Məhkəmə qərarları › İş №2(010)-1974/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1974/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1974/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 övladları X7, X10 və X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün sabit pul məbləğində hər ay üçün 235 manat ümumi üç uşaq üçün 705 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh övladları X7, X10 və X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün sabit pul məbləğində hər ay üçün 170 manat, cəmi 510 manat alimentin ona ödənilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah Tovuz rayon Məhkəməsinin 2(062)-810/2021 saylı 07 sentyabr 20201-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tovuz rayon Məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh övladları X7, X10 və X4 hər ay 130 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh uşaqlara heç bir əlaqə saxlamayıb və onların problemləri ilə maraqlanmayıb. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minumumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin əsas sosial-demoqrafık qrupları üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh onun tələb etdiyi məbləği tam ödəyə bilər. Əvvəlki qətnaməyə əsasən müəyyən olunmuş aliment məbləğini bir dəfə belə olsa ödəməmişdir. Üç övladı hal-hazırda onun himayəsində olsalar da, bir övladı müvəqqəti olaraq atasının yanında yaşayır. Amma digər iki övladının bütün təlim-tərbiyəsi ilə özü məşğul olur. Cavabdeh ona maddi yardım etmir, mənəvi dəstək göstərmir. O, atalıq vəzifəsini yerinə yetirməli və uşaqlarına kifayət edən məbləğdə aliment verməlidir. Qanunla müəyyən edilmiş qaydada aliment hesablandıqda alimentin miqdarı cüzi olarsa, məhkəmə aliment ödəyicisinin imkanlarını nəzərə alaraq aliment miqdarını ağlabatan miqdarda artıra bilər. Bu zaman valideynin qeyri- rəsmi əldə etdiyi gəlirləri də nəzərə alınır. Aliment ödəyən valideynin qazancı müntəzəm olmadıqda və yaxud onun qazancını müəyyən etmək mümkün olmadıqda və s. bu hallarda sabit məbləğdə tutmaq zərurəti yaranır. Cavabdehlə boşandıqdan sonra övladları iddiaçının himayəsində qalmışdır. Onlarla özü tək məşğul olur. Övladları böyüdükcə onların tələbatları çoxalır və o tək bunu qarşılamaq iqtidarında deyil. Buna görə də alimentin artırılmasını tələb etmək məcburiyyətindədir. Bununla bağlı o, hesab edir ki, onun iddia tələbi təmin edilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, alimentin artırılmasını isdədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh Əliyev X9 hakim, 500-600 manat maaş aldığını, şəkər xəstəsi olduğunu, kirayədə qaldığını bildirmişdir. Rayondakı evi satıb, öz payına düşən hissəni də iddiaçıya verəcəyini, alimenti köhnə qaydada ödəyə biləcəyini qeyd etmişdir. İş materialları. AA6030206 seriyalı, 8CRRGK4 nömrəli şəxsiyyət vəsiqəsində görünür ki, X7 xx.xx.2007-ci il tarixində anadan olmuşdur. AA6030205 seriyalı, 6S2K3J0 nömrəli şəxsiyyət vəsiqəsində görünür ki, X8 xx.xx.2010-cu il tarixində anadan olmuşdur. Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X1 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya MŞB/MT024/2024-0039 nömrəli işi açılmış, xx.xx.2024-cü il tarixə ilkin mediasiya sessiyasında İddiaçı iştirak və Cavabdeh iştirak etmişdirlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Tavuz rayonu Asağı Ayıblı kənd İƏV üzrə nümayəndəliyində 18 may 2007-ci il tarixdə 13 sayla qeydə alınmış nikah qeydi pozulmuş, nikahın pozulması zamanı 15 iyul 2007ci ildə anadan olmuş Rüfanə, 08 avqust 2008-ci ildə anadan olmuş Rüfan və 24 noyabr 2010-cu ildə anadan olmuş Turxan adlı uşaqlar ididaçı İddiaçı yanında saxlanılması, 23 fevral 2021-ci il tarixdən başlayaraq 15 iyul 2007-ci ildə anadan olmuş Rüfanə, 08 avqust 2008-ci ildə anadan olmuş Rüfan və 24 noyabr 2010-cu ildə anadan olmuş Turxan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat aliment alınıb, İddiaçıa verilməsi qət edilmişdir. Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İ seriyalı 446822 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2021-ci il tarixdə nikah pozulmuş, xx.xx.2023-cü il tarixdə bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında həmin tarixdə 242 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Mirzəyeva soyadı qaytarılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş qohumluq məlumatlardan görünür ki, X7 xx.xx.2007-ci il tarixində Tovuz rayon, Aşağı Ayıblı kəndində, X10 xx.xx.2008-ci il tarixində, Tovuz rayon, Aşağı Ayıblı kəndində, X8 xx.xx.2010-cü il tarixdə Tovuz rayon, Aşağı Ayıblı kəndində anadan olmuşdular. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: ...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: ...9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar... 9.4.İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür... “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından üç uşağı doğulmuşdur. Tərəflər arasında nikah pozulmuş, uşaqlar iddiaçının yanında yaşayır. Bu baxımdan uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı, cari ildə uşaqlar üçün yaşayış minimumu artdığından, uşağın saxlanılması üçün cavabdehdən alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) olsa da, iddiaçı cavabdehdən hər uşağa görə 170 manat aliment tələb etmişdir. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa 170 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (170x3x12=6120 manat) mütənasib olan 81,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa 170 manat, cəmi 510 sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Ödənilməmiş 81,2 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar