Məhkəmə qərarları › İş №2(010)-2053/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2053/2025

23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2053/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdehnə (bundan sonra – Cavabdeh MMC) qarşı “pul” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış XM 2023 nömrəli “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi haqqında” xidmət müqaviləsinin şərtlərini pozduğu üçün cavabdehdən 930 manat məbləğində pul vəsaitinin, Montoneqro Respublikasında olarkən 342.21 manat məbləğində pul vəsaitinin və 68 manat dövlət rüsumunun, həmçinin hazırkı iddia tələbinə görə ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun, cəmi 1375 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2023cü il tarixdə “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi haqqında” XM 2023 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, icraçı sifarişçiyə xaricdə işə düzəltmə xidməti göstərməyi, sifarişçi isə qarşılığında icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilənin şərtlərinə əməl etmiş və cavabdehə xx.xx.2023-cü il tarixdə 600 avro xidmət haqqı ödənişi etmişdir. Lakin cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, onu xaricdə iş ilə təmin etməmişdir. Cavabdehin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə Montoneqro Respublikasına getmiş, lakin həmin ünvanda 4 gün qalsa da işlə təmin olunmamışdır. Montoneqro Respublikasında qaldığı müddət ərzində 183 avro xərcləmişdir. Həmçinin gediş-gəlişə görə 930 manat pul xərcləmişdir. xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi Montoneqro Respublikasının Podqoriça şəhərində olmuş, həmin müddət ərzində baqaja görə 70 avro, Montoneqro Respublikasında olduğu müddət ərzində telefonla evlə danışmağa görə 15 avro, Montoneqro Respublikasında olarkən taksi xidmətinə görə 18 avro, mənzil kirayəsinə görə 60 avro, yemək puluna görə 20 avro pul xərcləmişdir. Qeyd olunan xərclərə görə 183 avro pul xərcləmişdir. Həmçinin Montoneqro Respublikasına gediş-gəliş üçün təyyarə biletinə 930 manat ödəniş etmişdir. Hazırda 100 avro Azərbaycan Respublikasında 187 manatdır. O, iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-4728/2024 nömrəli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 600 avro pulun tutulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddia ərizəsi verilərkən məhkəmə xərci kimi 45 manat və 23 manat, cəmi 68 manat dövlət rüsumu ödəmişdir.

İddia tələbinin həcminin azaldılması.

3. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış XM 2023 nömrəli “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi haqqında” xidmət müqaviləsinin şərtlərini pozduğu üçün aviasiya biletlərinə ödənilmiş 930 manat məbləğində pul vəsaitinin və baqaja görə ödənilmiş 70 avro məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 4278/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2023-cü il tarixli, XM 2023 nömrəli “Xaricdə işə düzəltmə xidmətinin göstərilməsi”nə dair müqavilə üzrə vurulmuş zərərə görə Cavabdeh MMC-dən 660 avro məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1541/2025 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 4278/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Elektron proqramdan çıxarışdan görünür ki, X5 vasitəsilə 23 aprel, saat 20:40- 23:30 arası Podqoritsa (Monteneqro Respublikasının paytaxtı) - İstanbul, 1 saat 50 dəqiqə İstanbulda tranzit, daha sonra 24 aprel, saat 01:20 – 05:15 arası İstanbul – Bakı uçuşu üçün müxtəlif satıcılarda aviabilet xərcinin müvafiq olaraq 932 manat, 1039 manat və 1089 manatdır.

9. 02 ədəd aviabiletdən görünür ki, Mammadov Seymur adına 14 iyun tarixli İzmir- Podgorica və İzmir-Bakı marşrutları üzrə uçuş biletləridir.

10. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna xx.xx.2025ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, 2024-cü ilin xx.xx.2024 – xx.xx.2024cü il tarixləri arasında "xxxx" Sərnişin Aviaşirkətinin Bakı – Tivat marşrutu üzrə reysinə (gediş-gəliş) aviabiletin orta qiyməti 1186.88 manat təşkil etmişdir.

İşin faktiki halları.

11. Tərəflər arasında xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" – Cavabdeh MMC “Sifarişçi” - İddiaçı xaricdə işə düzəltmə xidməti göstərməyi, “Sifarişçi” isə qarşılığında "xxxx"ya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2023-cü il tarixli “xaricdə işə düzəltmə xidmətinin göstərilməsi”nə dair müqavilə üzrə vurulmuş zərərə görə Cavabdeh MMC-dən 660 avro məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404. Müqavilənin təfsiri. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 777. Tapşırıq müqaviləsi. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, "xxxx" – Cavabdeh MMC “Sifarişçi” - İddiaçı xaricdə işə düzəltmə xidməti göstərməyi, “Sifarişçi” isə qarşılığında "xxxx"ya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

16. Cavabdeh MMC-nin müqavilə öhdəliyini lazımınca icra etmədiyini iddia edən İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, həmin müqavilə üzrə göstəriləcək xidmətlərin qarşılığı olaraq cavabdehə ödədiyini iddia etdiyi 600 avro məbləğində pulu, eləcə də cavabdeh MMC-nin göndərişi ilə getdiyi və heç bir işlə təmin olunmadığı xarici ölkədə (Monteneqro Respublikasında) qaldığı müddətdə çəkdiyi 60 avro məbləğində xərci cavabdehdən tələb etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə bu iddia təmin edilmiş, iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti isə təmin edilməmişdir.

17. Yuxarıda istinad edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında xx.xx.2023-cü il tarixli müqavilənin bağlanılması, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 600 avro məbləğində xidmət haqqı ödənildiyi, eləcə də cavabdehin göndərişi əsasında dörd gün qaldığı Monteneqro Respublikasında iddiaçının 60 avro məbləğində xərc çəkdiyi, buna baxmayaraq, Cavabdeh MMC-nin müqavilə öhdəliyini lazımınca icra etmədiyi, iddiaçının işlə təmin edilmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilən bu hallar hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyətə malik olmaqla yenidən sübuta yetirilməməlidir. Ona görə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

18. İddiaçı hazırkı iddia tələbi isə cavabdehlə aralarında bağlanmış müqavilə üzrə getdiyi, lakin cavabdehin öhdəliyini lazımınca icra etməməsi səbəbindən geri qayıtdığı xarici ölkəyə gediş-gəliş xərclərinin qarşılanması ilə bağlıdır. Belə ki, iddiaçı iddia etmişdir ki, o, həmin ölkədən Bakı şəhərinə gedib-gəlmək üçün 930 manat məbləğində aviabilet xərci, 70 avro məbləğində isə baqaj üçün xərc çəkmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş uçuş məlumatları barədə elektron proqramdan çıxarışda X5 vasitəsilə 23 aprel, saat 20:40-23:30 arası Podqoritsa (Monteneqro Respublikasının paytaxtı) - İstanbul, 1 saat 50 dəqiqə İstanbulda tranzit, daha sonra 24 aprel, saat 01:20 – 05:15 arası İstanbul – Bakı uçuşu üçün müxtəlif satıcılarda aviabilet qiymətinin müvafiq olaraq 932 manat, 1039 manat və 1089 manat olduğu göstərilmişdir. X3 adına 14 iyun tarixli Podgorica-İzmir və İzmir-Bakı uçuşu üçün alınmış aviabiletlər iddia ərizəsinə əlavə edilmişdir. Lakin iddiaçı tərəfindən aviabiletlər üçün çəkilmiş xərcin məbləğini təsdiq edən konkret sübut məhkəməyə təqdim edilmədiyindən, iddia ərizəsinə əlavə edilmiş bilet qiymətləri barədə məlumat isə iddiaçının Monteneqro Respublikasına gedib-gəldiyi dövr üçün (2024-cü ilin iyun ayı) qiymətləri əks etdirmədiyindən, bununla belə işin halları baxımından iddiaçının göstərilən dövrdə həmin ölkəyə səyahət etdiyi və Azərbaycan Respublikasına qayıtdığı mübahisəsiz olduğundan və bu qayıdışı təsdiqləyən aviabiletlər iddia ərizəsinə əlavə edildiyindən məhkəmə tərəfindən "xxxx" QSC-yə müvafiq sorğu ilə müraciət edilmiş, sorğuya verilmiş cavabda xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri üçün Bakı – Tivat (Monteneqro Respublikasında şəhər) marşrutu üzrə aviabiletin orta qiymətinin 1186.88 manat məbləğində olduğu qeyd edilmişdir.

19. Məhkəmə hesab edir ki, İddiaçı göstərilən tarixdə Monteneqro Respublikasına getməsinin səbəbi Cavabdeh MMC ilə arasında bağlanmış müqavilə olduğundan, məhz cavabdehin müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi səbəbindən iddiaçı bir neçə gün sonra geriyə - Azərbaycan Respublikasına qayıtmalı olduğundan o, gediş-gəliş üçün çəkməli olduğu xərci – aviabilet xərcini lazımınca icra edilməyən öhdəliyə görə dəymiş zərər kimi cavabdehdən tələb etməyə haqlı olmuşdur. Çəkilən xərcin məbləğinə, yəni aviabiletin qiymətinə gəldikdə isə məhkəmə qeyd edir ki, hər nə qədər iddiaçı tərəfindən bununla bağlı konkret sübut məhkəməyə təqdim edilməsə də iddiaçının cavabdehlə arasında bağlanmış müqaviləyə əsasən, Monteneqro Respublikasına getdiyi, lakin cavabdehin müqavilə öhdəliyini lazımınca icra etməməsi səbəbindən ölkəyə geri qayıtmalı olduğu işin mübahisəsiz halları olduğundan Azərbaycan Respublikasından həmin ölkəyə hava yolu ilə gedib-gəlməsi üçün müəyyən xərc (bilet xərci) çəkməsi də mübahisəsiz qəbul olunmalıdır. Ona görə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

20. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən aviabilet xərci kimi tələb edilən məbləğ (930 manat) "xxxx" QSC tərəfindən təqdim edilmiş və həmin dövrdə Monteneqro və Azərbaycan Respublikaları arasındakı gediş-gəliş üçün orta aviabilet qiyməti kimi göstərilmiş məbləğə (1186.88 manat) yaxın olduğundan ağlabatan məbləğdir və lazımınca icra edilməmiş öhdəliyə görə dəymiş zərər kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Çəkildiyi iddia edilən 70 avro məbləğində baqaj xərcinə münasibətdə isə məhkəmə iddianın təmin edilməməli olduğu nəticəsinə gəlir. Ona görə ki, iddiaçı həmin xərci çəkməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tələb edilən baqaj xərcinə münasibətdə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

23. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 930 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 930 (doqquz yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar