Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2050/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən qaytarılmamış 700 manat mənbləğində əsas borc, dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 730 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi tanıyırdı. O, işsiz idi, cavabdeh onu Heydər Əliyev adına Limana işə düzəltmək adı ilə 2018-ci ildə ondan 1500 manat pul almışdır. O, heç yerdə işə düzəlməmişdir. Sonradan, o Vahid tərəfindən aldadıldığını bilmişdir. Lakin, Cavabdeh ona ödənilməli olan 1500 manat borc məbləğindən hissə-hissə 800 manat pulu qaytarmış, 700 manat məbləğində pulu ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə bildirsə də, cavabdeh öz öhdəliyini yerinə yetiməsi istiqamətində heç bir addım atmamışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh pulun yarısını qaytarıb, 700 manatını isə qaytarmaqdan imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 185-ci maddəsinin tələbləri baxımından işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri, Suraxanı RPİ-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 noyabr 2019-cu il tarixli qərarından görünür ki, hazırkı mübahisə üzrə iddiaçı tərəfin şikayəti əsasında araşdırma başlanılmış, araşdırma zamanı Cavabdeh izahatı alınmış, Cavabdeh izahat verərək İddiaçı, sonuncunun hava limanına işə düzəltməkdən ötrü 1500 manat pul aldığını, iş alınmadığı üçün 800 manatını qaytardığını, lakin 700 manatı qaytara bilmədiyini etiraf etmişdir. Beləliklə,işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı cavabdehə sövdələşməyə əsasən 1500 manat pul vermiş, sövdələşmə baş tutmadığına görə cavabdeh bu pulun 800 manatını qaytarmış, 700 manatını isə qaytarmamışdır. Bu hal, iddiaçı tərəfin izahatı ilə yanaşı cavabdehin istintaq orqanında araşdırma ilə bağlı verdiyi izahatla müəyyən edilir. Ona görə də, məhkəmə iddia tələbinin faktiki əsasının sübut olunduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus 700 manat pul məbləğinin cavabdehdə qalmasına qanuni əsas yoxdur, ona görə də, həmin pul məbləği cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 700 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 730 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2050/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2050/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver