Məhkəmə qərarları › İş №2(010)-2163/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2163/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2163/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar X5 və İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 12000 manat məbləğində pul tutularaq İddiaçı, 10000 manat məbləğində pul tutularaq X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, X5 və İddiaçı mənzil şəraiti pis olduğu üçün onlar torpaq alıb ev tikdirmək qərarına gələrək, torpaq satışı ilə əlaqədar maraqlanmağa başlamışlar. Məqsədləri torpaq alıb orada fərdi yaşayış evi tikdirmək olmuşdur. Bu məqsədlə onları Cavabdehla tanış etmişlər. Rövşən bildirmişdir ki, ona (Nana Hacıyevaya) Zığ qəsəbəsində, Suraxanı rayon Bələdiyyəsindən 2 sot torpaq alacaq. Sərəncamı almaq məqsədilə 12000 manat pul lazımdır. Beləliklə də 2020-ci ilin sentyabr ayında qızına torpaq sahəsi almaq məqsədilə Cavabdeh adlı şəxs ondan 12000 manat pul almışdır. Lakin sonradan aldadıldığını başa düşmüşdür. O, hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə cavabdeh ona əvvəlcə 2000 manatı ödəmiş, 10000 manatı isə qaytarmamışdır. Cavabdeh onu aldadaraq, guya ona 2 sot torpaq sahəsini Suraxanı bələdiyyəsindən alacağını bildirərək, sərəncam almaq üçün ondan 12000 manat pul almış, 10.10.2020-ci il tarixində kredit müqaviləsi bağlamışdır. Bundan sonra ona torpağın saxta planını vermişdir. Nə torpağı, nə də pulunu vermədiyini görüb o, polisə müraciət etmiş, işdə 10.10.2020-ci il tarixli kredit müqaviləsi olduğundan polis “cinayət işinin başlanmasının rədd edilməsi” barədə 05.04.2021-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarda polis mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. O, aldandığını başa düşdüyündən məhkəməyə müraciət etmişdir. Onunla yanaşı Cavabdeh İddiaçı da aldatmış, guya Zığ qəsəbəsində istifadəsində olan 2 sot torpaq sahəsini ona satacağını bildirmişdir. Onu da aldadaraq ondan 12000 manat pul almışdır. Ona da Suraxanı bələdiyyəsinin 08.08.2014-cü il tarixli saxta sərəncamını, saxta plan və 13.10.2020-ci il tarixli etibarnamə vermişdir, lakin İddiaçı hər dəfə ona müraciət etdikdə ya pulunu, ya da torpağını istədikdə o, müxtəlif bəhanələr gətirmiş, sonra Azər nə pulunun, nə də torpağının Rövşən tərəfindən verilmədiyini görüb polisə şikayət etmişdir. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsindən verilən cavabda qeyd edilmişdir ki, 02.06.2021-ci il tarixində ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən başqa şəxsə satılmasına dair 25.03.2021-ci il tarixində 30-cu Polis Şöbəsinə daxil olan müraciəti əsasında toplanmış material üzrə əlavə araşdırma aparılmış və öyrənilməsi məqsədilə ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, İddiaçı də aldanıldığı üçün məhkəməyə müraciət etmişdir. İddia tələbinin ayrılması. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.04.2022-ci il tarixli, 2(010)-742/2022 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının ayrıca icraata ayrılaraq baxılması qərara alınmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2020-ci ilin oktyabr ayında o, X5 ilə birlikdə torpaq sahəsi almaq məqsədilə Cavabdeh obyektinə getmişdir. Həmin vaxt Cavabdeh Zığ qəsəbəsində 4 sot torpaq sahəsi olduğunu bildirmişdir. Onlar birlikdə torpaq sahəsinə baxmış, sahəni bəyəndiyindən 2 sotunu almaq istəmişdir. Beləliklə, Cavabdeh ilə Zığ qəsəbəsində yerləşən həmin torpaq sahəsinin 2 sotunu 12000 manata almaqla bağlı razılığa gəlmişdir. Qalan 2 sotu da X5 almış, o da Cavabdeh 12000 manat pul vermişdir. Cavabdeh ilə razılaşdıqdan sonra onlar Hövsan qəsəbəsində yerləşən notariat ofisinə getmiş və orada cavabdeh həmin torpağı satmaqla bağlı ona etibarnamə vermişdir. Torpağı almaq üçün Cavabdeh 12000 manat verməsindən 2-3 ay sonra torpaq sahəsinə baş çəkmiş, bu zaman ərazidə telefon nömrəsi yazılmış lövhə olduğunu görmüşdür. Bundan sonra həmin nömrə ilə əlaqə saxlamış, qarşı tərəf torpaq sahəsinin ona məxsus olduğunu və satmaq üçün əlaqə nömrəsi qoyduğunu bildirmişdir. Bundan sonra adının Elçin olduğunu öyrəndiyi şəxslə görüşmüşdür. Bu görüşdən sonra ona məlum olmuşdur ki, Cavabdeh bir il əvvəl torpağı Elçin adlı həmin şəxsə satmışdır. Elçin ona (İddiaçı) bildirmişdir ki, hazırda pula ehtiyacı olduğundan torpağı 24000 manata satır. O, bundan sonra Rövşənlə görüşmüş, Rövşən ona demişdir ki, torpağın sahibi Elçindir və Elçin ondan torpağı satmağını istəmiş, o da Nana Hacıyevaya və ona satmış, lakin pulunu Elçinə verməmişdir. Həmin vaxt Rövşən ona demişdir ki, bir ay ərzində pulunu qaytaracaq. Lakin o, uzun müddət gözləsə də Rövşən pulunu qaytarmadığından Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Rövşən gəlib orada izahat vermişdir. Beləliklə, Cavabdeh ona 10000 manat məbləğində borcu var və hazırkı tarixədək borcunu qaytarmır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh İddiaçı aldadaraq ondan torpaq sahəsi satmaq adı ilə 12000 manat məbləğində pul almışdır. Cavabdeh torpağı satmaq üçün iddiaçıya notariat qaydasında təsdiq edilmiş etibarnamə də vermiş, həmçinin bu barədə etiraf ərizəsi yazmışdır. Sonradan məlum olmuşdur ki, bu torpaq ümumiyyətlə cavabdehə məxsus deyil. Hazırda iddiaçı cavabdehə verdiyi 12000 manat məbləğində pulu ondan tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 08.08.2004-cü il tarixli, 22/3 nömrəli sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin cənub-qərb hissəsində 200 m2 torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 13.10.2020-ci il tarixli, AR-İİ 146722 nömrəli etibarnamədən görünür ki, etibar edən Cavabdeh etibarən edilən İddiaçı etibar etmişdir: “Mənim faktiki istifadəmdə olan torpaq sahəsi üzərində tikdirdiyim Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, cənub-qərb hissəsi ünvanı ərazisində yerləşən yaşayış evini və həmin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətimə verilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adımdan ərizə verməyi, mülkiyyət hüququmun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq və yaşayış sahəsinə mülkiyyət hüququmu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 200 m2 hissəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, mənə çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə məni bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi etibar edirəm”. Etibarnamə 1 il müddətinə verilib və 13.10.2021-ci il tarixədək qüvvədədir. Cavabdeh adından yazılmış 13.10.2021-ci il tarixli “ərizə-etirafı” başlıqlı ərizədən görünür ki, ərizədə qeyd edilmişdir: “Bildirirəm ki, mənim faktiki istifadəmdə və mənə məxsus olan Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 2 sot torpaq sahəsi ilə əlaqədar İddiaçı tərəfindən mənə 12000 (on iki min) manat tam şəkildə verilmişdir və pulu tam şəkildə aldım. Ərizənin doğruluğunu öz imzamla təsdiq edirəm. Həmin torpaq sahəsinə, İddiaçı qarşı heç bir maddi və mənəvi iddiam olmayacaq. Ərizəni öz imzamla təsdiq edirəm”. Ərizə həm Cavabdeh, həm də şahid Həbibov Azad tərəfindən imzalanmışdır. Şahid ifadəsi. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 bildirmişdir ki, İddiaçı qardaşıdır. Cavabdeh isə “makler” kimi tanımışdır. Təxminən iki il bundan əvvəl qohumları Nana xala onlara torpaq almaq istədiyini və satışda torpaq sahəsi tapdığını bildirmiş, qardaşı Azərdən və ondan onunla birlikdə torpağa baxmağa getmələrini xahiş etmişdir. Onlar birlikdə gedərək əvvəlcə Cavabdeh ilə görüşmüş, sonra torpaq sahəsinə baxmışlar. Baxdıqları torpaq sahəsi 4 sot olmuş, bu sahənin 2 sotunu Nana Hacıyevanın, 2 sotunu isə qardaşı İddiaçı alması barədə razılığa gəlmişlər. Bundan sonra qardaşı almaq istədiyi torpaq üçün Cavabdeh 12000 manat məbləğində pul vermiş, Cavabdeh da torpağı İddiaçı satması ilə bağlı notariat ofisində etibarnamə vermişdir. Qardaşı 12000 manat məbləğində pulu Rövşənə onun yanında vermişdir. Lakin aradan bir neçə ay keçdikdən sonra o, yenidən qardaşı ilə həmin torpaq sahəsinə baxmağa getmiş, bu zaman sahədə telefon nömrəsi yazılan bir lövhə olduğunu görmüşlər. Qardaşı həmin nömrənin sahibi ilə görüşdükdən sonra məlum olmuşdur ki, həmin şəxsin adı Elçindir və torpağın əsl sahibi odur. Belə ki, Cavabdeh torpağı əvvəlcə ona satmış, sonra onları aldadaraq torpağı təkrar qardaşı Azərə satmışdır. İşin faktiki halları. İddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən, özünə məxsus olduğunu iddia etdiyi 200 m2 torpaq sahəsini satmaq adı ilə ondan 12000 manat məbləğində pul aldığını, lakin cavabdehin onu aldatdığını iddia etmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, cavabdehə torpağa görə 12000 manat məbləğində pul verdikdən sonra ona məlum olmuşdur ki, bu torpaq sahəsi cavabdehə məxsus deyil və onun ümumiyyətlə bu sahə üzərində heç bir hüququ yoxdur. Halbuki, cavabdeh torpağın iddiaçıya satışına təsdiqləyən sənəd kimi iddiaçıya bu torpaq sahəsi üzərində olan “hüquqlarını” etibar edən etibarnamə vermişdir. Notariat qaydasında təsdiq edilmiş həmin etibarnamə iş materiallarında mövcuddur. Hazırda İddiaçı Cavabdeh verdiyini iddia etdiyi həmin 12000 manat məbləğində pulu cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddianı müdafiə etmiş, şahid iddiaçının qeyd etdikləri ilə üst-üstə düşən məzmunda izahat vermiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ...14.2.7. Əsassız varlanma. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən, özünə məxsus olduğunu iddia etdiyi 200 m2 torpaq sahəsini İddiaçı satmaq adı ilə ondan 12000 manat məbləğində pul almışdır. Bundan sonra o, həmin torpaq sahəsini iddiaçıya “satdığını” təsdiq edən sənəd kimi bu torpaq sahəsi üzərində olan “hüquqları”nı notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında iddiaçıya etibar etmişdir. Halbuki, cavabdehin bu torpaq sahəsini satmaq hüququ olmamışdır. Belə ki, iş materiallarında olan cavabdehin adına verilmiş ev tikmək üçün torpaq sahəsi ayrılmasına dair bələdiyyə sərəncamı cavabdehə bu torpaq sahəsini satmaq səlahiyyəti verməmişdir. Çünki cavabdeh bu sərəncam əsasında mülkiyyət hüququ əldə etməmişdir. Elə cavabdeh tərəfindən iddiaçıya həmin torpaq sahəsi ilə bağlı verilmiş etibarnamədə də bu hal xüsusi qeyd edilmiş, bu etibarnamə ilə “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, cənub-qərb hissəsi ünvanı ərazisində yerləşən yaşayış evini və həmin torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətimə verilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adımdan ərizə verməyi, mülkiyyət hüququmun dövlət qeydiyyatına dair sənədləri almağı” və s. kimi səlahiyyətlər Cavabdeh tərəfindən İddiaçı etibar edilmişdir. Halbuki cavabdeh tərəfindən iddiaçıya verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnamə bu “alqı-satqı”nın hüquqi əsasını təşkil edə bilməzdi. Belə ki, qanunla daşınmaz əmlakların alqı-satqı müqaviləsi əsasında satılması müəyyən edilmişdir. Üstəlik, nəzərə alınmalıdır ki, cavabdehin iddiaçıya verdiyi etibarnamə bir il müddətinə verilmişdir. Bu baxımdan həmin etibarnamə torpaq sahəsinin iddiaçıya satılmasının hüquqi əsasını təşkil etmir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh torpaq sahəsi üzərində heç bir hüququ olmamasına baxmayaraq, torpaq sahəsini İddiaçı 12000 manata “satdığından” cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Nəzərə alınmalıdır ki, cavabdehin iddiaçının hesabına əsassız varlanmasının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Odur ki, iddiaçının cavabdehə verdiyi pulun geri qaytarılmasına dair tələbi əsaslı olmuşdur. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçılar tərəfindən dövlət rüsumu ödənilmişdir ki, ödənilmiş məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (22000 manat) mütənasib olmuşdur. Lakin sonradan iddia tələbi 10000 və 12000 manat olmaqla iki hissəyə ayrıldığından və hər iki tələb üzrə dövlət rüsumu ödənilməli olduğundan məhkəmə ödənilmiş dövlət rüsumunun bu tələblərdən birinə (12000 manat) yönəldilməsi və digər tələb üzrə rüsumun ödənilməmiş kimi qəbul edilməsi nəticəsinə gəlmişdir. Odur ki, iddia təmin edildiyindən hazırkı iddia tələbi üzrə ödənilmiş 126 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar