Məhkəmə qərarları › İş №2(010)-2068/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2068/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2068/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” X2 nümayəndəsi X6, Cavabdeh Müzəffər qızının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” X2Cavabdeh Müzəffər qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıbaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” X5 Cavabdeh Müzəffər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********07487 olan “X11” tablet üçün 178 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu, cəmi 235 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********69267 olan “Samsung J3” telefon üçün 143 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, cəmi 186 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********74230 olan “X10 9 Dual” telefon üçün 2911 manat ödənilməmiş hissə, 756 manat dəbbə pulu, cəmi 3667 manat, ümumilikdə 4088 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4118 manat məbləğində pulun Cavabdeh Müzəffər qızından “xxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” X5 ilə bağladığı xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən “X11” tablet, “Samsung J3” telefon və “X10 9 Dual” telefon almış və nəticədə 4088 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 456 manat ( 12 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********07487 olan “X11” tablet üçün 235 manat olmaqla ondan, 178 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 391 manat ( 12 ay x 18 manat + 175 manat ilkin ödəniş) olan əsasən İMEİ kodu **********69267 olan “Samsung J3” telefon üçün 186 manat olmaqla ondan, 143 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3173 manat (18 ay x 168 manat + 149 manat ilkin ödəniş) olan İMEİ kodu **********74230 olan “X10 9 Dual” telefon üçün 3667 manat olmaqla ondan 2911 manat ödənilməmiş hissə, 756 manat dəbbə pulu miqdarında dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 788 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” X2 nümayəndəsi X8 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı təşkilat ilə onun qızı Cavabdeh Müzəffər qızı arasında bağlanan müqavilələrdə tərəf kimi sonuncunun adı çəkilsə də, qeyd edilən tablet və telefonları faktiki olaraq qızı yox, X12 adında Türkiyə Respublikası vətəndaşı götürmüş və borcu də hissə-hissə olmaqla özü qaytaracağına söz vermişdir. Ona görə də borc məbləği Cavabdeh Müzəffər qızından tutulmamalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh Müzəffər qızıarasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Müzəffər qızına 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********07487 olan “X11” tabletsatılmışdır. İddiaçı ilə Cavabdeh Müzəffər qızıarasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Müzəffər qızına 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********69267 olan “Samsung J3” telefon satılmışdır. İddiaçı ilə Cavabdeh Müzəffər qızı arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Müzəffər qızına 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********74230 olan “X10 9 Dual” telefon satılmışdır. İşdə olan Maliyyə arayışından görünür ki, borclu Cavabdeh Müzəffər qızının İMEİ kodu **********07487 olan “X11” tablet üçün 178 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu, İMEİ kodu **********69267 olan “Samsung J3” telefon üçün 143 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, İMEİ kodu **********74230 olan “X10 9 Dual” telefon üçün 2911 manat ödənilməmiş hissə, 756 manat dəbbə pulu olmaqla, ümumilikdə 3232 manat ödənilməmiş hissə, 856 manat dəbbə pulu borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh Müzəffər qızının üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» X5 cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə əsas borcla bağlı onu qeyd edir ki, iddiaçı əsas borc üzrə xx.xx.2018ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə tələb edilən əsas borcun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı İMEİ kodu **********07487 olan “X11” tablet üçün 10 manat, İMEİ kodu **********69267 olan “Samsung J3” telefon üçün 10 manat, İMEİ kodu **********74230 olan “X10 9 Dual” telefon üçün 50 manat olmaqla, cəmi 70 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatına tənqidi yanaşaraq, qeyd edir ki, hazırkı iş üzrə müqavilələrdə tərəf kimi Cavabdeh Müzəffər qızının çıxış etməsi və sonuncunun müqavilələri şəxsən imzalaması şübhə doğurmur. Buna görə qeyd edilən borc məbləği ondan tutulmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Müzəffər qızından İMEİ kodu **********07487 olan “X11” tablet üçün 178 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 188 manat, İMEİ kodu **********69267 olan "Samsung J3" telefon üçün 143 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla cəmi 153 manat, İMEİ kodu **********74230 olan "X10 9 Dual" telefon üçün 2911 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla, cəmi 2961 manat, ümumilikdə 3302 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3332 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” X3 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar