Məhkəmə qərarları › İş №2(010)-2106/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2106/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2106/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1511,59 (bir min beş yüz on bir manat əlli doqquz qəpik) manat məbləğində əsas borc və 286,08 (iki yüz səksən altı manat səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1797,67 (bir min yeddi yüz doxsan yeddi manat altmış yeddi qəpik) manat borcun və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10.12.2018-ci il tarixli, 106804-528192/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 23.02.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1511,59 manat məbləğində əsas borcu və 286,08 manat faiz borcu olmaqla, ümumilikdə 1797,67 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Tərəflərin izahatları İddiaçı "İddiaçı" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında göstərdi ki, pandemiya başlayandan banka olan borcunu ödəyə bilmir. Sonuncu dəfə ya fevral, ya da mart ayında ödəniş etmişdir. Hazırda maddi vəziyyəti ağırdır və iddiaçıya ödəniş etməyə imkanı yoxdur. İş materiallarına əlavə edilmiş sübutlar 10.12.2018-ci il tarixli, 106804-528192/2 nömrəli kredit müqaviləsindən görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. 10.12.2018-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh "İddiaçı" ASC-dən 3500 (üç min beş yüz) manat məbləğində kredit vəsaitini qəbul etmişdir. 12.05.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldırılacağına dair xəbərdar edilmişdir. 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank ilə bağlanmış 10.12.2018-ci il tarixli 106804-528192/2 nömrəli Kredit müqaviləsinə əsasən 23 faiz dərəcəsilə, 24 ay müddətinə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Belə ki, 23.02.2021-ci il tarixə Borcalanın Banka 1511,59 manat əsas borc və 286.08 manat faiz borcu olmaqla, cəmi 1797,67 (bir min yeddi yüz doxsan yeddi manat altmış yeddi qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 350 gün təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş 04.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsinin bitmə tarixinə, yəni 10 dekabr 2020-ci il tarixə Borcalanın Banka 1511,59 manat əsas borcu və 264,84 manat faiz borcu mövcuddur. Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra isə (10 dekabr 2020-ci il tarixindən 04 iyun 2021-ci il tarixədək) Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış 36,53 manat faiz borcu olmaqla, cəmi 1812,96 (bir min səkkiz yüz on iki manat 96 qəpik) manat kredit borcu mövcuddur. Qanunvericiliyin tələblərinə müvafiq olaraq Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış faizlərin məbləği aşağıdakı kimidir: (bir min beş yüz on bir manat, 59 qəpik) manat borc üzrə: 1511.59 x 5 % /360 x 174 = 36.53 (otuz altı manat, 53 qəpik) manat; İzah: 1511.59 x 5 % (MB uçot faiz dərəcəsini keçməməklə) = bir illik faiz məbləği; Bir illik faiz məbləği /360 = bir günlük faiz məbləği; Bir günlük faiz məbləği x 174 gecikdirilmiş gün=174 gün üçün faiz məbləği. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək müəyyən edir ki, iddiaçı "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. Sözügedən müqavilənin 1.1-ci maddəsinə görə iddiaçı cavabdehə yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit verməyi, borcalan isə krediti qəbul edib ondan məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə borcalan ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması hallarında kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə müəyyən edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bunun nəticəsində onun bank qarşısında 1511,59 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehin iddiaçı bankla bağladığı kredit müqaviləsinin müddəti 10.12.2020-ci il tarixdə bitmişdir. İddiaçı bankın təqdim etdiyi sonuncu maliyyə arayışından müəyyən olunur ki, 10.12.2020-ci il tarixə, yəni kredit müqaviləsinin bitdiyi ana cavabdehin 264,84 manat faiz borcu mövcuddur. 10.12.2020-ci il tarixindən 23.02.2021-ci il tarixinədək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə müvafiq olaraq heablanmış faiz borcu isə 15,75 manatdır. Cavabdehin cari iddia tələbi üzrə faiz borcu 280,59 manatdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1511,59 (bir min beş yüz on bir manat əlli doqquz qəpik) manat məbləğində əsas borc və 280,59 (iki yüz səksən manat əlli doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1 792,18 (bir min yeddi yüz doxsan iki manat on səkkiz qəpik) manat məbləğində vəsait tutularaq iddiaçı "İddiaçı" ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xidməti xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 1511,59 (bir min beş yüz on bir manat əlli doqquz qəpik) manat məbləğində əsas borc və 280,59 (iki yüz səksən manat əlli doqquz qəpik) manat faiz borcu olmaqla ümumilikdə 1 792,18 (bir min yeddi yüz doxsan iki manat on səkkiz qəpik) manat məbləğində vəsait və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidməti xərcləri tutularaq iddiaçı "İddiaçı" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar