Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2159/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3923.21 manat əsas borc və 680.62 manat faiz borcu olmaqla, cəmi 4603.83 manat və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, eyni zamanda tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, saxlanca qəbul edilmə aktına (№791105.1) əsasən, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 13 ədəd qızıl-zinət əşyasına (750 əyarlı boyunbağı 1 ədəd, bilərzik 1 ədəd, üzük 4 ədəd (1 qaş yoxdur), 2 cüt sırğa, 880 əyarlı monet 1 ədəd, 583 əyarlı üzük 1 ədəd, bilərzik 2 ədəd, sırğa 1 cüt) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, 109805-791105/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5100 manat məbləğində kredit verilmişdir. 25 oktyabr 2019-cu il tarixli, 109805-791105/1 nömrəli girov müqaviləsinə əsasən 25 oktyabr 2019-cu il tarixli, 109805-791105/1 nömrəli kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 məxsus 13 ədəd qızıl-zinət əşyasına (750 əyarlı boyunbağı 1 ədəd, bilərzik 1 ədəd, üzük 4 ədəd (1 qaş yoxdur), 2 cüt sırğa, 880 əyarlı monet 1 əəd, 583 əyarlı üzük 1 ədəd, bilərzik 2 ədəd, sırğa 1 cüt) salxanca qəbul edilmə aktına əsasən bankın pul anbarına saxlanca verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 25 oktyabr 2019-cu il tarixli, 109805-791105/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq ounmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, Banka olan borcunu ödəməmişdir. 25.02.2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 3923.21 manat əsas borc və 680.62 manat faiz borcu olmaqla, cəmi 4603.83 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin, bildirdi ki, girov predmeti olan qızıl-zinət əşyalarının ilkin satış qiymətinin girov müqaviləsinə uyğun müəyyən edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, iddianın təmin edilməsinə, eləcə də girov predmeti olan qızıl-zinət əşyalarının girov müqaviləsinə uyğun qiymətləndirilməsinə heç bir etirazı yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2019-cu il tarixli, 109805- 791105/1 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə görə Bank Borcalana 24 ay müddətinə 5100 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 28 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.10.2019-cu il tarixli, 109805- 791105/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqaviləyə görə Zamin Borc alanın 25.10.2019-cu il tarixli, 109805-791105/1 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2019-cu il tarixli, 109805- 791105/1 nömrəli girov müqaviləsindən görünür ki, müqaviləyə görə 25.10.2019-cu il tarixli, 109805-791105/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə müstəqil qiymətləndirici tərəfindən 10700.42 manat dəyərində qiymətləndirilən girov predmeti Bankın xeyrinə girova qoyulur və bu qızıl əşyaları “girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi akt”ına əsasən Bankın sahibliyinə verilir. 25.10.2019-cu il tarixli, 791105.1 nömrəli “girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktı”nın surətindən görünür ki, 25.10.2019-cu il tarixli, 109805-791105/1 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh1 tərəfindən girov qoyulmuş 13 ədəd qızıl-zinət əşyası 10700.42 manat (on min yeddi yüz manat qırx iki qəpik) məbləğində qiymətləndirilir. Qızıl-zinət əşyaları ******* nömrəli xüsusi paketə qoyularaq Bankn pul anbarına saxlanca verilir. Girov predmeti olan əşyalar bunlardır: 750 əyarlı boyunbağı 1 ədəd, bilərzik 1 ədəd, üzük 4 ədəd (1 qaş yoxdur), 750 əyarlı 2 cüt sırğa, 880 əyarlı monet 1 ədəd, 583 əyarlı üzük 1 ədəd, bilərzik 2 ədəd, sırğa 1 cüt. 25.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 25.02.2021-ci il tarixə Cavabdeh1 Banka 3923.21 manat əsas borc, 680.62 manat faiz borcu olmaqla, 4603.83 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 270 gün təşkil edir. Ödəniş cədvəlindən görünür ki, götürülmüş kredit borcunun 25.10.2019 – 25.10.2021-ci il tarixləri arasında hər ay 279.93 manat (sonuncu ay 279.96 manat) məbləğində ödənişlərlə qaytarılması tərəflər arasında müəyyən edilmişdir. 27.04.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Bank tərəfindən həm borclu Cavabdeh1, həm də zamin Cavabdeh2 kredit müqaviləsi üzrə borcun məbləği barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 25.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Borcalana 24 ay müddətinə, illik 28%-lə 5100 manat məbləğində kredit verilmiş, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh2 ilə Bank arasında bağlanmış zaminlik müqaviləsi ilə X3rşısında kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan başqa, öhdəliyin icrasının təmini məqsədilə Bankla Cavabdeh1 arasında bağlanılmış girov müqaviləsinə əsasən, müstəqil qiymətləndirici tərəfindən 10700.42 manat dəyərində qiymətləndirilən və girov predmeti olan qızıl-zinət əşyaları Bankın xeyrinə girova qoyulur və bu qızıl əşyaları “girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi akt”ına əsasən Bankın sahibliyinə verilir. Lakin, bütün bunlara baxmayaraq, Borcalan Cavabdeh1 müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı Banka borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyi lazımınca icra etməmiş, nəticədə iddiaçı Banka borcu yaranmışdır ki, iddiaçı haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin, borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3923.21 manat əsas borc və 680.62 manat faiz borcu olmaqla, cəmi 4603.83 manat (dörd min altı yüz üç manat səksən üç qəpik) pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, tutma girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməlidir. Həmçinin, girov predmeti olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 280.1-ci maddəsinə əsasən, girov müqaviləsi yazılı formada bağlanmalıdır. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən iddiaçının tələbi girov predmetinə yönəltmək hüququ yaranmışdır. Girov predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış girov müqaviləsində girov predmeti olan qızıl zinət əşyalarının qiymətinin müstəqil qiymətləndirici tərəfindən 10700.42 manat (on min yeddi yüz manat qırx iki qəpik) məbləğində müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən girov müqaviləsinin tərəflərinin qızıl-zinət əşyalarının ilkin satış qiymətinin girov müqaviləsində göstərildiyi kimi müəyyən edilməsinə dair mövqeyi öyrənilmiş, hər iki tərəf müqavilədə göstərilən 10700.42 manat məbləğlə razı olduğunu bildirmiş, məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilməsi ilə bağlı heç bir vəsatət verilməmişdir. Belə olan halda məhkəmə girov predmeti olan qızılzinət əşyalarının məhz müqavilədə müəyyən edilmiş qiymətlə - 10700.42 manat – hərraca çıxarılması nəticəsinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Odur ki, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3923.21 manat əsas borc və 680.62 manat faiz borcu olmaqla, cəmi 4603.83 manat (dörd min altı yüz üç manat səksən üç qəpik) pul və 30.40 manat (otuz manat qırx qəpik) dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Cavabdeh1 məxsus Bankın pul anbarına saxlanca qəbul edilmiş 13 ədəd qızıl-zinət əşyasına (750 əyarlı boyunbağı 1 ədəd, bilərzik 1 ədəd, üzük 4 ədəd (1 qaş yoxdur), 750 əyarlı 2 cüt sırğa, 880 əyarlı monet 1 ədəd, 583 əyarlı üzük 1 ədəd, bilərzik 2 ədəd, sırğa 1 cüt) yönəldilməli, qızıl-zinət əşyalarının ilkin satış qiyməti 10700.42 manat (on min yeddi yüz manat qırx iki qəpik) müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3923.21 manat əsas borc və 680.62 manat faiz borcu olmaqla, cəmi 4603.83 manat (dörd min altı yüz üç manat səksən üç qəpik) pul və 30.40 manat (otuz manat qırx qəpik) dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 məxsus Bankın pul anbarına saxlanca qəbul edilmiş 13 ədəd qızıl-zinət əşyasına (750 əyarlı boyunbağı 1 ədəd, bilərzik 1 ədəd, üzük 4 ədəd (1 qaş yoxdur), 750 əyarlı 2 cüt sırğa, 880 əyarlı monet 1 ədəd, 583 əyarlı 1 ədəd üzük, bilərzik 2 ədəd, sırğa 1 cüt) yönəldilsin. Qızıl-zinət əşyalarının ilkin satış qiyməti 10700.42 manat (on min yeddi yüz manat qırx iki qəpik) müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2159/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2159/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver