Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1939/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı «Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zəzərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "xxxx" İB-yə vurulmuş 3960,29 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4290,29 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "xxxx" İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışjır ki, "xxxx" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 11.06.2016-cı il tarixində 12/587 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "xxxx" İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "xxxx" İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2’’nın tələblərinə əməl etmək), “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "xxxx" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat,30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat,19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 263,40 manat, 14.03.2018ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 946,20 manat, 23.10.2016-cı il tarixli ******* saylı akt əsasında 59,50 manat,olmaqla, cəmi 2816,50 manat məbləğində "xxxx" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Lakin 10/2018-ci il tarixində cavabdehin aktlar üzrə həmin tarixədək hesablanmış 1399,80 manat məbləğində borcu Smart sayğaca keçirilmişdir. Cavabdehin 10/2012 tarixində 70 manat, 12/2016 tarixində 59,50 manat, 02/2018 tarixində 225,60 manat məbləğində debitor borcu qalmış və hər ay müəyyən məbləğ olmaqla cəmi 415 manat ödəniş həyata keçirmiş, həmin məbləğin isə 146 manatı borca görə tutulmuş olduğundan hazırda Smart sayğacın göstəricisinə əsasən cavabdehin 2241,29 manat məbləğində borcu yaranmışdır (702,70 + 59,50 + 225,60 + 415 + 1399, 80 - 146 = 2241,60 manat). Nəticə etibarı ilə cavabdeh tərəfindən iddiaçı "xxxx" İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 3960,29 manat təşkil etməkdədir (1719 manat + 2241,29 manat = 3960,29 manat). Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində "xxxx" İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bununla əlaqədar, Cavabdeh tərəfindən iddiaçı "xxxx" İB-yə vurulmuş 3960,29 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4290,29 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "xxxx" İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.06.2016-cı il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, "xxxx" İstehsalat Birliyi ilə Zığ qəsəbəsində yaşayan Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" İstehsalat Birliyinin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq "xxxx" İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş **********00010 saylı abonent Cavabdeh saldosundan və Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən cavabdehə 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.05.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat,30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat,19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 263,40 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 946,20 manat, 23.10.2016-cı il tarixli ******* saylı akt əsasında 59,50 manat,olmaqla, cəmi 2816,50 manat manat dəymiş zərər hesablamışdır. İş materiallarına əlavə edilmiş foto şəkillərdən və aktlardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi Xanlar küçəsi, 15 saylı evə quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən müdaxilə edərək özbaşına olaraq qaz xəttinə qeyri-qanuni qoşulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdehə itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3960,29 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1719 manat məbləğində dəymiş ziyanın, 2241,29 manat əvvəldən olan borcun, ümumilikdə 3960,29 manat və 30 manat dövlət rüsumunun məcburi qaydada tutularaq "xxxx" İB- nin hesabına ödənilməsini xahiş etmişdir. Qeyd etmək zəruridir ki, **********00010 saylı abonent Cavabdeh saldosu ilə 2241, 29 manat əvvəlki borcun mövcud olması və karta keçirilməsi saldo ilə və yaxud Gasrep ilə müəyyən olunmadığından, hesab olunur ki, təsdiq edlmir. İddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosundan və yaxud Gasrepdə qeyd olunan rəqəmlər debet borcuna aid olması və yaxud qeyri-qanuni istifadəsinə görə aktla müəyyən edilmiş borcuna aid olmasını müəyyən etmək mümkün olmadığından və iddiaçı tərəfindən sırf 2241,29 manat debet borcun nəyin əsasında yaranmasına dair sübutlar təqdim edilmədiyindən iddianın həmin şissəsində təmin edilməsi qeyri-mümkün hesab olunur. Bundan əlavə iddiaçı tərəf cavabdeh tərəfindən qazın qeyri-qanuni istifadəsinə görə məhkəməyə təqdim olunmuş aktlarından ilk olan 23.09.2016-ci il tarixli, ******* aktın məzmunundan görünür ki, həmin akt Cavabdeh qazın qeyri-qanuni istifadəsinə o cümlədən kənar xəttin qoşulmasına görə deyil, qaz sayğacının çıxış plastmas borusunun kənar nəticəsində deşilməsinə tərtib olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qaz sayğacının zədələnməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin iddiaçı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac cavabdehin yaşadığı evində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçını vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan dəymiş ziyanına görə pul tələb etmişdir. Bundan əlavə iddiaçı tərəf 16.02.2018-ci tarixli qazın qeyri-qanuni istifadəsinə görə aktın tərtib olunmasından sonrakı 2 il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını, və yaxud ondan əvvəlki 3 il ərzində həqiqətən qanunsuz qoşulmanın mövcud olduğunu və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilmir. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulduğu üçün aktları tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən borcun hesablandığını iddia edir. Lakin borcun hesablanmasına əsas olan aktlara əlavə olunmuş fotoşəkillərdən aydın olur ki, mübahisəli ünvanda kənar xəttin qoşulmuş vəziyyəti 2018-ci ilə təsadüf edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdir. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. İddiaçı tərəfin cavabdehin kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 946,20 manat dəymiş zərərin tutulması hissəsində iddia tələbi sübuta yetirildiyindən təmin edilməli, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat,30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat,19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 263,40 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 190,20 manat, 23.10.2016-cı il tarixli ******* saylı akt əsasında 59,50 manat, dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan normanın tələblərinə görə iddiaçı ötürülən qaza və qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 946,20 manat məbləğindən dəymiş ziyan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməlidir.Bundan əlavə iddia tərəfindən tələb olunan pozulmuş hüquqların müdafiə olunması üçün sərf edilmiş 300 manat məbləğində pul vəsaitin tutulmasına dair iddia tərəfindən hər hansı sübut (qəbz, ödniş tapşırığı) təqdm edilmədiyindən, iddia həmin hissədə təmin ediməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii X2nın pozulması haqqında 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 946,20 manat borcun məcburi qaydada tutularaq iddiaçı "xxxx" İB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu 30 manat məbləğində Cavabdeh tutularaq "xxxx" İstehsala Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1939/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1939/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver