Məhkəmə qərarları › İş №2(010)-1943/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1943/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1943/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul və vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi 25000 manat əsas borcun və 165 manat dövlət rüsumunun, cəmi 25165 manatın Cavabdeh tutulması. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Zeynəb adlı qadınla tanışı vasitəsilə tanış olmuşdur. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Lady House SPA” qadın komleksində stilist vəzifəsində işləyirdi. Cavabdeh ondan kosmetik vasitələr alıb, satışını həyata keçirə biləcəyini bildirmişdi. Ona görə ona pulunun qısa vaxtda ödənilməsi şərti ilə kosmetik vasitələr verə biləcəyini bildirmiş və aralarında bu istiqamətdə razılaşma oldu. xx.xx.2022-ci il tarixdən başlayaraq o, Cavabdeh 1120 manat dəyərində bədən və üz üçün kosmetik vasitələr, xx.xx.2022-ci il tarixdə 300 manat dəyərində kosmetik vasitələr, xx.xx.2022-ci il tarixdə 50 manat dəyərində bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 108 manat dəyərində bədən kosmetikası, xx.xx.2022ci il tarixdə 520 manat dəyərində bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 8 manat sabun, xx.xx.2022-ci il tarixdə 100 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 220 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 320 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 1318 manat dəyərində bədən və üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 100 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 110 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 58 manat dəyərində bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 1975 manat dəyərində kosmetik vasitələr, xx.xx.2022-ci il tarixdə 50 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 512 manat dəyərində bədən və üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 8 manat sabun, xx.xx.2022-ci il tarixdə 116 manat dəyərində bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 1338 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 1066 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 2070 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 520 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 440 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 990 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 428 manat dəyərində bədən və üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 490 manat dəyərində bədən və üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 968 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 730 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 780 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 80 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 40 manat dəyərində bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 500 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 540 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 230 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 210 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 980 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 390 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 330 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 40+40= 80 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 40 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 40+40=80 manat dəyərində kosmetikası, xx.xx.2022-ci il tarixdə 60 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 810 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 230 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 830 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 110 manat dəyərində kosmetika, 26-xx.xx.2022-ci il tarixlərdə 550 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 460 manat dəyərində üz baxım kosmetikası, xx.xx.2022-ci il tarixdə 150 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 70 manat dəyərində üz baxım kosmetikası, xx.xx.2022-ci il tarixdə 300 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 315 manat dəyərində üz baxım, xx.xx.2022-ci il tarixdə 410 manat dəyərində kosmetika, 08xx.xx.2022-ci il tarixlərdə 450 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 330 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 1055 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 180 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 580 manat dəyərində üz baxım kosmetikası, xx.xx.2022-ci il tarixdə 80 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 730 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 240 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 120 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 140 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 320 manat dəyərində kosmetik vasitələr, xx.xx.2022-ci il tarixdə 165 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 180 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 100 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 505 manat dəyərində üz baxım kosmetikası, xx.xx.2022-ci il tarixdə 25 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 50 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 60 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 750 manat dəyərində üz baxım kosmetikası, xx.xx.2022-ci il tarixdə 120 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 220 manat dəyərində üz kosmetikası, xx.xx.2022-ci il tarixdə 230 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 15 manat dəyərində bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 308 manat dəyərində üz və bədən kosmetikası, xx.xx.2022-ci il tarixdə 730 manat dəyərində üz baxım kosmetikası, xx.xx.2022-ci il tarixdə 390 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 50 manat dəyərində kosmetika, xx.xx.2022-ci il tarixdə 170 manat dəyərində üz baxım və daha sonrakı 2023-2024 cü il tarixlərdə xeyli məbləğdə məhsullar almışdır. Həmin məhsulların müqabilində Cavabdeh 2024-cü ilin ortalarına qədər hissəvi ödənişlər etmişdir. Lakin həmin vaxtdan Cavabdeh ona olan borc məbləğlərini ödəməkdən yayınmağa başlamışdır. Hazırkı vaxta Cavabdeh ona 25000 manat məbləğində pul vəsaiti ödəməlidir. Cavabdeh pulu məqsədli surətdə qaytarmır. Onunla olan söhbətlərdə, danışıqlarda pulun qaytarılmasından imtina etmədiyini bildirir, müxtəlif yalan vədlər verməklə vaxtı uzadır. İddiaçı nisyə götürmüş olduğu məhsulların dəyərini ödəmək üçün çıxılmaz vəziyyətə düşmüşdür. Ötən müddətdə Cavabdeh pulun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir və onun hərəkətlərindən aydın olur ki, o, bunu etmək niyyətində belə deyil. Bütün bunlar onu göstərir ki, Cavabdeh niyyəti məhsulları götürərkən son nəticədə heç də hər hansı öhdəliyin, bu halda alqı-satqı müqaviləsinin yerinə yetirilməsindən deyil, konkret olaraq iddiaçının vəsaitini ələ keçirməkdən ibarət olub. O, bu hərəkətləri düşünülmüş surətdə, planlı formada həyata keçirmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, tərəflər arasında münasibətlər 20 aprel 2022-ci ildə yaranıb. Cavabdeh Nəsimi rayonu ərazisində yerləşən “Lady House SPA” qadın kompleksində stilist vəzifəsində çalışır. İddiaçı həmin məkana gedirmiş. Cavabdeh İddiaçı kosmetik vasitələri nisyə alırmış. Bu münaibətlər 2024-cü ilin ortalarına qədər davam edib. 2024-cü ilin ortalarından Cavabdeh tərəfindən ödənişlər tamamilə dayanıb. Əvvəl zənglərə cavab verir və fərqli vədlər verərək, prosesi uzadırdı. Sonradan Cavabdeh telefon zənglərinə cavab verməyib. Hazırda Cavabdeh İddiaçı 25000 manat borcu olub, sonra ödənişlər etmiş və hazırda 24270 manat borcu var. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçıya son ödənişi xx.xx.2025-ci il tarixində etmişdir. 2 il ərzində iddiaçı 200000 manat qazanc əldə edib. O, “Lady House SPA” qadın kompleksində stilist vəzifəsində çalışırdı. O salonun rəhbərliyinin ailə dostudur. Ona bildirmişlər ki, İddiaçı kosmetik vasitələr satır. O da alırmış. Anası 23 sentyabr 2024-cü il tarixində xərçəng xəstəlyinə tutulmuş və ağır əməliyyat keçirmişdir. İddiaçıya bu barədə bildirmişdir. Həmin kosmetik vasitələr onun üçün böyük problemlər yaratmışdır. Satılmayan kosmetik vasitələri geri qaytarmışdır. Sadəcə 3 ay ərzində ödənişlər etməmişdir. Heç vaxt ödənişləri ödəməkdən boyun qaçırmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin teleqram ünvanlayaraq qəza keçirdiyini və saglamlıq vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 51-2/2-Ş-15851 nömrəli məktubun surətindən görünür ki, xüsusatların araşdırılması məhkəmənin səlahiyyətində olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh 25000 manat məbləğində vəsaitin 7 gün müddətində ödənilməsini tələb edir, əks halda məhkəməyə müraciət edəcəyini bildirir. Tərəflər arasında telefon mesajlaşmalarını əks etdirən çıxarışlardan məlum olur ki, xx.xx.2024-cü il tarixdə, saat 12:29-da Cavabdeh (Ceyhun Zeynəb) yazmışdır “ayın axırı inşəAllah əlbəttə mən sizə bəyəm dedim ödəmirəm? Mən hər zamanki kimi ödəyirəm, bu ay sonu İnşəAllah yenə ödəyəcəm”, xx.xx.2024-cü il tarix saat 00:26-da İddiaçı (Nura Shams) son borc 25.270 azndir. Salam Ceyhun, keçmiş olsun, pulu kartdan karta göndərmək üçün problem olur xəstə olanda? xx.xx.2024, 20:36-da 30800 borcun var Ceyhun, xx.xx.2025, 10:22-də 24770-500=24270 kimi yazışmalar olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1 Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında nisyə-alqı satqı münasibətləri yaranmış, İddiaçı ona məxsus kosmetik vasitələri Cavabdeh sərəncamına vermiş, cavabdeh isə həmin kosmetik vasitələri qəbul etmiş və məhsulların ona verilməsindən müəyyən müddət sonra razılaşdırılmış ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia edir ki, tərəflər arasında yaranmış olan nisyə alqı-satqı münasibətlərinə əsasən cavabdehin sərəncamına verilmiş kosmetik vasitələrin dəyərindən 24270 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməmişdir. Cavabdeh iddia tələbinin bu hissəsini də mübahisələndirməmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh sərəncamına verdiyi kosmetik vasitələrin dəyərindən ödənilməmiş 24270 manat məbləğində hissənin cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Məhkəmə xatırladır ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM 600.4) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (MM 600.1) Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 24270 manat məbləğində pul vəsaiti tələb etməkdə haqlı olmuşdur.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə həyata keçirilməmiş ödənişlərə görə 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 162.81 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə həyata keçirilməmiş ödənişlərə görə 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumuna görə 162.81 (bir yüz altmış iki manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar