Məhkəmə qərarları › İş №2(010)-214/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-214/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-214/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi ilə, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" KB ASC) Cavabdeh1 və qeyrilərinə qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. "xxxx" KB ASC ilə X3 arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədi ilə illik faiz dərəcəsi 25% olmaqla 35 ay müddətinə 600 manat məbləğində kredit xətti açılmışdır.

2. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 265159 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə ölmüşdür.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 Saylı Notariat Ofisi tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 87 №-li məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X1 adından 24 saylı notariat ofisində xx.xx.2022 tarixində vərəsəlik işi açılmış, vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olanlar atası-Cavabdeh1, oğlu-Cavabdeh4, qızı-Cavabdeh2, oğlu-Cavabdeh3dur. Onlara xx.xx.2022-ci il tarixində 2V-135 reyestr nömrə ilə 99SZ632 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 Saylı Notariat Ofisi tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 211 №-li məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X1 adından 24 saylı notariat ofisində xx.xx.2022 tarixində vərəsəlik işi açılmış, vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olan atası-Cavabdeh1 (Fin-xxxxxxx), ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh4 (FİN-xxxxxxx), ünvan 2 ünvanında qeydiyyatda olan qızı Cavabdeh2 (Fin-xxxxxxx) və ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3dur (Fin-xxxxxxx). Onlara xx.xx.2022-ci il tarixində 2V-135 reyestr nömrə ilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

5. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərə banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 ilə "xxxx" KB ASC arasında bağlanmış müqaviləyə əsasən onun "xxxx" KB ASC-yə 574,72 manat borcu vardır.

7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

8. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 Saylı Notariat Ofisi tərəfindən göndərilmiş notariat işində olan xx.xx.2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X1 vərəsələri atası Cavabdeh1 (AA*******, xx.xx.2021 - Asan 4, FİN:xxxxxxx, d/t:xx.xx.1962), oğlu Cavabdeh4 (AZE********, xx.xx.2016 - Goygol, FİN:xxxxxxx, d/t:xx.xx.2008), qızı Cavabdeh2 (AZE********, xx.xx.2016 - Goygol, FİN:xxxxxxx, d/t:xx.xx.2010) və oğlu Cavabdeh3 (AZE********, xx.xx.2016 - Goygol, FİN:xxxxxxx, d/t:xx.xx.2010) və onların hər biri miras əmlakdan 1/4 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA114325 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0AHL**********, mühərrikin nömrəsi RD6595 və buraxılış ili 2008-ci il olan OPEL ASTRA MİNİK markalı 99SZ632 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Şəhadətnamə verilən miras əmlak - AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA114325 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0AHL**********, mühərrikin nömrəsi RD6595 və buraxılış ili 2008-ci il olan OPEL ASTRA MİNİK markalı 99SZ632 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

9. Notariat işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş - X1 vərəsələri: atası Cavabdeh1 (AA*******, xx.xx.2021 - Asan 4, FİN:xxxxxxx, d/t:xx.xx.1962), oğlu Cavabdeh4 (AZE********, xx.xx.2016 - Goygol, FİN:xxxxxxx, d/t:xx.xx.2008), qızı Cavabdeh2 (AZE********, xx.xx.2016 - Goygol, FİN:xxxxxxx, d/t:xx.xx.2010) və oğlu Cavabdeh3 (AZE********, xx.xx.2016 - Goygol, FİN:xxxxxxx, d/t:xx.xx.2010) və onların hər biri miras əmlakdan 1/4 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X2 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 113.8 kv/m olan fərdi yaşayış evidən - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X2 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı Şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsidən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********AW75701 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı Şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********AW75701 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı Şəhəri, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

İşin faktiki halları

10. İddiaçı "xxxx" KB ASC ilə X3 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin bağlanması, X1 ölməsi və borcun mərhumunun vərəsələrindən tələb olunması işin mübahisəsiz halıdır.

İddia tələbi

11. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh -vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “Unibank" KB ASC-nin xeyrinə 574,72 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4261/2023 nömrəli mülki iş üzrə qəbul etdiyi 04 sentyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə iddia icraatına keçilməsi qərara alınmışdır.

13. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə göndərərk, vərəsəlik şəhadətnaməsində vərəsələrdən birinin Cavabdeh4 olduğunu nəzərə alaraq onun cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4261/2023 nömrəli iş üzrə qəbul etdiyi 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh4 cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır.

15. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yetkinlik yaşına çatmadıqları və həmin şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunduğu üçün xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Qanuni nümayəndə qismində mülki işə cəlb edilmişdir.

Tərəflərin izahatları

16. Cavabdehlər Cavabdeh1 və yetkinlik yaşına çatmayan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi - anaları Qanuni nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

17. İddiaçının nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

18. Cavabdeh1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, oğlu bankdan pul götürüb və həmin pulu öz dostuna verib. Oğlu Süleymanın vərəsəsi kimi o və oğlunun 3 övladı tanınmışdır. Özü qazidir, 80 manat pensiya alır, həmçinin, öz iş yerindən aldığı pul və uşaqların aldığı sosial yardım ilə birlikdə ümumilikdə 600 manat alır. Həmin məbləğ ilə də ailəni saxlamaq mümkün deyil, bu səbəbdən 30 manat ödəməyə imkanı çatmır və hər ay 20 manat ödəniş edə bilər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 558. Borclunun ölümü nəticəsində öhdəliyin xitamı 558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 558.2. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

21. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı.

Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.

Məhkəmənin mövqeyi

23. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

24. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tə"xxxx" KB ASC ilə X3 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, krediti alan şəxs isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhumun vərəsələrindən borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi X1 vərəsələri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mirası qəbul etdiyindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur.

25. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

26. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırkı işdən görünür ki, cavabdehlərə çatmış miras əmlak buraxılış ili 2008-ci il olan OPEL ASTRA MİNİK markalı 99SZ632 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən, Bakı Şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 113.8 kv/m olan fərdi yaşayış evindən və Bakı Şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsidən ibarətdir. Odur ki, iddia tələbi həmin həddən az olduğu üçün (maşın, torpaq sahəsi və evin qiymətinin 574,72 manatdan az olması ehtimalının olmaması) təmin olunmalıdır.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə 574,72 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Lakin məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yetkinlik yaşına çatmadıqları və onların hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunduğu üçün onlara aid hissədə borc məbləği qanuni nümayəndələri, yəni anaları Qanuni nümayəndə vasitəsilə təmin olunmalıdır.

Məhkəmə xərcləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və yetkinlik yaşına çatmayan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (qanuni nümayəndələri, anaları Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada kredit borcuna görə 574,72 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və yetkinlik yaşına çatmayan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (qanuni nümayəndələri, anaları Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada kredit borcuna görə 574,72 (beş yüz yetmiş dörd manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və yetkinlik yaşına çatmayan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (qanuni nümayəndələri, anaları Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar