Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2083/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər birinə ayrılıqda 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 738 (yeddi yüz otuz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. Cavabdeh ilə 24 iyul 2007-ci ildə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X13 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətlərinə 2023cü ildən xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e- 2(010)-1462/2023 saylı qətnaməsinə əsasən 13 fevral 2023-cü il tarixindən başlayaraq cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək hər ay hər birinə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, cavabdeh uzun müddətdir maldarlıqla məşğul olur və kifayət qədər imkanı var.
4. Cavabdeh iddia tələbinə iddia tələbinə etirazla müraciət edərək, əvvəlki məhkəmədən indiyə qədər onun və valideynlərinin gəlirlərində hər hansı artım olmamışdır. Fərdi əməklə məşğul olmaq üçün hər hansı ixtisasa sahib deyildir və təhsili yoxdur. Özü hal-hazırda mədə xorası və mədə yılrtığı xəstəliyindən əziyyət çəkir və bu səbəbdən də ağır fərdi əməklə məşğul ola bilmir. İddiaçı onun kifayət qədər gəlirlərə malik olmağını göstərsə də, ona dair konkret sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də hesab edir ki, iddiaçının aliment məbləğinin artırılmasına dair tələbi əsassızdır və hazırki tələb onun vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır.
Tərəflərin izahatları
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək 2022-ci ildə heç yerdə işləmədiyini bildirmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, alimentin artırılması ilə əlaqədar məhkəməyə müraciət etməyinin səbəbi uşaqların xərclərini çatdıra bilməməsidir.
İş materialları
6. Mediasiya Şurası Bakı 8 saylı X3 Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh İMS-də iştirak edən tərəflərdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1462/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Quliyeva (Nağıyeva) Natəvan Zülfəli qızı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində 850 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X13 anaları X4 yanında qalsmış, xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 13 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmidir.
8. Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsinin 29 dekabr 2022-ci il tarixində verdiyi Arayışdan görünür ki, X14 29 dekabr 2014-cü ildə Balı şəhərində anadan olmuşdur. Bu barədə 29 yanvar 2015-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 102 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
9. Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsinin 29 dekabr 2022-ci il tarixində verdiyi Arayışdan görünür ki, X11 24 noyabr 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 05 yanvar 2010-cu il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
10. Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsinin 29 dekabr 2022-ci il tarixində verdiyi Arayışdan görünür ki, X12 22 may 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 21 iyun 2008-ci il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 1740 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
11. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixində qəbul etdiyi qətnamə əsasında pozulmuşdur.
İşin faktiki halları
8. Tərəflər arasında rəsmi nikahın olması, həmin nikahdan üç uşaqlarının doğulması, eyni zamanda tərəflər arasında bağlanmış nikahın pozulması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1462/2023 nömrəli, xx.xx.2023--cü il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün qeyd olunan miqdarda aliment təyin edilməsi işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan övladlarının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır və iddiaçı öz tələbini onunla əsaslandırır ki, uşaqların məsrəfləri yetərincə artmışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.
“8.4-3. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”;
Məhkəmənin mövqeyi
15. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
16. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçı tələbini ölkə üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun artması ilə əsaslandırır və hesab edir ki, həmin məbləğ artdığına görə, əvvəlki məhkəmə qətnaməsi ilə tutulan aliment məbləği də artırılmalıdır. Məhkəmə iddiaçının bu əsaslandırması ilə razılaşmır. Belə ki, aliment AR Ali məhkəmənin yuxarıda istinad edilən Plenum qərarında qeyd edilən formada ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində göstərilməlidir. Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrinin təmin edilməsinə yol vermir. Eyni zamanda məhkəmə AR Ali Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına istinadən qeyd edir ki, iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə qət edilmiş aliment miqdarının minimum əmək haqqının artımına münasibətdə indeksasiyası ilə əlaqədar adi ərizə qaydasında məhkəməyə müraciət edə bilər.
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.