Məhkəmə qərarları › İş №2(010)-2012/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2012/2022

18.07.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2012/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Khakzadalamdarı Alı Ramazan Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Cavabdeh adına alınmış "xxxx" MTK-dan xx.xx.2018-ci il tarixli, ********* nömrəli Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivində yerləşən bina 9A, giriş 6, mərtəbə 10, 445 nömrəli mənzilə 1/2 hissəsində İddiaçı, 1/2 hissəsində Cavabdeh paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə əlavə verərək İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Cavabdeh adına alınmış "xxxx" MTK-dan xx.xx.2018-ci il tarixli, ********* nömrəli Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivində yerləşən bina 9A, giriş 6, mərtəbə 10, 445 nömrəli mənzilin alınmasına ödənilmiş, cəmi 51621.70 manat pulun ½ hissəsində, yəni 25810.85 manat pula İddiaçı ½ hissəsində, yəni 25810.85 manat pula Cavabdeh paylarının müəyyən edilməsi, 25810.85 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6.-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakları olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etmədiklərinə görə baxılmamış saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar