Məhkəmə qərarları › İş №2(010)-1944/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1944/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1944/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı «İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Abdulaev Nı̇ amadı̇ nə, Kərı̇ mov Xətaı̇ Sədrəddı̇ n oğluna, Kərı̇ mova Gülnarə Əlı̇ slam qızına, Kərı̇ mov Xəqanı̇ Sədrəddı̇ n oğluna qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Abdulaev Nı̇ amadı̇ nə, Kərı̇ mov Xətaı̇ Sədrəddı̇ n oğluna, Kərı̇ mova Gülnarə Əlı̇ slam qızına, Kərı̇ mov Xəqanı̇ Sədrəddı̇ n oğluna qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Abdulaev Nı̇ amadı̇ ndən, Kərı̇ mov Xətaı̇ Sədrəddı̇ n oğlundan, Kərı̇ mova Gülnarə Əlı̇ slam qızından, Kərı̇ mov Xəqanı̇ Sədrəddı̇ n oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 3205.77 manat məbləğində kredit borcu, 464.81 manat məbləğində faiz borcu və 873.93 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4544 manat 51 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1na İddiaçı QSC ilə bağladığı 14.12.2018-ci il tarixli 021L**********42 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.12.2018-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 6500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14.11.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3294.23 manat ödəmiş, onun 3205.77 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Bundan əlavə kredit razılaşmasının 4.2.2. bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir və 14.08.2020-ci il tarixə 274 gün üçün cərimə 873,93 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Niyamadin Abdullayevin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Kərı̇ mov Xətaı̇ Sədrəddı̇ n oğluna, Kərı̇ mova Gülnarə Əlı̇ slam qızına, Kərı̇ mov Xəqanı̇ Sədrəddı̇ n oğlu onlarla bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Niyamadin Abdulaevlə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbləri ilə qismən razılaşaraq bildirdi ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilmədiyi halda sonuncunun zamini kimi kredit verən qarşısında tam öhdəlik daşımasını üzərinə götürmüşdür. Maddi çətinliklərə görə kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra edə bilmir, lakin öhdəliyin icrasından boyun qaçırmır. Belə ki, borcunu birdəfəyə ödəmək iqtidarında deyildir və hissə-hissə borcunu ödəmək niyyətindədir. Həmçinin cərimə borcunun azaldəlmasını xahiş etmişdir. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Cavabdeh2 verdiyi izahatla razılaşaraq eyni məzmunlu izahat verərək iddia tələbinin qismən qəbul etdiklərini, hissə-hissə yaranmış borcu ödəyəcəklərini və cərimə borcunun azaldılmasını xahiş etmişlər. Cavabdeh1na məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirkaçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 07 dekabr 2018-ci il tarixli 021L**********42 saylı Kredit Müqaviləsindən görünür ki, sonuncuya 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən həmin kredit xətti çərçivəsində bağlanmış 14.12.2018-cü il tarixli kredit razılaşmasına görə Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Kredit alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Məcəllədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş 14.12.2018-cü il tarixli zaminlik müqavilələrinə əsasən müvafiq olaraq Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Əlislan qızı borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zaminlər onunla birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, cavabdeh X1 Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh1 imza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 16.06.2020-ci il müəyyən olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə iki maliyyə arayışı təqdim olunmuş və bu arayışlarla müəyyən olunur ki, kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddəti kimi müəyyən edilmiş 16 iyun 2020-ci il tarixə Cavabdeh1 oğlunun 14 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında yerinə yetirilməmiş öhdəliyi 3205,77 manat əsas borc, 328,21 manat faiz borcu, iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixə 873,93 manat dəbbə pulu təşkil edir. İş materiallarından görünür ki, cavabdehlər borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşlar. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı QSC ilə bağlanmış 14.12.2018-cü il tarixli kredit razılaşmasına üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun həmin kredit razılaşması üzrə müqavilə müddəti bitdiyi tarixə əsas məbləğ üzrə 3205,77 manat, faiz üzrə borcu 328,21 manat və məhkəməyə müraciət edilən tarixə 873,93 manat dəbbə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit razılşmasına əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kreditdən yaranan əsas və faiz borclarının ödənilməsinə dair öhdəliyini lazımınca icra etməmişdir. Digər cavabdehlər isə iddiaçı ilə bağlanmış zaminlik müqavilələrinə görə Cavabdeh1 oğlunun lazımınca icra edilməmiş öhdəlik üzrə sonuncu ilə birgə məsuliyyət daşımalarına baxmayaraq pul tələbinə dair öhdəliyi icra etməmişlər. Belə olduğu halda məhkəmə bütün cavabdehlərə qarşı kredit müqaviləsinə görə pul tələbinə dair iddia tələbini əsaslı hesab edir. Bununla belə, iddiaçı cavabdehdən iddia tələbində kredit müqaviləsi üzrə faiz məbləğini kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə məhkəməyə iddia ilə müraciət edildiyi tarixədək tələb edir. Məhkəmə isə iddiaçının kredit müddətinin bitməsindən sonra də eyni faiz dərəcəsi ilə əsas borca faizlərin hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-nin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-nin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. İşin hallarından göründüyü kimi sözügedən müqavilə 14 dekabr 2018-ci il tarixdə 18 ay müddətinə bağlanılmış və 14 iyun 2020-ci il tarixdən etibarən artıq tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitmişdir. Bu isə ona dəlalət edir ki, həmin müqavilə ilə müəyyən edilmiş 14 iyun 2020-ci il tarixə hesablanmış 328,21 manat kredit müqaviləsinə əsasən hesablanmalı olan faiz məbləğinin həddidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən faiz borcuna görə 328,21 manat tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 5 manat məbləğinə qədər azaldılmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, iddiaçı «İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlərdən 3205.77 Manat məbləğində kredit borcu, 328.21 manat məbləğində faiz borcu və 5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3538,98 Manat məbləğində borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidr. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3205.77 manat məbləğində kredit borcu, 328.21 manat məbləğində faiz borcu və 5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3538,98 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar