Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1969/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2839.15 manat məbləğində əsas borcun, 1473.67 manat məbləğində faiz borcunun, 141.01 manat məbləğində cərimə borcunun, cəmi 4453.83 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı X3 nümayəndəsiX2 oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 18 ay müddətinə, illik 25% olmaqla 3121.21 manat məbləğində kredit vermişdir.Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.Borclu ilə aramızda bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır.Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, İddiaçı X5 ilə onun arasında xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 18 ay müddətinə, illik 25% olmaqla 3121.21 manat məbləğindəkredit verilmişdir. O, həmin kredit üzrə mütəmadi olaraq ödənişlər etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Bununla belə öhdəliyin icrasından imtina etmir, hisə-hissə borcunu ödəyəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X5 – “Bank”, Cavabdeh – “Borcalan” olmaqla, bağlanmış müqaviləyə əsasən Cavabdeh 18 ay müddətinə, illik 25% olmaqla 3121.21 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh imzası ilə təsdiq etmişdir. Ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişin son müddəti xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı X3 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 2839.15 manat əsas, 1473.67 manat faiz və 141.01 manat məbləğində cərimə borcu vardır. Məhkəmə baxışı zamanı iddiaçı tərəfin təqdim etdiyi borcverən İddiaçı X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixliMXD-1198/20 №-li maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı X4 2,839.15 manat məbləğində əsas, 929.65 manat məbləğində faiz və 141.01 manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli Kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuşvəhəmin müqavilə üzrə yaranmış öhdəliklərini lazımiqaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 2839.15 manat əsas borc, 1473.67 manat faiz borcu, 141,01 manat cəriməborcun tutulması barədə iddia tələbi qismən təmin olunmalı və məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı nəzərə alınmaqla, cavabdehdən 2.839.15 manat məbləğində əsas929.65 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəməyə təqdim olunmuş sonuncu maliyyə arayışına əsasən cavabdehdən tutulmalı olan 141.01 manat cərimə məbləği məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-cü maddəsi əsas tutularaq azaldılır və 10 manat miqdarında müəyyən edilir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı X3 xeyrinə 2.839,15 manat məbləğində əsas, 929.65 manat faiz və 10 manat cərimə borctutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidr. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı X3 xeyrinə 2.839,15(iki min səkkiz yüz otuz doqquz manat on beş qəpik) manat məbləğində əsas, 929.65 (doqquz yüz iyirmi doqquz manat altmış beş qəpik) manat faiz və 10 (on) manat cərimə borc olmaqla cəmi 3778,8 (üç min yeddi yüz yetmiş səkkiz manat səksən qəpik) manat borc vəsaitivə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1969/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1969/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver