayğacın plastmas borusu deşilib”. 30.05.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, X2 ünvan 2 ünvanında yerləşən evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki: “Mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu”. Dəymiş ziyanın bərpasına dair tələbnamələrin surətlərindən görünür ki, 13.08.2018-ci il tarixli akt əsasında 9720 m3, 30.05.2019-cu il tarixli akt əsasında 3024 m3 itki hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “İddiaçı” İB ilə abonent X4 arasında 05.08.2018-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İstehsalat Birliyi abonent X3 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Bundan sonra, 13.08.2018-ci il və 30.05.2019-cu il tarixlərində “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmiş və aktlara əsasən dəymiş zərər hesablanmışdır. Bundan başqa, 04.2014-cü il tarixinə olan 790.79 manat debitor borc da hesablanaraq cavabdehdən tələb edilmişdir. Göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir. Bunlardan ilki 13.08.2018-ci il və 30.05.2019-cu il tarixli aktlar əsasında itirilmiş təbii qazın dəyərinə müvafiq hesablanmış dəymiş zərər, digəri isə 04.2014-cü il tarixə təbii qazdan istifadəyə görə yaranmış 790.79 manat debitor borcdur. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 akt tərtib edilmiş sayğacın onun deyil, qonşusunun evinin sayğacı olduğunu bildirdiyinə görə məhkəmə tərəfindən mübahisəli sayğacın yerləşdiyi evə yerində baxış keçirilmiş, baxışda həm iddiaçının nümayəndəsi, həm də cavabdeh iştirak etmişdir. Baxış zamanı iddia ərizəsinə əlavə edilmiş fotoşəkillər həm cavabdehin, həm də qonşusunun sayğacı ilə müqayisə edilmiş, bütün fotoşəkillərin digər (qonşunun) evinə quraşdırılmış sayğaca aid olduğu müəyyən edilmişdir. Bu mübahisəsizdir, çünki iddia ərizəsinə sayğacın quraşdırıldığı evin kənardan fotoşəkli də əlavə edilmiş və həmin fotoşəkildə olan evin cavabdehin evinə bitişik olan, lakin ayrıca bağlı dəmir qapısı, girişi, həyəti olan digər evə aid olduğu müəyyən edilmişdir. Evin və sayğacın fotoşəkilləri yerində baxış protokoluna əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin aktlar əsasında dəymiş ziyanla bağlı hissədə tam əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göründüyü kimi, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Bu mənada əgər iddiaçı cavabdehin qanunazidd davranışı (sayğacın deşilməsi, sayğacdankənar təbii qazdan istifadə) nəticəsində ona hansısa zərər dəydini iddia edirsə, ilk növbədə həmin davranışın məhz iddiaçı tərəfindən törədildiyini sübut etməlidir. Hazırkı işdən isə bunun əksi müəyyən edilir. Belə ki, tərtib edilmiş aktların cavabdehin evinə yox, cavabdehə aid olmayan digər evə quraşdırılmış sayğaca görə tərtib edildiyi tərəflərin iştirakı ilə keçirilmiş yerində baxış nəticəsində müəyyən edilmişdir. Belə olan halda iddiaçı cavabdehin təqsirinə görə baş verməmiş, onunla heç bir aidiyyəti olmayan zərərə görə cavabdehdən pul tələb edə bilməz. Odur ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. İddia tələbinin digər – 790.79 manat debitor borcla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh X4 məhkəməyə ərizə verərək iddia müddəti tətbiq edilməklə iddianın məhz bu hissədə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Məhkəmə iddiaçının müvafiq subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd edir ki, tərəflər arasında təbii qazın alqı-satqısı haqqında müqavilə bağlanmış və bu müqaviləyə əsasən iddiaçı “İddiaçı” İB cavabdehə məxsus evi keyfiyyətli təbii qazla təmin etməyi, cavabdeh X4 isə bu müqaviləyə uyğun olaraq istifadə etdiyi təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi, iddiaçı “İddiaçı” İB aralarında bağlanmış müqaviləyə əsasən istifadə edilmiş təbii qazın dəyərini cavabdehdən tələb etməkdə haqlı olsa da öhdəliyin icrasını tələb etmək müddətini keçirmişdir. Nəzərə alınmalıdır ki, təbii qazdan istifadəyə görə ödənişlər vaxtaşırı ödənişlərdir və bu cür ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddiaçı isə 04.2014-cü il tarixə təbii qazdan istifadəyə görə yaranmış debitor borcu tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı” İB-nin bu tarixə olan debitor borcu cavabdeh X1 tələb etməyə subyektiv hüququ olsa da o, öhdəliyin icrasını tələb etmək müddətini keçirmişdir. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələni aydınlaşdırdıqdan sonra qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iddiaya bu hissədə iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsaslıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı 04.2014-cü il tarixə yaranmış borcu cavabdehdən tələb edir. Üstəlik, iddia tələbindən görünür ki, 04.2014-cü il tarixə hesablanmış həmin borcdan hər hansı hissə silinməmişdir. Buna baxmayaraq, iddia ərizəsi məhkəmənin icraatına yeddi ilə yaxın müddət keçdikdən sonra – 03.03.2021-ci il tarixdə daxil olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Belə olan halda, cavabdeh əsaslı olaraq hesab etmişdir ki, iddiaçı “İddiaçı” İB bu hissədə iddia müddətini keçirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Son olaraq məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin cavabdeh X3 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1936/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1936/2021
04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver