Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-204/2022 04.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 12.12.2018-ci il tarixli 002R********** saylı kredit razılaşmasının və 18.05.2020-ci il tarixli 002R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 20044.72 manat məbləğində kredit borcu, 6085.09 manat məbləğində faiz borcu və 8178.26 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 34308 (otuz dörd min üç yüz səkkiz) manat 07 (yeddi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 34308 (otuz dörd min üç yüz səkkiz) manat 07 (yeddi) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində istifadədə olan 0.1525 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X2, X4 və X3 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AccessBank» QSC ilə Cavabdeh2 arasında bağlanmış 24.01.2020-ci il tarixli 002R********** saylı kredit razılaşmasının və 18.05.2020-ci il tarixli 002R**********S saylı sazişin ləğv olunması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 18.05.2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 24523.14-manat" məbləğində kredit borcu, 6239.08 manat məbləğində faiz borcu və 7209.8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 37969 (otuz yeddi min doqquz yüz altmış doqquz) manat 02 (iki) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 11 nömrəli, binanın 66 nömrəli mənzilə yönəldilməsi və evin hərracdan satılması və ümumilikdə cəmi cəmi 37969 (otuz yeddi min doqquz yüz altmış doqquz) manat 02 (iki) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-yə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1 -ci girişində, 1 -ci mərtəbəsində, 92.15 kv.m ümumi, 59.85 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 66 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və X3 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək 2(010)- 204/2022 saylı mülki işlə Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-141/2022 saylı mülki işin birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, “AccessBank" QSC-nin Cavabdeh3, Cavabdeh2 və qeyrilərinə qarşı "borcun tutulması və ipoteka predmetinə yönəldilməsin" tələbinə dair 2(010)-204/2022 saylı mülki iş hakim Anar Qasımovun icraatında olan "xxxx" QSC-nin Cavabdeh2,Cavabdeh3 və qeyrilərinə qarşı "borcun tutulması və ipoteka predmetinə yönəldilməsi" tələbinə dair 2(010)-141/2022 saylı mülki iş ilə bağlıdır. Belə ki, hər iki işdə eyni tərəflər iştirak edir, həmçinin ipoteka predmeti olan əmlak eyni əmlakdır. Ədalət mühakiməsinin düzgün şəkildə aparılması üçün bu iki işin bir icraatda birləşdirilərək baxılması zəruridir. Məhkəmə vəsatəti nəzərdən keçirib, hər iki mülki işin eyni predmet barəsində, eyni tərəflər arasında olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddiası üzrə 2(010)-204/2022 nömrəli mülki işin iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə 2(010)- 141/2022 nömrəli mülki işə birləşdirilməsi məqsədə uyğundur. Belə ki, həmin işlərin birləşdirilməsi həm də mübahisəyə daha operativ baxılmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddiası üzrə 2(010)- 204/2022 nömrəli mülki iş iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə 2(010)-141/2022 nömrəli mülki işə birləşdirilsin. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-204/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-204/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver