Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-198/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Talib qızı tərəfindən təbii qazdan qeyri qanuni istifadəyə görə hesablanmış 917,30 manat məbləğində dəymiş zərərin əvəzini, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3,30 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1040,60 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN 99000 1881, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciə edərək, “Cavabdeh Talib qızı tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 917,30 (doqquz yüz on yeddi manat 30 qəpik) manat məbləğində dəymiş zərərin əvəzini, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 366.90 (üç yüz altmış altı manat 90 qəpik) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1 314.20 (bir min üç yüz on dörd manat 20 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank resabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh Talib qızı arasında 06.03.2020-ci il tarixində 12-30 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh Talib qızına məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nin Bakı Regioanl Qazın Satışı Departamenti tərəfindən **********00401 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində ZENNER G4T markalı **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X1”nın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında Qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq: qanunsuz olaraq Birliyə məxsus ümumi qazpaylayıcı qaz xəttinə özbaşına qoşulmaqla təbii (qazı talamış, qaz sayğacından kənar təbii qazdan istifadə etmiş, habelə, faktiki istehlak olunmuş qaz sərfiyyatına görə yaranmış debitor borcu ödəməmişdir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balansı və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla onun təbii qazdan özbaşına istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qaz talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “təbii X1nın pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Cavabdehin yuxarida qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: 30.01.2020-cı il tarixli ******* saylı akt əsasında 626.40 manat; 28.02.2020-ci i tarixli ******* saylı akt əsasında 252 manat; 06.03.2020-ci il tarixli ******* savlı akt əsasında 38.90 manat cəmi 917,30 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin aktlardan əlavə 2020-ci ilin martsentyabr ayları üzrə 175 manat sərfiyyat borcu olmuş və ləmin borcudan 81,70 manat ödəniş etmişdir. Cavabdehin akt üzrə hesablanmış borc məbləğindən əlavə olaraq 03/2020-ci il tarixindən 09/2020-ci il tarixinə kimi faktiki istehlak olunmuş qaz sərfiyyatına görə ödənilməmiş, ümumilikdə 93,30 manat məbləğində debitor borcu da yaranmışdır. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda AGİS üzrə sistemdən çıxarılmış abonent saldosu üzrə ümumi olaraq 1010,60 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsiri və qanunazidd hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərk bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, öz izahatında göstərdi ki, məhkəmə tərəfindən təyin olunmuş ekpertiza keçirilən zaman həmin ünvan üzrə təbii qazdan qeyri-qanuni istifadəyə rast gəlinməmişdir. Onun təbii qazdan istifadə ilə bağlı borcu olduğu doğrudur. Lakin iddiaçı ona əlavə olaraq pul hesablamışdır. O, işlətdiyi təbii qaza görə borcu pensiya aldıqdan sonra ödəyəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” bağlanmış 06.03.2020-ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Suraxanı rayon X2 – “Paylayıcı”, Cavabdeh – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat, 2019-cu il 1 may tarixindən etibarən təbii-qazıın pərakəndə satışı illik istehsal həcminin 22000 kubmetrdən çox olan hissəsi üçün 0,20 manat məbləğində müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş ******* saylı “təbii X1nın pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD –nin Suraxanı rayon üzrə qrup rəhbərinin və mühəndisin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənara təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş ******* saylı “təbii X1nın pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD–nin Suraxanı rayon üzrə qrup rəhbərinin və mühəndisin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənara təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş ******* saylı “təbii X1nın pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD –nin Suraxanı rayon üzrə qrup rəhbərinin və mühəndisin iştirakı ilə Cavabdeh mənzilindəki qaz sayğacına baxış keçirilən zaman 06.03.2020-ci il tarixədək təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. 30.01.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, ünvan 2 ünvanındakı fərdi evdə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. 28.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, ünvan 2 ünvanındakı fərdi evdə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. 06.03.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, ünvan 2 ünvanındakı fərdi evdə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. 30.01.2020-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, Cavabdeh mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. 28.02.2020-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, Cavabdeh mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. 06.03.2020-ci il tarixli 363 saylı aktdan müəyyən olunur ki, Cavabdeh mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09.03.2022-ci il tarixli 10/921 saylı rəyi ilə müəyyən olunur ki, ünvan 3 ünvanına baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və c.) aşkar edilmədi. İş materiallarına əlavə olunmuş “dəymiş ziyanın bərpasına dair tələbnamə”lərdən müəyyən olunur ki, iddiaçı tərəfindən 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 6264 m3, 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 2520m3 və 06.03.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 389 m3 təbii qazdan qeyri-qanuni istifadə etməsi hesablanmışdır. “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar Həmin qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Təsvir edilənlərdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş qanunsuz qoşulmalarla əlaqədar tərtib edilən məlum aktların yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi nəzərə alınması mümkün deyildir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 917,30 manat məbləğində pulun tutulmalı olması”nın əsaslılığını təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini bu hissədə Mülki- Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə 30.01.2020-ci ildən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda – “dəymiş ziyanın bərpasına dair tələbnamalərdən” sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsinə dair göstərişin verilməsi müəyyən edilsə də həmin qanunsuz qoşulmaların ləğv edilməsi istiqamətində hər hansı bir tədbirin görülməsi iş materialları ilə müəyyən edilmir. Həmçinin, iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş həmin aktların tərtib edilməsində istehlakçı kimi qeyd olunmuş Cavabdeh iştirak edib-etməməsi müəyyən olunmur. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş məlum Aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Beləliklə də, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək və onu əsas götürərək hesab edir ki, iddia tələbi “təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 917,30 manat məbləğində pulun tutulması” hissəsində təmin edilməməlidir. Bununla belə cavabdeh tərəfindən **********00401 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi nəticəsində 366,90 manat məbləğində debitor borcun tutulması ilə bağlı iddia tələbini əsaslı hesab edir. İşdə olan Cavabdeh aid **********00401 nömrəli abonent kodu üzrə abonentin saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan –Kolxoz ev 40 saylı ev üzrə təbii qazın sərfiyyatına görə (21.12.2021-ci il tarixə) 366,90 manat ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına əsaslanaraq və əldə edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Kolxoz küçəsi, 40 saylı fərdi evdə təbii qazdan istifadəyə görə 366,90 manat debitor borcunun yaranması və həmin debitor borcun ödənilməməsi faktı tam sübuta yetirildiyi üçün iddia bu hissədə təmin edilməli və həmin məbləğdə debitor borcu iddiaçı “Azəriqaz” İstehalat Birliyinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 manatı iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə, 10 manatı isə Cavabdeh aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı "Azəriqaz" İstehsalat Birliyindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 366,90 (üç yüz altmış altı manat doxsan qəpik) manat, eləcə də 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 376,90 (üç yüz yetmiş altı manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı "Azəriqaz" İstehsalat Birliyindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-198/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-198/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver