Məhkəmə qərarları › İş №2(010)-2031/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2031/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2031/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxx” X1 nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” X1 cavabdeh X6 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X1 cavabdeh X6qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung mikrodalğalı soba, Gorenje markalı fen, Panasonic markalı blender, Gorenje markalı şirə çəkən üçün 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat dəbbə pulu cəmi 386 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********67988 Samsung Galaxy J6 plus markalı telefon üçün 456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə,cəmi 569 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 1164 (min yüz altmış dörd) manat ödənilməmiş hissə, 204 (iki yüz dörd) manat dəbbə pulu cəmi 1368 manatümumilikdə 2323 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2353 manat cavabdeh X4 alınaraq “xxxxxxxxxxx” X2 ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehX8 ilə “xxxxxxxxxxx” MMC xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən Samsung mikrodalğalı soba, Gorenje markalı fen, Panasonic markalı blender, Gorenje markalı şirə çəkən, İMEİ kodu **********67988 Samsung Galaxy J6 plus markalı telefon, Samsung markalı soyuducu almış və nəticədə 2323 (iki min üç yüz iyirmi üç) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 644 (altı yiiz qırx dörd) manat (18 ay x 34 manat + 32 manat ilkin ödəniş) olan Samsung mikrodalğalı soba, Gorenje markalı fen, Panasonic markalı blender, Gorenje markalı şirə çəkən üçün 386 (üç yüz səksən altı) manat olmaqla ondan, 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 705 (yeddi yüz beş) manat (15 ay x 47 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********67988 Samsung Galaxy J6 plus markalı telefon üçün 569 (beş yüz altmış doqquz) manat olmaqla ondan, 456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1164 (min yüz altmış dörd) manat (12 ay x 97 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün 1368 (min üç yüz altmış səkkiz) manat olmaqla ondan 1164 (min yüz altmış dörd) manat ödənilməmiş hissə, 204 (iki yüz dörd) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 589 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X8 məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq həmin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, X8– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən X6 dəyəri 644 manat olan Samsung mikrodalğalı soba, Gorenje markalı fen, Panasonic markalı blender, Gorenje markalı şirə çəkəni 32 manat ilkin ödənişli, hər ay 34 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, X8– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən X6 dəyəri 705 manat olan Samsung Galaxy J6 plus markalı telefonu ilkin ödənişsiz, hər ay 47 manat ödəmək şərti ilə 15 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, X8– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən X6 dəyəri 1164 manat olan Samsung markalı soyuducunu ilkin ödənişsiz, hər ay 97 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” X5 xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat dəbbə pulu olmaqla cəmi 386 manat; xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə pulu olmaqla cəmi 569 manat vəxx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 1164 (min yüz altmış dörd) manat ödənilməmiş hissə, 204 (iki yüz dörd) manat dəbbə pulu cəmi 1368 manatümumilikdə 2323 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, Satıcı tərəfindən Alıcı X6 xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Alğı-satqı müqavilələrinə əsasən avadanlıqlar nisyə satılmış olsa da, həmin müqavilələrin şərtləri pozularaq, alıcı tərəfindən əsas məbləğ üzrəümumilikdə 2323 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X8 alqı-satqı Müqavilələri üzrə özöhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, xx.xx.2018-ci il tarixli Alğısatqı müqaviləsi üzrə ödənilməmiş 304 manat, xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 456 manat və xx.xx.2019-cu il tarixli Müqavilə üzrə 1164 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cavabdehdən xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 50 manat,xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsi üzrə50 manat və xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 50 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdeh X4 xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə puluolmaqla cəmi 354 (üç yüz əlli dörd) manat, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə, cəmi 506 (beş yüz altı) manat, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən1164 (min yüz altmış dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu cəmi 1214 (bir min iki yüz on dörd) manat ümumilikdə 2074 (iki min yetmş dörd) manat borcvə 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxxxxxxxxx” MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X4 xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən304 (üç yüz dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə puluolmaqla cəmi 354 (üç yüz əlli dörd) manat, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə, cəmi 506 (beş yüz altı) manat, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən1164 (min yüz altmış dörd) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu cəmi 1214 (bir min iki yüz on dörd) manat ümumilikdə 2074 (iki min yetmş dörd) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar