Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2080/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxxxxx 2014-cü ildə anadan olmuş X5 18 yaşı tamam olana qədər saxlanılması üçün Bakı Şəhəri. Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirirlərək artırılması və həmin uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən mənim xeyrimə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Mənsur oğlundan xx xxxxx 2018-ci il tarixdən başlayaraq onunla birgə nikahlarından xx xxxxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxxxxx 2014-cü ildə anadan olmuş X5 18 yaşı tamam olana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində hər birinə 154 manat olmaqla cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Uşaqlar azyaşlı olduqlarından və özü heç bir yerdə işləmədiyindən həmin məbləğlə uşaqların saxlanılmasında, yəni sağlam böyüməsində, qidalanmasında və vaxtlı-vaxtında müayinə və müalicə olunmasında, eləcə də şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir və bu onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Cavabdeh fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq bütün bunları nəzərə almayaraq hər uşaq üçün hər ay 154 manat ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun eyni məzmunlu uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxx 2018-ci il tarixdən başlayaraq birgə nikahlarından anadan olmuş xx xxxxxx 2012-ci il təvəllüdlü X4, xx xxxxxxx 2014-cü il təvəllüdlü X5 18 yaşı tamam olana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 308 manat alimentin tutulması qət edilmişdir. O X3 ilə ailə qurduğunu və bu nikahdan da iki əkiz uşağının olduğunu bildirir. Eyni zamanda yeni ailə həyatı qurduğu X3 da aliment tələbi ilə bağlı iddia qaldırmışdır. Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ondan xx xxxxxx 2019-cu il təvəllüdlü X6 və xx xxxxxx 2019-cu il X7 saxlanması üçün hər uşağa görə 160 (yüz altmış) manat olmaqla 320 (üç yüz iyirmi) manat alimentin tutulması qət edildiyini bildirir. O hal-hazırda dörd uşağa aliment ödədiyini və özünün könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyni bildirir. Onun maddi vəziyyətində dəyişiklik olmamış əksinə müalicəyə ehtiyacı olduğunu bildirir. Odur ki iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(010)-3238/2018 saylı qətnaməsi ilə xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X5 18 yaşı tamam olana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 308 manat alimentin Cavabdeh tutularaq X9 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Ağdaş rayon məhkəməsinin 2(014)-1524/2019 saylı qətnaməsi ilə Cavabdeh aliment tələbinin azaldılması barədə iddiası rədd edilmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-1723/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və qarşılıqlı iddia üzrə iddiaçı X8 cavabdeh İddiaçı qarşı aliment məbləğinin azaldılmasıl barədə iddiaları rədd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı himayəsində qalmış birgə nikahdan doğulmuş xx xxxxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxxxxx 2014-cü ildə anadan olmuş X1 üçün Cavabdeh aliment tutulması barədə sonuncu məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin qarşı tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki , alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Göründüyü kimi, qanunvericilik aliment məbləğinin müəyyən edildikdən sonra aliment məbləğinin dəyişdirilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən normanın məzmunundan görünür ki, həmin norma ilə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2080/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2080/2021
15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver