Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X13, Cavabdehlər Cavabdeh3, X16, Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, X16 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank “xxxx” ASC) cavabdehlər X16 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə ödənilməmiş 9258.77 manat əsas borc, 0 manat faiz borcu, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, ümumilikdə 9258.77 manat və 30.40 manat pulun cavabdehlər X16 və Cavabdeh2 iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak məqsədi ilə 36 ay müddətinə, illik 26% ödəmək şərti ilə 15000 (on beş min) manat məbləğində aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Cavabdeh X16 xx.xx.2014-cü il tarixdə iddiaçıyla MKZ-01227- 16/14A saylı zaminlik müqaviləsi bağlayaraq X1nın həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Həmçinin, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə iddiaçıyla MKEZ-01227- 16/14A saylı zaminlik müqaviləsi bağlayaraq X1nın həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. X1 xx.xx.2014-cü il tarixində vəfat etmişdir və X12 vəfat etdikdən sonra nə onun zaminləri, nə də yaxınları və ehtimal vərəsələri tərəfindən X5 borcunun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. Cavabdehlər X16 və Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Həm borcalan, həm də zaminlər dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı borcalanla arasında olan kredit müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçının X13 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mərhum X1nın hüquqi varisləri Banka məlum olmamışdır. Lakin hazırda mərhumun hüquqi varisləri bəllidir və bu səbəbdən prosessual hüquq varisliyi qaydasında müvafiq borcun həm varislərdən, həm də zaminlərdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X16 iddianı qəbul etməyərək bildirdi ki, mərhumun vərəsələri mirası qəbul ediblər və bu səbəbdən hazırkı borca görə məsuliyyəti də onlar daşımalıdır. Odur ki, məhkəmədən iddianın ona münasibətdə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, əsas borclu vəfat edəndən sonra ayda 100 manat, daha sonra 50 manat olmaqla borcu özü ödəmişdir. Lakin mərhumun vərəsələri mirası qəbul etmişlər. Bu səbəbdən qalan borcu onlar ödəməlidir. Odur ki, məhkəmədən iddianın ona münasibətdə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, o, mərhumun vərəsəsi olsa da miras əmlakdan payına uyğun istifadə edilməsinə imkan verilmir. Belə ki, mərhumdan miras qalan mənzilin 1/8 hissədə mülkiyyətçisidir, buna baxmayaraq, mənzilə daxil olmasına belə icazə verilmir. Bu səbəbdən də mirası faktiki olaraq qəbul etməmişdir. Odur ki, məhkəmədən iddianın ona münasibətdə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh4 nümayəndəsi X6 iddianı qismən qəbul edərək bildirdi ki, o, müvafiq borc üzrə hər ay 100 manat olmaqla hissə-hissə ödənişlər edir. Lakin borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bank “xxxx” ASC ilə X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK-01227- 16/14A saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə Borcverən Bank 15000 manat məbləğində krediti 36 ay müddətinə, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək illik 26% ödəmək şərti ilə Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən istehlak məqsədi ilə istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. Bank “xxxx” ASC, X16 və X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MKZ-01227- 16/14A nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin X2 qarşısında Borcalanın xx.xx.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Bank “xxxx” ASC, Cavabdeh2 və X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MKEZ-01227-16/14A nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin Həsənov X11 qarşısında Borcalanın xx.xx.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. xx.xx.2014-cü il tarixli xəzinə məxaric orderindən görünür ki, Bank “xxxx” ASC tərəfindən X7 15000 manat məbləğində pul verilmişdir. xx.xx.2014-cü il tarixli, MK-16/14A saylı Kredit müqaviləsinə 1 saylı Əlavə olan Ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 605 manat (sonuncu ay 559.43 manat) olmaqla ödənilməsi tərəflər arasında müəyyən edilmişdir. Bank “xxxx” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixə xx.xx.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsi üzrə Banka ödənilməmiş əsas borc məbləği 7458.77 manat təşkil edir. xx.xx.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 39, mənzil 5) vərəsələri: 7/8 hissədə nəvəsi Cavabdeh4, 1/8 hissədə vəfat etmiş oğlunun həyat yoldaşı Cavabdeh3dır. Məhkəmə araşdırması nəticəsində, yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Bank “xxxx” ASC ilə X9 arasında xx.xx.2014-cü il tarixli, MK-01227-16/14A saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank tərəfindən X7 36 ay müddətinə illik 26%-lə 15000 manat məbləğində kredit verilmişdir. X16 və Cavabdeh2 isə bu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. X1 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən icra edilə bilməmişdir. Bundan sonra, Bank tərəfindən zaminlər X16 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, Bank kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas borcun zaminlərdən tutulmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə mərhum X5 vəsiyyətnamə üzrə vərəsələri və onların miras əmlakda olan payları müəyyən edilmişdir: Cavabdeh4 – 7/8, Cavabdeh3 – 1/8. Bu səbəbdən iddiaçı Bankın da razılığı ilə həmin vərəsələr cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi müvafiq borcun həm zaminlərdən, həm də vərəsələrdən tutulmasını xahiş etmiş, zaminlər iddianı özlərinə aid hissədə qəbul etməmiş, vərəsə Cavabdeh3 miras əmlakdakı payından istifadə etməyinə imkan verilmədiyindən əmlakı faktiki qəbul etmədiyini bildirib iddianı qəbul etməmiş, digər vərəsə Cavabdeh4 nümayəndəsi isə iddianı qismən qəbul edərək, borcu hissə-hissə ödəyə biləcəklərini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum X5 bank qarşısında kredit öhdəliklərinin icrasını zaminlərdən, eləcə də mərhumun vərəsələrindən tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırkı işdən görünür ki, borclu X5 vərəsələri miras əmlakı bərabər həcmdə deyil, 1/8 və 7/8 hissələrlə qəbul etmişlər. Odur ki, müvafiq borc onlardan mirasdakı paylarına mütənasib surətdə Cavabdeh3 1/8, Cavabdeh4 7/8 hissədə olmaqla tutulmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 miras əmlakdakı payından istifadə etməyə icazə verilməməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, onun miras əmlak üzərində olan payından istifadə edə bilib-bilməməsindən asılı olmayaraq o bu əmlakın paylı mülkiyyətçilərindən biridir. Belə ki, paylar müəyyən edildikdən sonra müvafiq əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda da Cavabdeh3 əmlakın 1/8 hissədə mülkiyyətçisi kimi göstərilmişdir. Yəni onun miras əmlakı qəbul etmiş olması mübahisəsizdir. Digər tərəfdən, əgər Cavabdeh3 paylı mülkiyyətçi kimi miras əmlaka olan mülkiyyət hüququnun pozulduğunu hesab edirsə bununla bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırkı işdə isə mövcud borc məhkəmə tərəfindən hər iki vərəsədən mirasdakı paylarına mütənasib olaraq tutulmalıdır. Zaminlərlə bağlı məhkəmə qeyd edir ki, öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik çıxış edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı ilə mərhum X9 arasında bağlanmış kredit müqaviləsinə dair borcalanın üzərinə götürdüyü öhdəliklər onun ölümündən sonra yerinə yetirilmədiyi üçün zaminlər iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin zaminlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borc tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclunun ölümündən sonra zaminlər isə zaminlik müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında açıq şəkildə qeyd edilir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Hazırkı işdən görünür ki, mərhumun vərəsələri tərəfindən kredit müqaviləsi üzrə öhdəlikər lazımınca icra edilməmişdir. Odur ki, zaminlər kreditor qarşısında ödənilməmiş borca münasibətdə müştərək qaydada tam məsuliyyət daşıyır. Bu səbəbdən, yaranmış əsas borc məbləği vərəsələrdən paylarına mütənasib, zaminlərdən isə müştərək qaydada tutulmalıdır. Lakin cavabdehlərdən tutulacaq borcun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı Bank iddia ərizəsində 9258.77 manat məbləğində borcun tutulmasını tələb etmiş, sonradan müqavilə üzrə edilmiş ödənişlərə uyğun olaraq iddia tələbinin həcminin artırılması, yaxud azaldılması ilə bağlı heç bir ərizə ilə məhkəməyə müraciət etməmişdir. Lakin, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra müqavilə üzrə bir sıra ödənişlər edilmiş və qalıq borcun ümumi məbləği 7458.77 manat olmuşdur. Eyni zamanda, iddiaçı Bankın heç bir faiz borcu, yaxud cərimə ilə bağlı tələbi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən 7458.77 manat əsas borc məbləği tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti və mərhum X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər X16 və Cavabdeh2 müştərək qaydada, digər cavabdehlərdən onların mirasdakı paylarına mütənasib şəkildə - Cavabdeh3 Göyaş qızından (1/8), Cavabdeh4 (7/8) olmaqla, cəmi 7458.77 manat məbləğində əsas borc tutularaq iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.40 mаnаt məbləğində pul da cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti və mərhum X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər X16 və Cavabdeh2 müştərək qaydada, digər cavabdehlərdən onların mirasdakı paylarına mütənasib şəkildə - Cavabdeh3 Göyaş qızından (1/8), Cavabdeh4 (7/8) olmaqla, cəmi 7458.77 manat (yeddi min dörd yüz əlli səkkiz manat yetmiş yeddi qəpik) məbləğində əsas borc, 30.40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu və bank xidməti haqqı tutularaq iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver