Məhkəmə qərarları › İş №2(010)-208/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-208/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-208/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 23131.77 manat məbləğində kredit borcu, 2097.68 manat məbləğində faiz borcu və 6880.92 manat məbləğində cərimə borcu olmaqla, cəmi 32110,37 manat məbləğində borcun, 001R********** saylı kredit razılaşması üzrə 20354.62 manat məbləğində kredit borcu, 1798.29 manat məbləğində faiz borcu və 5149.18 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27302,9 manat məbləğində borcun, ümumilikdə cəmi 59412,46 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü-fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinin açıq hərracdan satılması, 59412,46 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü-fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsinə, onların həmin torpaq sahəsindən çıxarılmasına, həmin torpaq sahəsinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı və xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 22131.77 manat məbləğində kredit borcu, 2152.06 manat məbləğində faiz borcu və 7477.46 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31761.29 manat məbləğində borcun, 001R********** saylı kredit razılaşması üzrə 20354.62 manat məbləğində kredit borcu, 1798.29 manat məbləğində faiz borcu və 5149.18 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27302,09 manat məbləğində borcun, ümumilikdə cəmi 59063.38 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növüfərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinin açıq hərracdan satılması, 59063.38 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü-fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsinə, həmin torpaq sahəsinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 01L000001708 saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə 120 ay müddətə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2011-ci il tarixli 1708 saylı və xx.xx.2017-ci il tarixli 01L000001708S saylı sazişlərlə kredt xəttinə əlavə və dəyişikliklər edilərək kredit xəttinin müddəti 226 ay müddətinə 400000 ABŞ dolları mələğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə bankla Cavabdeh1 arasında 001R********** saylı, xx.xx.2018-ci il tarixli kredit razılaşması bağlanmış və cavabdehə 24 ay müddətinə 50000 manat verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə bankla Cavabdeh1 arasında 001R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması bağlanmış və cavabdehə 18 ay müddətinə 24000 manat verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında 001M**********01 saylı, xx.xx.2015-ci il tarixli «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 məxsus Baki şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında tərtib edilmiş «Ödəniş qrafiki»nə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Kredit xətti müqaviləsi üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öhdəlik götürmüşlər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş 01L000001708 saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya 120 ay müddətə 20000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İşə əlavə edilmiş xx.xx.2011-ci il tarixli 1708 saylı və xx.xx.2017-ci il tarixli 01L000001708S saylı sazişlərlə müəyyən edilir ki, Bank 01L000001708 saylı, xx.xx.2009-cu il tarixli kredt xəttinə əlavə və dəyişikliklər edərək kredit xəttinin müddəti 226 ay müddətinə uzadaraq, borcluya 400000 ABŞ dolları mələğində kredit xətti açmışdır. İşə əlavə edilmiş 001R********** saylı, xx.xx.2018-ci il tarixli kredit razılaşmasına əsasən İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit razılşmasına əsasən Bank borcluya 24 ay müddətə 50000 manat məbləğində kredit vermişdir. İşə əlavə edilmiş 001R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşmasına əsasən İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit razılşmasına əsasən Bank borcluya 18 ay müddətə 24000 manat məbləğində kredit vermişdir İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələri bağlayaraq kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 001M**********01 saylı, xx.xx.2015-ci il tarixli «İpoteka müqaviləsi»ndən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus Baki şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsi ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsi İddiaçı QSC-nin xeyrinə girovla yüklü edilmişdir. İşə əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin xx.xx.2020-cı il tarixli LF 13 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 28000 manat, likvid dəyəri 24000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 001R********** saylı, xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə 22131.77 manat məbləğində kredit borcu, 2152.06 manat məbləğində faiz borcu və 7477.46 manat dəbbə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 001R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 20354.62 manat məbləğində kredit borcu, 1798.29 manat məbləğində faiz borcu və 5149.18 manat dəbbə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4543 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı QSC-yə ödənilməli borcu, 001R********** saylı, xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə 22131.77 manat əsas borc, 2152.06 manat faiz borcu, 001R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 20354.62 manat əsas borc, 1798.29 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarıçatan şəxsəödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli və 001R********** saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə 24 ay və 18 ay müddətə 50000 manat və 24000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında 001M**********01 saylı, xx.xx.2015-ci il tarixli «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 məxsus Baki şəhəri Xəzər rayonu,Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş üzrə İddiaçı QSC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələri bağlayaraq kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməyi və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Bunun nəticəsində borclunun bank qarşısında 001R********** saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 22131.77 manat məbləğində kredit borcu, 2152.06 manat məbləğində faiz borcu və 7477.46 manat dəbbə borcu, 001R********** saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 20354.62 manat məbləğində kredit borcu, 1798.29 manat məbləğində faiz borcu və 5149.18 manat dəbbə borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı QSC-nın iddiasının gecikdirməyə görə hər iki müqavilə üzrə 7477.46 manat və 5149.18 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq hər bir müqavilə üzrə 200 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı və xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmaları ləğv edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 22131.77 manat məbləğində kredit borcu, 2152.06 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 20354.62 manat məbləğində kredit borcu, 1798.29 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu olmaqla cəmi 46836,74 manat borc və 30(otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, Cavabdeh3 məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min)manat müəyyən olunmalı, tələb ipoteka qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinə yönəldilsin və torpaq sahəsi açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı QSC-nin xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə tutulmalı, Cavabdeh1 və Cavabdeh3 tərəfindən Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində həmin torpaq sahəsi boşaldılsın və alıcıya təhvil verilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 145(yüz qırx beş) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin ilkin mərhələdə borc məbləğini ödəyəcəyi təqdirdə cavabdehlərin istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı və xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmaları ləğv edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada xx.xx.2018-ci il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 22131.77 manat məbləğində kredit borcu, 2152.06 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 20354.62 manat məbləğində kredit borcu, 1798.29 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu olmaqla cəmi 46836,74 (qırx altı min səkkiz yüz otuz altı manat, yetmiş dörd qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh3 məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən olunsun. Tələb ipoteka qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinə yönəldilsin və torpaq sahəsi açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı QSC-nin xeyrinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh1 və Cavabdeh3 tərəfindən Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində həmin torpaq sahəsi boşaldılsın və alıcıya təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri – 145 (yüz qırx beş) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar