Məhkəmə qərarları › İş №2(010)-2131/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2131/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2131/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin etibarnamə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8550.75 manat əsas borc, 725.07 manat faiz borcu və 80.29 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9356.11 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi daha sonra iddia ərizəsinə əlavə verərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7332.99 manat əsas borc, 548.18 manat faiz borcu və 22.03 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7903.20 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi daha sonra iddia ərizəsinə əlavə verərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7332.99 manat əsas borc, 838.81 manat faiz borcu və 77.92 manat cərimə borcu, cəmi 8249.72 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020ci ilədək Cavabdeh banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7332.99 manat əsas borc, 838.81 manat faiz borcu və 77.92 manat cərimə borcu, cəmi 8249.72 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixində “xxxxxx” İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin onun ailəsində problemlər yaranmış və mövcud vəziyyətdə o azyaşlı övladlarının saxlanılması üçün hər ay 450 manat aliment ödəyir. Hazırda banka olan borcun onun tərəfindən tam olaraq ödənilməsi qeyrimümkündür. Buna görə də həmin borcu yalnız hissə-hissə ödəyə bilər. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübütlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 3-Y-2-0-277-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, «xxxxxx» X1 ilə Cavabdeh arasında 3-Y-2-0-277-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə illik 23 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 7332.99 manat əsas borc, 838.81 manat faiz borcu və 77.92 manat cərimə borcu, cəmi 8249.72 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli Xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun içrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti catanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «xxxxxx» X1 ilə Cavabdeh arasında 3-Y- 2-0-277-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı tərəfindən cavabdehə illik 23 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit ayrılmışdır. İş üzrə iddiaçı xxxxxx» X1 üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «xxxxxx» X1 ilə Cavabdeh arasında bağlanmış 3-Y-2-0-277-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh banka olan 7332.99 manat əsas borc, 838.81 manat faiz borcu və 77.92 manat cərimə borcu, cəmi 8249.72 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cavabdehilə «xxxxxx» X1 arasında bağlanmış 3-Y-2-0-277-19 saylı xx.xx.2019-cu il tarixlikredit müqaviləsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T ETDİ: İddia təmin edilsin. Cavabdeh 3-Y-2-0-277-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7332.99 manat əsas borc, 838.81 manat faiz borcu və 77.92 manat cərimə borcu, cəmi 8249.72 (səkkiz min iki yüz qırx doqquz manat, yetmiş iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh ilə «xxxxxx» X1 arasında bağlanmış 3-Y-2-0-277-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar