Məhkəmə qərarları › İş №2(010)-1948/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1948/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1948/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun tutulması barədə iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2014-cü il tarixli, 584/f-14 saylı kredit müqaviləsi üzrə cavabdehin əvəzindən ödədiyi 14528 ABŞ dolları pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona müraciət edərək, “Lexus GX460” markalı, qara rəngli, Bank nömrəsi JTJJM7FX805045063, buraxılış ili 2012-ci il olan avtomobili kreditlə almaq istədiyini bildirmiş, bunun üçün tələb edilmiş sənədlər “xxxxxxxxx” ASC-yə təqdim edilmişdir. “xxxxxxxxx” ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 584/f-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 faiz olmaqla 30 ay müddətinə 36000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın Binəqədi filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 584/f-14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan “Lexus GX460” markalı, qara rəngli, Bank nömrəsi JTJJM7FX805045063, buraxılış ili 2012-ci il olan avtomobilini ipoteka ilə yüklü etmişdir. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA 126280 saylı Çıxarış Banka təqdim edilmişdir. Cavabdeh Bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyi üçün Bankla İddiaçı arasında olan xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən iddiaçı cavabdehin əvəzindən 14528 ABŞ dolları məbləğində “xxxxxxxxx” ASC-yə ödəmişdir. İddiaçı bununla bağlı “xxxxxxxxx” ASC-ə müraciət etmiş və Bankın Binəqədi filialı tərəfindən xx.xx.2017-ci il tarixli, 1347 saylı arayış iddiaçıya təqdim edilmişdir. Eyni zamanda iddiaçının ödənişlərini təsdiq edən kassa məxaric orderlərini iş materiallarına əlavə olunmuşdur. Həmin kassa məxaric orderlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə 1500 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 588 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1500 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 385 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1500 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1499 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1522 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1499 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1499 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1517 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 1519 ABŞ dolları pul iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli, 574/f-14 saylı kredit müqaviləsi üzrə AZ72TURA******************** saylı hesaba mədaxil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxs qismində işə cəlb olunmuş “xxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. İş materiallarında olan: - “xxxxxxxxx” ASC-nin Binəqədi filialı ilə zamin İddiaçı və borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə kreditorla borclu Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 584/f-14 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliyini icraetməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Mülsüm oğlunun Cavabdeh qarşı borc tələbinə dair iddia tələbləri üzrə iddiaçının iddiası qismən təmin edilmiş, Cavabdeh 22207.21 dolları əsas, 5258.27 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27565.48 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutma ipoteka predmetinə yönəldilməklə Cavabdeh məxsus “LEXUS GX 460” minik markalı ** HK *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan satılması və Cavabdeh “xxxxxxxxx” ASC-nə olan kredit borcunun həmin girov predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Müstəqil tələb irəli sürən İİİ şəxs İddiaçı Mülsüm oğlunun iddia ərizəsi məhkəmə iclasına gəlməməsi səbəbi ilə baxılmamış saxlanılmışdır. “xxxxxxxxx” ASC-nin Binəqədi filialından verilmiş 190 № li, xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən Cavabdeh xx xxxxxxx 2014-cü il tarixli, 584/f-14 saylı kredit müqaviləsinə əsasən 30 ay müddətinə illik 18% olmaqla 36000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən həmin kreditin 14 528 ABŞ dolları məbləğini müştərinin əvəzindən İddiaçı ödəniş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. - Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı zamin kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməklə cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hazırkı tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 14528 (on dörd min beş yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30(otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar