Məhkəmə qərarları › İş №2(010)-1979/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1979/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1979/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu sDMrypQlzjf8j iPad 6 markalı planşet, İMEİ kodu **********40577 Samsung Galaxy A70 markalı telefon üçün 1120 (min yüz iyirmi) manat ödənilməmiş hissə, 336 (üç yüz otuz altı) manat dəbbə; 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84900 Sony Xperia XA1 Ultra markalı telefon üçün 224 (iki yüz iyirmi dörd) ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə; 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********10438 X4 8 markalı telefon üçün 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə miqdarında borcun, ümumilikdə, 2385 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2415 (iki min dörd yüz on beş) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmədə iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh, “xxxx” MMC ilə 18.06.2019-cu il, 18.09.2019-cu il, 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu sDMrypQlzjf8j iPad 6 markalı planşet, İMEİ kodu **********40577 Samsung Galaxy A70 markalı telefon, İMEİ kodu **********84900 Sony Xperia XAİ Ultra markalı telefon və İMEİ kodu **********10438 X4 8 markalı telefon almış və nəticədə 2385 (iki min üç yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1920 (min doqquz yüz iyirmi) manat (12 ay x 160 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu sDMrypQlzjf8j iPad 6 markalı planşet, İMEİ kodu **********40577 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə, 1456 (min dörd yüz əlli altı) olmaqla ondan, 1120 (min yüz iyirmi) manat ödənilməmiş hissə, 336 (üç yüz otuz altı) manat dəbbə; 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) (12 ay x 32 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********84900 Sony Xperia XAİ Ultra markalı telefon üçün ümumilikdə, 291 (iki yüz doxsan bir) manat olmaqla ondan, 224 (iki yüz iyirmi dörd) ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə; 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 620 (altı yüz iyirmi) manat (20 ay x 31 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********10438 X4 8 markalı telefon üçün ümumilikdə, 638 (altı yüz otuz səkkiz) manat olmaqla ondan, 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1053 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Bununla əlaqədar iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 18.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu sDMrypQlzjf8j iPad 6 markalı planşet, İMEİ kodu **********40577 Samsung Galaxy A70 markalı telefon üçün 1120 (min yüz iyirmi) manat ödənilməmiş hissə, 336 (üç yüz otuz altı) manat dəbbə; 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84900 Sony Xperia XAİ Ultra markalı telefon üçün 224 (iki yüz iyirmi dörd) ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə; 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********10438 X4 8 markalı telefon üçün 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə miqdarında borcun, 1871 (bir min səkkiz yüz yetmiş bir) manat əsas borc, 514 (beş yüz on dörd) manat ümumilikdə, 2385 (iki min üç yüz səksən beş) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2415 (iki min dörd yüz on beş) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 18.06.2019-cu il tarixli alqı – satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu sDMrypQlzjf8j İPAD 6 markalı planşet, İMEİ kodu **********40577 olan Samsung Galaxy A70 markalı telefon almış və həmin əşyanın alınmasına görə 1920 manat pulu 12 ay ərzində, ilkin ödənişsiz, hər ay 160 manat ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 18.09.2019-cu il tarixli alqı–satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********84900 Sony Xperia XA1 Ultra markalı telefon almış və həmin əşyanı alınmasına görə 384 manat pulu 12 ay ərzində, ilkin ödənişsiz, hər ay 32 manat ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 27.11.2019-cu il tarixli alqı–satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İMEİ kodu **********10438 X4 8 markalı telefon almış və həmin əşyanı alınmasına görə 620 manat pulu 20 ay ərzində, ilkin ödənişsiz, hər ay 31 manat ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 23 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 18.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu sDMrypQlzjf8j iPad 6 markalı planşet, İMEİ kodu **********40577 Samsung Galaxy A70 markalı telefon üçün 1120 (bir min bir yüz iyirmi manat) manat ödənilməmiş hissə, 336 (üç yüz otuz altı) manat dəbbə pulu olmaqla, ümumilikdə 1456 (bir min dörd yüz əlli altı) manat; 18.09.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********84900 Sony Xperia XAİ Ultra markalı telefon üçün 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə pulu olmaqla, ümumilikdə 291 (iki yüz doxsan bir) manat, 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********10438 X4 8 markalı telefon üçün 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 111 (bir yüz on bir) manat dəbbə pulu olmaqla, ümumilikdə 1871 (bir min səkkiz yüz yetmiş bir) manat, 514 (beş yüz on dörd) manat, ümumilikdə 2385 (iki min üç yüz səksən beş) miqdarında borcu vardır. Mülki iş materiallarında olan 19 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 10.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, döngə 2, ev 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, 18.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu sDMrypQlzjf8j iPad 6 markalı planşet, İMEİ kodu **********40577 Samsung Galaxy A70 markalı telefon üçün 1120 (min yüz iyirmi) manat ödənilməmiş hissə, 336 (üç yüz otuz altı) manat dəbbə; 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84900 Sony Xperia XAİ Ultra markalı telefon üçün 224 (iki yüz iyirmi dörd) ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə; 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********10438 X4 8 markalı telefon üçün 527 (beş yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə miqdarında, ümumilikdə 1871 (iki üç yüz səksən beş) manat, 514 (beş yüz on dörd) manat, ümumilikdə 2385 (iki min yüz yüz səksən beş) miqdarında borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 1871 manat məbləğində əsas borc Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 18.06.2019-cu il tarixli, 18.09.2019-cu il tarixli və 27.11.2019-cu il tarixli müqaviləsinin 2 və 3-cü bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 1871 manat məbləğində əsas borca tənasübsüz olaraq 514 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 514 manat məbləğində cərimə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1871 (bir min səkkiz yüz yetmiş bir manat) əsas borcu, 20 (iyirmi) manat cərimə pulu olmaqla, ümumilikdə 1891 (bir min səkkiz yüz doxsan bir) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 1871 (bir min səkkiz yüz yetmiş bir manat) əsas borcu, 20 (iyirmi) manat cərimə pulu olmaqla, ümumilikdə 1891 (bir min səkkiz yüz doxsan bir) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar