Məhkəmə qərarları › İş №2(010)-1940/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1940/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1940/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 18.888,82 ABŞ dolları əsas, 24.551,22 ABŞ dolları faiz, 5.955,81 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1.279,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 50.675,05 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən, 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən, 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən, 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən, 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ASC iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 22.813,39 ABŞ dolları əsas, 27.792,68 ABŞ dolları faiz, 7659,23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 20.10.2019-cu il tarixdən 23.11.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1982,10 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 60.247,40 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən, 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən, 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən, 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən, 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, 2014-cü il 03 dekabr tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “5 saylı” filialında 60 ay müddətinə 40000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2014-cü il 04 dekabr tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24%-lə 36 ay müddətinə 25.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzili 2014-cü il 03 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh3 ilə 2014-cü il 03 dekabr tarixli Bank Hesab, Kredit və Zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 03 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.2.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər borclarını ödəmirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qismən qəbul edərək bildirdi ki, 2014cü ildə 25500 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, kredit götürdükdən sonra dolların məzənnəsi qalxmışdır. Həmin kredit borcundan təxminən 18 min manata yaxın ödəniş etmişdir. O, hazırda işliyə bilmir. İpotekaya qoyulan ev isə onun anasının adınadır. Əvvəllər anasının pensiyasından hər ay 100 manat ödəniş edirdi, lakin məhkəməyə müraciət ediləndən sonra ödənişlərini dayandırmışdır. İpoteka qoyulmuş evin qiyməti ilə razıdır və təxminən ipoteka müqaviləsində göstərilən qiymətdə olar. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2014-cü il 03 dekabr tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “5 saylı” filialında 60 ay müddətinə 40000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2014-cü il 04 dekabr tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24%-lə 36 ay müddətinə 25.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. 04 dekabr 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 25.500 ABŞ dolları məbləğində vəsait verilmişdir. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin 04.01.2015-ci il tarixdən 04.12.2017-ci il tarixədək faiz ödənişi cəmi 10.515,71 ABŞ dolları, əsas məbləğ ödənişi 25.500 ABŞ dolları olmaqla, cəmi 36.015,71 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına 18.10.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1991 nömrəli reyestr kitabının 183962 nömrəli vərəqində qeydiyyata alınmışdır. 03.12.2014-cü il tarixli 15-MGZ-1-0-917-14 №-li ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 50.000 manat məbləğində müəyyən edilmişdir (bənd 3.3). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 60 ay müddətinədək müəyyən edilmişdir. 13.01.2021-ci il tarixli bankın xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehlərə banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 23.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 18.771,34 ABŞ dolları əsas, 27.792,68 ABŞ dolları faiz, 7659,23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 20.10.2019-cu il tarixdən 23.11.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1982,10 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən daxil olmuş 13 avqust 2021-ci il tarixli, 9/3992 №-li məktubda qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, çıxarış məlumatları, 04.12.2014-cü il tarixli, 15-MGZ-1-0-917-14 saylı Əlavə kredit müqaviləsi şərtləri nəzərə alınmaqla və müqavilə müddətində illik 24%-lə, müqavilə müddətindən sonra illik 5%-lə borc qalığı hesablamaqla Cavabdeh1 23.02.2021-ci il tarixə (Maliyyə arayışında göstərilən tarix, səh-9.) banka olan əsas və faiz borcu 33.928,18 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 23.02.2021-ci il tarixə əsas borc üzrə 22813,39 ABŞ dolları, faiz borcu üzrə 7442,48 ABŞ dolları (24%-lə), faiz borcu üzrə 3672,32 ABŞ dolları (5%-lə). Cavabdeh1 ilə İKB "xxxx" ASC arasında bağlanmış 04.12.2014-cü il tarixli, 15-MGZ-1-0-917-14 saylı Əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən bank tərəfindən cərimə hesablanmamışdır. Buna görə hazırki tədqiqatla 04.12.2014-cü il tarixli, 15-MGZ-1-0-917- 14 saylı Əlavə kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Bundan başqa təqdim edilmiş sənədlərə əsasən 04.12.2014-cü il tarixli, 15-MGZ-1- 0-917-14 saylı Əlavə kredit müqaviləsi üzrə 23.02.2021-ci il tarixdən (Maliyyə arayışında göstərilən tarix, səh-9.) sonra 117,48 ABŞ dolları məbləğində kredit ödənişi olmuşdur. Hazırkı tədqiqatla hesablamalar 23.02.2021-ci il tarixədək (Maliyyə arayışında göstərilən tarix, səh-9.) aparıldığından sonradan ödənilən 117,48 ABŞ dolları məbləğində kredit ödənişi hazırki hesablamada nəzərə alınmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən daxil olmuş 14 oktyabr 2021-ci il tarixli, 9/71255 №-li məktubda qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 04 dekabr 2014-cü il tarixli 15-MGZ-1-0-917-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: 04.12.2017-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan borcu üzrə: əsas borc üzrə - 22813,39 ABŞ dolları, faiz borcu üzrə - 9263,39 ABŞ dolları. 23.02.2021-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən maliyyə arayışında borcun hesablandığı tarixədək 5%-lə hesablanmaqla) olan borcu üzrə: əsas borc üzrə - 22813,39 ABŞ dolları, faiz borcu üzrə - 11114,80 ABŞ dolları. 19.04.2021-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonuncu ödənişin aparıldığı tarixədək 5%-lə hesablanmaqla) olan borcu üzrə: əsas borc üzrə - 22813,39 ABŞ dolları, faiz borcu üzrə - 11174,76 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 04 dekabr 2014-cü il tarixli 15-MGZ-1-0- 917-14 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabından çıxarış) olmadığı üçün cavabdeh X5 cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə 18.771,34 ABŞ dolları əsas, 9263,39 ABŞ dolları faiz borcunun və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 1851,41 (11.114,80 ABŞ dolları - 9263,39 ABŞ dolları) ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Belə ki, iddiaçı iddia ərizəsinə verdiyi əlavədə əsas borc üzrə 22.813,39 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etsə də, iş materiallarına əlavə etdiyi 23.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 18.771,34 ABŞ dolları əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 7659,23 ABŞ dolları dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 100 ABŞ dolları müəyyən edilməlidir. 27.01.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün 05.02.2021-ci il tarixli ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və 02.02.2021-ci il tarixdə bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. 03.12.2014-cü il tarixli 15-MGZ-1-0-917-14 №-li ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinin dəyəri 50.000 (əlli min) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 tərəfindən ipoteka predmetinin məbləği məhkəmə proseslərində mubahisələndirilməmişdir. Ona görə də hesab olunur ki, adı çəkilən müqavilədə ipotekaya qoyulmuş əmlakın qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir. Məhkəmə, iddiaçının satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması barədə iddiası ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz. İpoteka predmetinin hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində cavabdehlərin istifadə hüquqlarının itirilməsi tələbini isə, məhkəmə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasınınnın 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu maddə mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokolun 1-ci maddəsinində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 158-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyətçi olmayan, lakin müəyyən əsaslarla ona sahiblik edən və ondan istifadə edən şəxslərin də əmlak hüquqları mülkiyyətçinin hüquqları ilə eyni qoruma təminatına malikdir. Məsələ burasındadır ki, qanunvericilik ipoteka saxlayanın ipoteka predmeti ilə bağlı hüquqlarını məhdudlaşdırır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən, ipoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq. Göründüyü kimi, iddiaçının kredit müqaviləsinin şərtlərinin pozulduğu halda ipoteka saxlayan kimi ipoteka predmeti üzərində hüquqları yalnız onun hərracdan satılmasını və əldə edilmiş pul vəsaitinin borc məbləğinə mütənasib hissəsinin onun mülkiyyətinə verilməsini tələb etməklə məhdudlaşır. İpoteka predmetinin faktiki azad edilməsi və ya üçüncü şəxslərin hüquqlarından azad edilməsini tələb etmək etmək, subyektiv hüquq kimi onu açıq hərracda əldə etmiş yeni mülkiyyətçiyə aiddir. Belə olan halda, iddiaçının bu tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması aşkar görünəndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlər mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmək hüququnun ipoteka saxlayana deyil, ipoteka pretmetini hərracdan satın almış şəxsə aid olduğunu deməyə əsas verir. Məhkəmə ipoteka predmeti satıldıqdan sonra onun ən geci bir ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Buna görə də məhkəmə hesab edir ki, sözügedən mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin evi tərk etmədiyi halda onlar həmin evdən çıxarılmalıdırlar. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 18.771,34 ABŞ dolları əsas, 9263,39 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 1851,41 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29.986,14 (iyirmi doqquz min doqquz yüz səksən altı dollar on dörd sent) ABŞ dolları məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilin ilkin satış qiyməti 50.000 (əlli min) manat müəyyən edilməli, ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzili açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 29.986,14 (iyirmi doqquz min doqquz yüz səksən altı dollar on dörd sent) ABŞ dolları məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzili satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalı və Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin evi tərk etmədiyi halda onlar həmin evdən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Elektron sistemdən edilmiş çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 44 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 16 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 345 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 18.771,34 ABŞ dolları əsas, 9263,39 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 1851,41 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 29.986,14 (iyirmi doqquz min doqquz yüz səksən altı dollar on dörd sent) ABŞ dolları məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzilin ilkin satış qiyməti 50.000 (əlli min) manat müəyyən edilsin. İpotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzili açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 29.986,14 (iyirmi doqquz min doqquz yüz səksən altı dollar on dörd sent) ABŞ dolları məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpotekaya qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 4 otaqlı, 71,44 kv.m ümumi, 50,04 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 33 nömrəli mənzili satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın və Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin evi tərk etmədiyi halda onlar həmin evdən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 345 (üç yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülsün. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 (on dörd) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 44 (qırx dörd) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 16 (on altı) manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar