Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1999/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2(010)-1149/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş, 21 oktyabr 2009-cu il təvəllüdlü X2 və 14 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə Cavabdeh tutulan 160 olmaqla cəmi 320 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılaraq, hər bir uşağa görə hər ay 193 manat olmaqla cəmi 386 sabit pul məbləğində olmaqla, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-ci il təvəllüdlü X5 anadan olmuşlar. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1149/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat məbləğində ümumi 320 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə alimentin miqdarı məbləğ çox az olduğundan uşağın tələbatını ödəmir, azyaşlı uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüqüqu pozulmuşdur. Bununla bağlı Mediasiya Təşkilatına müraciət etsə də məsələ öz həllini tapmamışdır. Qeyd olunanlara əsasən, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-ci il təvəllüdlü X3 saxlanması cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193, ümumilikdə 386 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edib iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında onu bildirdi ki, cavabdeh məhkəməyə təqdim etdiyi arayış tam olaraq onun maddi vəziyyətini əks etdirmir. Belə ki, cavabdeh övladları ilə görüşmür, bu haqda özünə bildirəndə isə gecə-gündüz işlədiyinə görə vaxt tapa bilmədiyini qeyd edir. Belə olan halda onun 300 manat əmək haqqı alması inandırıcı deyildir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin həcminin artırılmasını tələb etsə də, bunun əsaslığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia ərizəsində öz tələbini əsaslandıran halları sübut edə bilməmişdir. Hal-hazırda Cavabdeh artırılmış qaydada aliment ödəməyə maddi imkanı yoxdur. Cavabdeh aylıq əmək haqqı 300 manat təşkil edir. Odur ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 320 manat alimenti dəyişdirilmədən saxlanmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 21 oktyabr 2009-cu il təvəllüdlü X2 və X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 11 fevral 2019-ci il tarixli 2(010)-1149/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh 21 oktyabr 2009-cu il təvəllüdlü X2 və 14 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsi üzrə usta işləyir və əmək haqqı 300 manat təşkil edir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməli və bir halda ki, cavabdeh bundan əvvəl 11 fevral 2019-ci il tarixli 2(010)-1149/2019 saylı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarda hər bir uşaq üçün 160 manat olmaqla cəmi 320 manat miqdarında aliment ödəmişdirsə, hazırda alimentin miqdarının hər bir uşaq üçün 193 manat olmaqla cəmi 386 manat müəyyən edilməsi uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ baxımından, həmçinin onun maddi tələbatlarının əhəmiyyətli dərəcədə artması səbəbindən iddia mahiyyət etibarı ilə əsaslıdır. Cavabdehin vəkilinin və nümayəndəsinin məhkəmə iclasında iddianın əsassız olması ilə bağlı gətirdiyi dəlil ondan ibarət olmuşdur ki, aylıq gəliri azdır və iddia tələbində qeyd edilən miqdarda aliment ödəmək iqtidarında deyildir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Həmçinin, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh dövlət nəfinə 66.32 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 11 fevral 2019-cu il tarixli 2(010)- 1149/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 21 oktyabr 2009-cu il təvəllüdlü X2 və 14 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 66.32 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1999/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1999/2022
06.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver