Məhkəmə qərarları › İş №2(010)-2071/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2071/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2071/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” X1 nümayəndəsi X5iştirakı ilə, iddiaçı “xxxxxxxxxxx” X1 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********10111 Samsung J2 markalı telefon üçün 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulucəmi 395 manat; xx.xx.2018ci il tarixli müqaviləsinə əsasən, LG markalı LED televizor üçün 451 (dörd yüz əlli bir) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə. Cəmi 571 manat; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62120 Samsung J2 markalı telefon üçün 345 (üç yüz qırx beş) manat ödənilməmiş hissə, 104 (yüz dörd) manat dəbbə pulu. Cəmi 449 manat; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, LG markalı musiqi mərkəzi üçün 920 (doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 204 (iki yüz dörd) manat dəbbə pulu cəmi 1124 manat olmaqla ümumilikdə 2539 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2569 manat Cavabdeh alınaraq ‘‘xxxxxxxxxxx” X2 ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərəkbildirdi ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********10111 Samsung J2 markalı telefon, LG markalı LED televizor, İMEİ kodu **********62120 Samsung J2 markalı telefon, LG markalı musiqi mərkəzi almış və nəticədə 2539 (iki min beş yüz otuz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 469 (dörd yiiz (dimiş doqquz) manat (20 ay x 23 manat + 9 manat ilkin ödəniş) olan İMEİ kodu **********10111 Samsung J2 markalı telefon üçün 395 (üç yüz doxsan beş) manat olmaqla ondan, 305 (üç yüz beş) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu; xx.xx.2018ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 602 (altı yüz iki) manat (24 ay x 25 manat + 2 manat ilkin ödəniş) olan LG markalı LED televizor üçün 571 (beş yüz yetmiş bir) manat olmaqla ondan, 451 (dörd yüz əlli bir) manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 465 (dördyüz altmış beş) manat (20 ay x 23 manat + 5 manat ilkin ödəniş) olan İMEİ kodu **********62120 Samsung J2 markalı telefon üçün 449 (dörd yüz qırx doqquz) manat olmaqla ondan 345 (üç yüz qırx beş) manat ödənilməmiş hissə, 104 (yüz dörd) manat dəbbə pulu; xx.xx.2018ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 960 (doqquz yüz altmış) manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan LG markalı musiqi mərkəzi üçün 1124 (min yüz iyirmi dörd) manat olmaqla ondan 920 (doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 204 (iki yüz dörd) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 475 manat təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Dilarə Eldəniz qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 469 manat olan “SamsungJ2 markalı telefon üçün ilkin ödəniş9manat,hər ay 23 manat ödəmək şərti ilə 20ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 602 manat olan LG markalı LED televizor üçün ilkin ödəniş2 manat,hər ay 25 manat ödəmək şərti ilə 24ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 465 manat olan Samsung J2 markatı telefon üçün ilkin ödəniş5 manat,hər ay 23 manat ödəmək şərti ilə 20ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 960 manat olan musiqi mərkəzi üçün ilkin ödənişsiz,hər ay 40 manat ödəmək şərti ilə 24ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəli ilə müəyyən olunur ki, “alıcı” Cavabdeh xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 305 manat ödənilməmiş əsas məbləğ və 90 manat dəbbə pulu olmaqla – cəmi 395manat məbləğində borcu vardır. Alıcı əsas borcundan 164 manat məbləğində pul ödəmişdir. -“alıcı” Cavabdeh xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 451 manat ödənilməmiş əsas məbləğ və 120 manat dəbbə pulu olmaqla – cəmi 571manat məbləğində borcu vardır. Alıcı əsas borcundan 151 manat məbləğində pul ödəmişdir. -“alıcı” Cavabdeh xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 345 manat ödənilməmiş əsas məbləğ və 104 manat dəbbə pulu olmaqla – cəmi 449 manat məbləğində borcu vardır. Alıcı əsas borcundan 120 manat məbləğində pul ödəmişdir. -“alıcı” Cavabdeh xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 920 manat ödənilməmiş əsas məbləğ və 204 manat dəbbə pulu olmaqla – cəmi 1124manat məbləğində borcu vardır. Alıcı əsas borcundan 40 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh cəmi dəyəri 469manat olan “Samsung J2” markalı telefonu hər ay23 manat ödəniş edilməsi şərti ilə 20 ay müddətinə, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 602 manat olan LG markalı LED televizoru hər ay 25 manat ödəniş edilməsi şərti ilə 24 ay müddətinə, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 465 manat olan Samsung J2 markalı telefonu hər ay 23 manat ödəniş edilməsi şərti ilə 20 ay müddətinə və xx.xx.2018-ci il tarixli alğısatqı müqaviləsinə əsasən cəmi dəyəri 960 manat olan LG markalı musiqi mərkəzini hər ay 40 manat ödəniş edilməsi şərti ilə 24 ay müddətinə nisyə satılmış olsa da, müqavilə şərtləri pozularaq, alıcı tərəfindən əsas məbləğ üzrə2125manat məbləğində pul vəsaiti ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən,bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Alqı-satqı Müqavilələri üzrə özöhdəliyini yerinə yetirməmiş və buna görə də, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 305 manat, xx.xx.2018--ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 451 manat, xx.xx.2018--ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 345 manat və xx.xx.2018--ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 920 manat məbləğində pul vəsaiti tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən cəmi 518 manat məbləğində dəbbə pulununtutulmasıtələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə puluməbləği azaldılaraq,cavabdehdən 14.04 2018-ci il, 14.042018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli Alğı-satqı müqavilələri üzrə hər bir müqavilə üzrə 10 manat olmaqla,cəmi 40 manat məbləğində dəbbə pulututulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 305manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 315 manat məbləğində; xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 451 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 461manat məbləğində; xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 345 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 355 manat məbləğində və xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 920 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 930manat məbləğində olmaqla ümumilikdə 2061 manat pul vəsaiti “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 305 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 315 manat məbləğində; xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 451 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 461manat məbləğində; xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 345 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 355 manat məbləğində və xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 920 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 930manat məbləğində olmaqla ümumilikdə 2061 manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” X3 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar