Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2092/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh1 və Cavabdeh2 Seyfalı oğluna qarşı kredit borcu tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyfalı oğlundan iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 14953,33 ABŞ dolları əsas, 10196,79 ABŞ dolları məbləğində faiz borcu, 19,87 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 25169,99 ABŞ dolları borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "İddiaçı" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 29 ay müddətinə illik 24% olmaqla 21183 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh2 Seyfalı oğlu ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. İddiaçı "İddiaçı" ASC-nin nümayəndəsi Samir Qasımov məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı təşkilatdan kredit götürmüş, lakin, maddi vəziyyəti yaxşı olmadığından borcunu tam şəkildə qaytara bilməmişdir. Hazırda ona hesablanmış borc məbləği ilə razı deyil. Hesab edir ki, borc düzgün hesablanmamışdır. Odur ki, Cavabdeh1 məhkəmədən qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 Seyfalı oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli DP/36647/50/3 nömrəli kredit sazişindən görünür ki, "İddiaçı" ASC Cavabdeh1 illik 24% ilə ödəmək şərti ilə 29 ay müddətinə 21183 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, Cavabdeh2 Seyfalı oğlu Cavabdeh1 öhdəliklərini təmin etmək üçün zamin qismində müqaviləni imzalamışdır. İşdə olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 21183 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14.953,33 ABŞ dolları əsas, 10.196,879 ABŞ dolları faiz və 19,87 ABŞ dolları cərimə borcu mövcuddur. Həmçinin iddiaçı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2017-ci il tarixə 15.553,46 ABŞ dolları əsas, 4.453,86 ABŞ dolları faiz və 649,21 ABŞ dolları cərimə borcu mövcuddur. Beləliklə,məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də, məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehlərdən 14953,33 ABŞ dolları məbləğində əsas borcun tutulmasını əsaslı sayır. Lakin məhkəmə qeyd edir ki, gündəlik faizlər iddia ərizəsinin tərtib edildiyi vaxtadək yox, müqavilə üzrə öhdəliklərin icra müddəti bitdiyi vaxtadək, yəni xx.xx.2017-ci ilədək hesablana bilər. Həmin tarixdən sonra isə borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 % tələb edə bilər ki. Ona görə də, məhkəmə cavabdehlərdən müqavilə müddətinin bitdiyi, yəni xx.xx.2017-ci il tarixə olan faiz borcunun (4.453,86 ABŞ dolları) tutulmasını əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb edilən 19,87 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olduğundan, həmin məbləğ də cavabdeh tərəfdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyfalı oğlundan müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 14.953,33 ABŞ dolları əsas, 4.453,86 ABŞ dolları faiz borcu, 19,87 ABŞ dolları cərimə olmaqla, cəmi 19.427,06 (on doqquz min dörd yüz iyirmi yeddi dörd dollar altı sent) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı n "İddiaçı" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Seyfalı oğlundan müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 14.953,33 ABŞ dolları əsas, 4.453,86 ABŞ dolları faiz borcu, 19,87 ABŞ dolları cərimə olmaqla, cəmi 19.427,06 (on doqquz min dörd yüz iyirmi yeddi dörd dollar altı sent) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "İddiaçı" ASC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2092/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2092/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver