Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2135/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 2590 manat pul vəsaitinin və ödənilmiş 45,9 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması. İddia tələbinin dəlilləri İddiaçı, Cavabdeh dayısı qızının vasitəsi ilə tanımış və onların arasında səmimiyyət yaranmışdır. Bir müddətdən sonra Cavabdeh ona 2600 manat məbləğində borca pul lazım olduğunu bildirdi və iddiaçı da aralarındakı münasibətə görə istədiyi 2600 (iki min altı yüz) manat məbləğində pulu ona borca vermişdir. İddiaçı bununla bağlı cavabdehlə öz aralarında xx.xx.2021-ci ildə "Borc Müqaviləsi" bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh borcunu hər ayın 05-də, 150 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Sonra Cavabdeh ona əlavə olaraq 1050 manat məbləğində borca pul lazım olduğunu bildirmiş və o da yenidən bununla bağlı aralarında xx.xx.2022-ci ildə borc müqaviləsi bağlayaraq ona ayın xx.xx.2022-ci il tarixinədək 1050 manat məbləğində borca pul vermişdir. Daha sonra üstündən bir ay keçdikdən sonra cavabdeh yenidən ona 1640 manat məbləğində borca pul lazım olduğunu bildirdi və iddiaçı yenidən aralarında xx.xx.2022-ci ildə borc müqaviləsi bağlayaraq ona 20 ay müddətinə 1640 manat məbləğində borca pul vermişdir. Cavabdeh öz üzərinə düşən öhdəliyə əsasən iddiaçıya olan borcdan ümumilikdə hər üç müqaviləyə əsasən 1750 manat məbləğində ödəniş etdi. Bir müddət keçdikdən sonra cavabdehin ödənişlərində yubanmalar oldu və iddiaçı bununla bağlı əlaqə saxlamış və ona olan borcunun qaytarmasını tələb etmiş, lakin cavabdeh üzərinə düşən vəzifəyə əməl etməyərək hər dəfə bir bəhanə etmişdir. Dəfələrlə müraciətinə baxmayaraq bu günə kimi iddiaçıdan aldığı puldan qalan hissəsi 2590 manat məbləğində pul vəsaitini qaytarmadı. Artıq üstündən uzun müddət keçməsinə baxmayaraq cavabdeh heç bir ödəniş etməmiş və ona müraciət etdikdə müxtəlif bəhanələr gətirməklə iddiaçını hədələyirdi. Odur ki, hazırda bu məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadəsi Məhkəmə iclasında şahid qismində dindiridlən X1 ifadəsində göstərdi ki, İddiaçı ilə ailəvi dostdurlar, həm də yaxın qonşudurlar. Təxminən iki il əvvəl Fərqanə İddiaçı yanına gəlib ondan borca pul istəmişdir. Fərqanənin aldığı borcun məbləğini tam bilmir. O, təxminən iki dəfə borc müqavilələrinə şahid kimi imza etmişdir. Fərqanə İdrisdən təxminən 2600 manat məbləğində bir, sonradan isə bir min manatdan yuxarı məbləğdə borc almışdır. 1-ci imza etdiyi müqavilə ilə ikinci müqavilə arasından xeyli müddət keçmişdir. İş materialları xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilənin şərtlərinə əsasən xx.xx.2021-ci il tarixində İddiaçı 18 ay müddətiinə 2600 manat borc pul vəsaiti götürür. Müqavilənin şərtlərinə uyğun olaraq götürdüyü borc pul vəsaitini gecikdirmədən istisna olmaq şərti ilə hər ayın 5-də 150 manat ödəyəcəyinə söz verir. xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilənin şərtlərinə əsasən xx.xx.2022-ci il tarixində İddiaçı xx.xx.2022-ci il tarixinə qədər 1050 manat borc pul vəsaiti götürür. Müqavilənin şərtlərinə uyğun olaraq götürdüyü borc pul vəsaitini gecikdirmədən vaxtında ödəyəcəyinə söz verir. xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilənin şərtlərinə əsasən xx.xx.2022-ci il tarixində İddiaçı 21 ay müddətinə 1640 manat borc pul vəsaiti götürür. Müqavilənin şərtlərinə uyğun olaraq götürdüyü borc pul vəsaitini gecikdirmədən istisna olmaq şərti ilə hər ayın 16-da 82 manat ödəyəcəyinə söz verir. İşin faktiki halları İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində İddiaçı 18 ay müddətinə hər ayın 5-də 150 manat ödəmək şərti ilə 2600 manat borc pul vəsaiti götürmüşdür. Tərəflər arasında xx.xx.2022-ci il tarixində yenidən borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2022-ci il tarixinə qədər 1050 manat borc pul vəsaiti götürmüşdür. Tərəflər arasında xx.xx.2022-ci il tarixində bir daha borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 21 ay müddətiinə hər ayın 16-da 82 manat qaytarmaq şərtilə 1640 manat borc pul vəsaiti götürmüşdür. Hazırda İddiaçı yuxarıda sözügedən müqavilələr üzrə cavabdehdən Cavabdeh ümumilikdə 2590 manat pul vəsaitinin və ödənilmiş 45,9 manat dövlət rüsumunun tutulmasını istəyir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə iddiaya münasibətini bildirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində İddiaçı 18 ay müddətinə hər ayın 5-də 150 manat ödəmək şərti ilə 2600 manat borc pul vəsaiti götürmüşdür. Tərəflər arasında xx.xx.2022-ci il tarixində yenidən borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2022-ci il tarixinə qədər qaytarmaq şərtilə 1050 manat borc pul vəsaiti götürmüşdür. Tərəflər arasında xx.xx.2022-ci il tarixində bir daha borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 21 ay müddətinə hər ayın 16-da 82 manat qaytarmaq şərtilə 1640 manat borc pul vəsaiti götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində və qaydada qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı qəbul edir ki, cavabdeh tərəfindən ümumilikdə 2700 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə haqlı olmuşdur.
Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 2590 (iki min beş yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 45,90 (qırx beş manat doxsan qəpik) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2590 (iki min beş yüz doxsan) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 45,90 (qırx beş manat doxsan qəpik) manat olmaqla, cəmi 2635,9 (iki min altı yüz otuz beş manat doxsan qəpik) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova