Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1938/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı «Azəriqaz” İstehsalat Birliyi məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçı «Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 1135.58 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1465.58 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 03.12.2018-ci il tarixində AKX-0046834/12-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.Həmin ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00130 nömrəli abonent kodu verilmişdir.Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarının” tələblərinə əməl etmək), “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”un 6.2-ci bəndinin tələbləri pozularaq istiadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyi-qanuni şəkildə təbii qazı talaması faktları aşkar edilmiş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Bununla yanaşı cavabdehin təqsirli hərəkətlərindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır.Bütün bunlara əsaslanaraq iddiaçı hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. İş ona əlavə edilmiş materiallarla birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli qərardadı ilə “Məhkəmə Ekspertiza Mərkəzi”-nə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, . Belə ki, iş materiallarına əlavə edilmiş: 03.12.2018-ci il tarixlİ AKX-0046834/12-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”-yə əsasən iddiaçı tərəfindən cavabdehin fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. İş materiallarında olan 02.12.2020-ci il tarixli pretenziya məktubuna əsasən, iddiaçı cavabdehdən ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmiş, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan 25.02.2016-ci il tarixli 092992 saylı akta görə cavabdeh tərfindən “Azəriqaz” İB-yə maddi ziyan vurulması müəyyən edilmişdir. İş materiallarında olan 22.02.2017-ci il tarixli ******* saylı akta görə cavabdeh tərəfindən “Azəriqaz” İB-yə maddi ziyan vurulması müəyyən edilmişdir İş materiallarında olan 22.05.2018-ci il tarixli ******* saylı akta görə cavabdeh tərəfindən “Azəriqaz” İB-yə maddi ziyan vurulması müəyyən edilmişdir. İş materiallarında olan 02.11.2021-ci il tarixli 10/5245 nömrəli “Məhkəmə Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ekspert rəyinə görə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı, 3 Palmanın arxası, 2-ci döngə ünvanında yerləşən yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hansısa qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Baxış zamanı iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”a əlavə edilmiş fotoşəkil ilə (i.v 27) faktiki vəziyyət arasında mübahisəli analiz apardıqda müəyyən edildi ki, fərdi yaşayış evində konstruktiv dəyişikliklər aparılsa da həmin fotoşəkil mübahisə predmeti olan ünvana aiddir. Məhkəmə ekspertiza rəyini mötəbər sübut kimi qəbul edir və rəyə tənqidi yanaşılmasına səbəb görmür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəflə cavabdeh tərəf arasında məişət qazının alqı-satısı il bağlı anlaşma olmuşdur. İddiaçı tərəfin dəlilinin əsaslandırması ondan ibarətdir ki, cavabdeh müxtəlif vaxtlarda sayğacdan kənar xəttlə qazdan qanunsuz istifadə etmiş, nəticədə iddiaçı quruma maddi ziyan vurmuşdur. Tələbin sübutu kimi tərtib edilmiş aktlar təqdim edilmişdir. Cavabdeh tərəf əvvəlki məhkəmə iclaslarında bu halı təkzib edərək qazı sayğac üzrə istifadə etdiklərini bildirmişdir. Ekspertizanın yekun rəyinə görə kənar xətt əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın tələbindən görünür ki, prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını müəyyən edir və mülki məhkəmə icraatının çəkişmə prinsipinə əsaslandığını müəyyən edir. MPM-nin 89.3.-cü maddəsinə əsasən lazımi sübutların (yazılı sübutlar) əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdeh tərəfindən kənar xəttin çəkilməsi halı sübut edilmədiyinə görə iddia tələbi də əsaslı sayıla bilməz. İddiaçı tərəfindən tərtib edilmiş aktlar kənar xəttin mövcudluğunu tam sübuta yetirmir. Ona görə də, məhkəmə tələbi əsaslı saya bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Qulı̇ yeva Şərafət Əbülfəz qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 100 manat məbləğində ekspertiza xərci iddiaçı "Azəriqaz" İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkızinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1938/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1938/2021
30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver