Məhkəmə qərarları › İş №2(010)-2151/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2151/2021

01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2151/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 07.03.2017ci il tarixindən cavabdehdən tutulan alimentin miqdarının artırılaraq yetkinlik yaşına çatmayan 30.06.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 05.02.2018-ci il tarixində cavabdehlə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan anadan olmuş 30.06.2016-cı il təvəllüdlü X1 üçün cavabdeh tərəfindən heç bir maddi köməklik göstərilməmişdir. Buna görə də o, aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Alimentlə bağlı məhkəməyə müraciət edənə qədər, yəni uşağın bir yaşına qədər cavabdeh tərəfindən heç bir maddi yardım göstərilməmişdir. Məhkəmənin qərarından sonra da 1000 manat məbləğində aliment borcu yığılmış və bu günə qədər həmin borc cavabdeh tərəfindən ödənilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.03.2017-ci il tarixli, 2(010)-3482/2017 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 136.60 manat və uşağa qulluğa görə anaya 100 manat məbləğində alimentin alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Hal-hazırda X2 dörd yaşı var. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği, yəni 136 manat uşağın heç bir tələbatını ödəmir. Qızının atasından irsi olaraq keçən “yastıpəncəlik” adlandırılan xəstəliyi var. Qeydiyyatda olduqları Abşeron Rayon Xəstəxanasının X5 verilən Ambulator kartdan çıxarışın surətindən görünür ki, bu xəstəlik alimentdən əlavə xərclər tələb edir. Habelə, uşaq onun himayəsində olduğundan o, bu xərcləri tək çəkir. Cavabdehə bu xərclərdə iştirak etməyi təklif etmiş, cavabdeh bu xərclərdə iştirak etməkdən imtina etmiş, ödənilən alimentlə qane olmağa çalışmışdır. “Yastıpəncəlik” deyilən xəstəlik atasının ailəsində və özündə var, habelə irsi olaraq qızına da keçmişdir. Bu xəstəliyin müalicəsi yoxdur, lakin xəstəliyin inkişaf etməsinin və fəsadlar yaratmasının qarşısının alınması mütləqdir. Uşağın ayaqqabılarının və corablarının alınması, xüsusi masaja getməsi və idmanla məşğul olması mütləqdir. İdmana mütəmadi olaraq gedir. Ayda 40 manat olmaqla, masaj xüsusi olduğundan 80 manat əlavə xərclər çəkir. Ölkə üzrə yaşayış minimumunun miqdarı, eləcə də cavabdehin qızıl alveri ilə məşğul olması və uşağın xəstəliyi ucbatından xərclərinin artdığını, habelə uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manata çatdırılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, uşağın ayağında “yastıpəncəlik” xəstəliyi var və buna görə mütəmadi müalicə alır. Bu xəstəliklə bağlı uşağın masajı, idmanı, xüsusi ayaqqabıları isə yüksək məbləğdə pul tələb edir. Belə ki, hər ay uşaq həkimə müayinəyə aparılır və bunun üçün ayda 30 manat verilir. Xəstəliyi ilə əlaqədar uşağa xüsusi ayaqqabılar alınır ki, bu ayaqqabıların da qiyməti 160 manatdır. Bundan başqa, hər ay idman və masaj üçün kifayət qədər pul xərclənir. Bu xərclərin hamısının iddiaçı tərəfindən qarşılanması iddiaçının maddi imkanı xaricindədir. Cavabdeh də uşağın atası kimi uşağın xəstəliyi ilə bağlı bu xərclərə cəlb edilməlidir. Alimentin təyin edildiyi ilk vaxtlar cavabdeh özü də bunu qəbul edib iddiaçı ilə razılığa gələrək ayda 200 məbləğində aliment ödəmişdir. O, ödənişləri iddiaçının adına açılmış bank hesabına göndərməklə etdiyindən ödənişlərin məbləğləri hesabdan çıxarışda görünür. Orada göstərilən mədaxillərdən biri (iddiaçının əmək haqqı kartı işləmədiyinə görə bu hesaba vurulmuş 700 manat əmək haqqı) istisna olmaqla hamısı cavabdeh tərəfindən köçürülmüş aliment ödənişləridir. Lakin cavabdeh sonradan, 2021-ci ilin fevral ayından etibarən ayda 137 manat aliment ödəməyə başlamışdır. Cavabdeh bunu qəsdən, iddiaçı cehizlərini evdən götürdüyünə görə etmişdir. Belə ki, həmin vaxta qədər ayda 200 manat aliment ödəyən cavabdeh cehizin götürülməsi məsələsi ilə bağlı onlarla dalaşmış və bundan sonra ayda 137 manat aliment ödəməyə başlamışdır. Halbuki, bu pul uşağın xəstəliyi ilə bağlı çəkilən xərclərə kifayət etmir. Eyni zamanda, uşağın məktəb yaşına az qalıb və onun ingilis dili təmayüllü məktəbdə təhsil almasını istəyirlər. Bunun üçün onu ingilis dili kursuna qoyublar və bunun üçün də aylıq ödəniş edirlər. Odur ki, bütün bu qeyd edilənlərə nəzərə almaqla, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. (Cavabdeh adından yazılmış iddia ərizəsinə etiraz məhkəməyə daxil olsa da etiraz imzalanmadığından məhkəmə həmin etiraza heç bir münasibət bildirmir). Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 28.07.2016-cı il tarixdə verilmiş, AZ-İİİ 811353 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) 30.06.2016-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.07.2016-cı il tarixdə 4356 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(010)-3482/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin rəsmi nikah münasibətlərindən doğulmuş 30.06.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07.03.2017-ci il tarixindən başlayaraq Cavabdeh uşağa görə hər ay 137 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, tərəflərin birgə nikahından doğulmuş 30.06.2016-cı il təvəllüdlü X4 üç yaşına çatanadək 07.03.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddiaçı adına “Azərbaycan Sənaye Bankı” ASC-də açılmış bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 27.07.2017-ci il tarixdən 08.01.2021-ci il tarixə qədər ayda (arada bir neçə ay gecikdirmə ilə) orta hesabla 200-250 manat məbləğində mədaxil edilmişdir. 09.02.2021-ci il tarixdən etibarən ayda 137 manat məbləğində hesaba mədaxil edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahından 30.06.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(010)-3482/2017 saylı qətnaməsinə əsasən 30.06.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 137 manat sabit pul məbləğində aliment və uşağın üç yaşına qədər saxlanılması üçün əlavə 100 manat aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən ayda 300 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zаmаndа tərəflərin birgə nikahından doğulmuş uşağa dа şamil olunur. Uşаğın sаxlаnılmаsı üçün аlimentin miqdarına dаir məsələ aydınlaşdırılarkən nəzərə alınmalıdır ki, uşağın saxlanması ilə bağlı gündəlik qayğılar iddiаçının üzərinə düşür və iddiaçının uşağa qulluq etməsi alimentin təyin edilməsi üçün diqqətəlayiq haldır. Bu baxımdan, uşağın saxlanılması üçün cavabdehdən tutulacaq aliment miqdarının artırılaraq 175 manat məbləğində müəyyən edilməsi işin hallarına tam uyğundur. Lakin işdən görünür ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən 300 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. O, iddiasını bu cür əsaslandırır ki, uşağın xəstəliyi ilə əlaqədar ayda masaj, idman, həkim müayinəsi üçün, eləcə də ingilis dili kursu üçün yüksək məbləğdə xərc çəkilir və cavabdeh bu xərclərin çəkilməsində iştirak etmir. İddiaçı isə bu ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əlavə xərclərə cəlb edilməsinə nail olmaq istəyir. Lakin o, bunun üçün cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbi ilə yox, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi “tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması” ilə şərtləndirilmişdir. Yəni, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı işdən isə tərəflərin ailə və ya maddi vəziyyətində alimentin miqdarının cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan bu qədər yuxarı məbləğdə artırılmasını zəruri edən hər hansı dəyişiklik müəyyən edilməmişdir. Uşağın saxlanılması üçün cavabdeh tərəfindən 2021-ci ilin fevral ayına qədər ayda 200-250 manat aliment ödənilməsini isə məhkəmə cavabdehin maddi vəziyyəti ilə əlaqələndirmir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(010)-3482/2017 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanakək saxlanılması üçün 137 manat sabit pul məbləğində alimentdən əlavə, uşağın üç yaşınadək saxlanılması üçün 100 manat aliment tutulması qət edilmişdir. 30.06.2016-cı il təvəllüdlü X2 isə 30.06.2019cu il tarixdə üç yaşı tamam olmuşdur. Yəni, məhkəmə qətnaməsinə əsasən, Cavabdeh həmin tarixə qədər ayda cəmi 237 manat, həmin tarixdən sonra isə 137 manat sabit pul məbləğində aliment ödəməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, uşaq üç yaşına çatdıqdan təxminən altı ay sonra cavabdeh əlavə 100 manat alimentin ödənişini dayandıraraq ayda 137 manat sabit pul məbləğində aliment ödəməyə başlamışdır. Göründüyü kimi, cavabdehin uşağın saxlanılması üçün bir müddət ayda 200-250 manat sabit pul məbləğində aliment ödəməsi onun buna maddi imkanının olmasının göstəricisi deyil. Nəzərə alınmalıdır ki, cavabdeh sadəcə olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmiş, uşaq üç yaşına çatdıqdan sonra isə qətnaməni qalan hissədə icra etməyə başlamışdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cavabdehdən tutulacaq aliment miqdarını 175 manat məbləğində müəyyən etməklə əvvəlki qətnamə ilə müəyyən edilmiş 237 manat alimenti azaltmamış, əksinə, uşaq üç yaşını keçdiyinə görə qalan 137 manat sabit pul məbləğində aliment miqdarını artıraraq 175 manat məbləğində müəyyən etmişdir. Odur ki, məhkəmə iddia tələbinin dəlillərini bu hissədə əsassız sayır. Uşağın xəstəliyi ilə əlaqədar çəkilən xərclərlə bağlı iddiaçının arqumentlərinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçının qeyd etdiyi kimi bu xəstəlik “alimentdən əlavə xərc tələb edir”. Yəni, iddiaçı məhkəməyə alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də mahiyyət etibarilə o, cavabdehin uşağın xəstəliyi ilə bağlı əlavə xərclərə cəlb edilməsini xahiş etmişdir. Bunun üçün isə məhkəməyə ayrıca iddia ərizəsi ilə müraciət edilməlidir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi alimentin miqdarının artırılması əsasları ilə valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsi əsasları fərqlidir və bu səbəbdən əlavə xərclə bağlı məhkəməyə ayrıca iddia ərizəsi ilə müraciət edilməlidir. Son olaraq, nəzərə alınmaldır ki, aliment tutulması barədə qətnamələrdən fərqli olaraq, tutulan alimentin miqdarının dəyişdirilməsi barədə qətnamələr dərhal yox, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında da qeyd edildiyi kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq 30.06.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(010)-3482/2017 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30.06.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(010)-3482/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli, 2(010)-3482/2017 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ona münasibətdə ləğv edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar