Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1966/2020 20.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09.09.12-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdular. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Abızadə Məryəm qızı adlı uşağı anadan olmuşdur. Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016cı il tarixli 2(010)-6079/2016 saylı qətnaməsi ilə nikahı ləğv olunub və həmin qətnamə ilə uşağın saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment kəsilmişdir. Cavabdeh uşağın saxlanmasında və onun təminatının ödənilməsində çətinlik çəkməyinə baxmayaraq ona heç bir köməklik göstərmir. Baxmayaraq ki, Cavabdeh hərbidə işə düzəlib və 900 manata qədər əmək haqqı alır. Qeyd edir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-6079/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat sabit pul məbləğində aliment uşağın saxlanmasına kifayət etmir. Belə ki, övladının yaşı artdıqca onların tələbatı da artır. Ona görə aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin rəsmi qeydiyyatı ünvan 1 kəndinə olsada, illərdi arayışda qeyd olunan evdə (Bakı ş, Suraxanı ray, Y/Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, nömrəsiz evdə) yaşayır. Bu və digər səbəbdən (himayəsində azyaşlı övladının olması) iddia ərizəsini Bakışəhəri, Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qət edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı öz izahatına əsasən, cavabdeh N –saylı hərbi hissədə işləyir və N manat maaş alır, o, öz ərizəsində maaşının 690 manat olduğunu bildirmiş, onun fikrincə cavabdeh bu məbləği bilərəkdən yanıltmışdır. Kirayədə yaşayır, lakin kirayə haqqı dövlət tərəfindən qarşılanır. Cavabdehin 500 manat aliment borcu vardır, o, aliment pulunu ödəsə, onun uşağı ilə görüşməsinə də icazə verəcəyini bildirmişdir. Son olaraq iddiaçı öz iddia ərizəsinə uyğun iddiasını müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir. xx xxxx 2020-ci il tarixinədək məhkəməyə daxil olmuş cavabdeh X8 tərəfindən daxil olmuş ərizəsinə əsasən o, hərbi xidməti ilə əlaqədar vaxt məhdudiyyəti olduğuna görə məhkəmə iclasında iştirak edə bilməməsini, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində çalışdığını, əmək haqqı 690 manat aldığını, bu əmək haqqı ilə yeni nikahdan olan uşağın X5 dolandırmasını, özünün Şirvan şəhərində kirayədə qalmasını, 140 manat kirayə pulu ödənilməsini özünə məxsus “Kapital Bank” kreditin olmasını, və aylıq 278 manat pulun ödənilməsini göstərmişdi. X2 üçün ödədidyi 120 manat məbləğində olan alimentin saxlanılmasını, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X6 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X11 ilə Cavabdeh arasında xx xxxxxxxx 2012-ci ildə Saatlı rayon Xanlarkənd inzibati ərazi dairəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 18 №.-si ilə qeyd edilmiş nikah pozulmuş, xx xxxxxx 2013-cü il təvəllüdlü X9 boşanmadan sonra iddiaçı X6 yanında saxlanılmış, Cavabdeh iddiaçı X6 xeyrinə xx xxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutulmuşdur. İddianın qalan hissəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh və X11 nikahları xx xxxxxx 2016-cı il tarixdə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2016-cı il tarixdə 326 sayla qeyd edilmişdir. Nikah pozulması sonra ərin soyadı Abıyev, arvadın isə Rəhimli kimi qeyd edilmişdir. İş materiallarında olan Saatlı rayonu Xanlarkənd İƏD şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 247314 saylı doğum haqqında şəhadədətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2014-cü il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh,ana qrafasında X11 qeyd edilmişdir. Məhkəməyə daxil olmuş cavabdehi X8 tərəfindən daxil olmuş ərizəsinə əsasən o, hərbi xidməti ilə əlaqədar vaxt məhdudiyyəti olduğuna görə məhkəmə iclasında iştirak edə bilməməsini, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində çalışdığını, əmək haqqı 690 manat aldığını, bu əmək haqqı ilə yeni nikahdan olan uşağın X5 dolandırmasını, özünün Şirvan şəhərində kirayədə qalmasını, 140 manat kirayə pulu ödənilməsini özünə məxsus “Kapital Bank” kreditin olmasını, və aylıq 278 manat pulun ödənilməsini gösrəmişdi. X2 üçün ödədidyi 120 manat məbləğində olan alimentin saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPMQMİ-in MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli arayışa əsasən Abıyev X7 rayonu, X10, Xanlarkənd kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Yeni Suraxanı qəsəbəsi İƏD-tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışa əsasən, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində qeydiyyatdadır. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X13 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “X12” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fıziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. "X12" Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. "X12" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “X12” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. xx xxxxxx 1989-cu il tarixdə qəbul olunmuş “X12” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X12” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatının səviyyəsinin saxlanılmasını təmin etsin. İş materialları əsasında və məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 09.09.12-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdular. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Abızadə Məryəm qızı adlı uşağı anadan olmuşdur. Suraxanı rayon məhkəməsinin 2(010)-6079/2016 saylı qətnaməsi ilə nikahı ləğv olunub və həmin qətnamə ilə uşağın saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment kəsilmişdir. Məhkəmə zəruri olaraq qeyd etməyi hesab edir ki, iddiaçı tərəfindən 2016-cı ildən sonra alimentin artırılmasına dair məhkəməyə iddia ilə müraciət etməmiş, yalnız 2020-ci ildə müraciət etmiş, bütün bu illər ərzində alimentin artırılmasını istəməmişdir. Bundan başqa cavabdeh rəsmi əmək haqqının 690 manat məbləğində olması, tərəfindən kreditin ödənilməsinə, kirayə qaldığına və müəyyən məbləğdə kirayə pulunun ödənilməsinə dair heç bir sübut, rəsmi sənəd təqdim etməmiş, həmin əmək haqqının məbləği, və yaxud barədə məlumatın nə qədər doğru olmasını da müəyyən etmək mümkün olmamışdır. Uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir validleynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcllərindən az olmayan maddi təminat hüququ olmasını, hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyini, tələbatlarının artırılmasını və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsaslar mövcuddur. Beləliklə, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat miqdarında aliment tutulmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(010)-6079/2016 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləği 170 manata qədər artırılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin məbləğinin artırılmasının əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Ona görə ki, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi 120 manat miqdarında aliment tutulmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırki iş üzrə alimentin artırılması barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-6079/2016 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdən tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimen tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenunumunun xx xxxx 2016-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumucavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1966/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1966/2020
20.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver