Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2172/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4170/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin və 50 manat məbləğində ödədiyi mediasiya dair xərcin Cavabdeh alınaraq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o Cavabdeh ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahda olduqları müddətdə xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli 2(103)-11013/2017 saylı qətnaməsi ilə tutulan almentin miqdarı dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. Daha sonra Suraxanı rayon Məhkəməsinin 2(010)-4170/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-3055/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı artılaraq hər ay hər uşaq üşün 175 manat olmaqla, cəmi hər ay 350 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin hazırda cavabdehin verdiyi alimentin məbləği uşaqların tələbatını ödəməyə imkan vermir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar xərcləri artmış və o, təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir. Uşaqların həyatı əhəmiyyətli təlabatlarını ödəmək üçün hər uşağa hər ay 220 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi ədalətli və qanuni olardı. 2023-cü ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Cavabdehin kifayət qədər qazancı vardır və onun aliment ödəməyə maddi imkanı vardır. Ona görə də alimentin miqdarının artırılması zəruridir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh hazırda ailəlidir, himayəsində yaşlı anası, həyat yoldaşı və bir azyaşlı övladı vardır. Hər ay cavabdehin məvacibindən ona və ailə üzvləri olan 4 nəfərə düşən pul iddiaçıya və 2 uşağına düşən pulun yarısından da azdır. Belə olan halda iddiaçı qanunun tələbinə zidd olaraq ər-arvadın hüquq bərabərliyinin, uşaqların saxlanılmasında bərabər hüquq və vəzifələrə malik olması barədə qanunun tələblərini pozmaqla qətnamə qəbul olunması barədə iddia irəli sürülmüşdür. Belə ki, iddiaçı da cavabdehlə bərabər uşaqların saxlanmasına məsuldur, iddiaçının gəliri cavabdehin gəlirindən dəfələrlə çoxdur. Belə ki, cavabdehin aldığı 1330 manatdan 130 manat vergi və sosial ödənişlər 10 manat sığorta pulu tutulur. 1190 manat qalan əmək haqqından 350 manatını iddiaçı ilə birgə övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 aliment ödəyir. Həmin 1190 manatın 350 manat aliment ödədikdən sonra 840 manat qoca anasına, cavabdehə, həyat yoldaşına və azyaşlı uşağına hərəsinə 210 manat pul düşür. İddiaçı hüquqlarından sui-istifadə edir və bu hal yol verilməzdir. İddiaçı isə konkret halda özünün cavadehdən dəfələrlə çox olan maddi imkanlara sahib olmasına baxmayaraq, cavabdehə qarşı əsassız iddialar irəli sürür. Belə ki, Cavabdeh 3 övladı vardır, onun ikisi İddiaçı himayəsindədir. İddiaçının əmək haqqı 912 manat 22 qəpik və 350 manat aliment, ümumilikdə 1262 manat 22 qəpik və hər birinə 420 manat 7 qəpik düşür. 2 uşağa ümumilikdə 840 manat 15 qəpik aylıq pul düşür. Amma cavabdehin himayəsində olan uşağa isə 206 manat aylıq pul düşür. Bu onu göstərir ki, 3 uşağının təminatında fərqli təminat mövcud olur. Belə ki, uşaqlardan biri ac qalmalı, digər 2 nəfəri isə yüksək təminatlı olmalıdır. Cavabdeh isə 4 nəfər ailə üzvünü saxlamaq üçün cəmi hazırkı vəziyyətdə 826 manat əmək haqqı alır və 4 nəfər ailə üzvünün hər birinə 206 manat pul düşür. Belə ki, cavabdeh iddiaçı ilə nikah pozulduqdan sonra yeni ailə həyatı qurmuş və həmin nikahdan bir övladı olmuşdur. Cavabdeh başqa yerdə işləmir və buna görə də əlavə gəliri yoxdur. Alimentin artırılacağı təqdirdə cavabdehin onu ödəməyə maddi imkanı olmayacaqdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 2(010)-4170/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3055/2018 saylı qətnaməsinə əsasən Cavabdeh İsmayil oğlundan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi hər ay 350 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə BŞB/17/2023-00267 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00-11:30 saatlarında keçirilməsi nəzərdə tutulan iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu ildə doğulmuş, valideynləri atası, Cavabdeh, anası X1r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci ildə doğulmuş, valideynləri Cavabdeh, X1r. İş materiallarına əlavə olunmuş VİTTA Elmi-Texniki Şirkət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən xx.xx.2005-ci il tarixdən bu günə kimi "xxxx" MMC-də mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı 1330 manat təşkil edir və bu məbləğdən 350 manat aliment və 154 manat DSMF və İcbari Tibbi sığorta tutulmaları aparılır. Nəticədə Cavabdeh əmək haqqı kartına hər ay 826 manat köçürülür. İş materiallarına əlavə olunmuş Bakı şəhər üzrə Təhsil İdarəsi 4 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən Bakı şəhəri, Suraxanı rayonu 196 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir və onun orta aylıq əmək haqqı 912,22 manat təşkil edir. İş materiallarına əlavə olunmuş “Azərbaycan Elmi Tədqiqat Travmatalogiya və Oropediya İnistitutu” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X6 hər ikisi də İ dərəcəli Skalioz xəstəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunvericiliyin birmənalı və imperativ qaydada müəyyən etmişdir ki, yalnız tərəflərdən birinin 1) ailə və ya 2) maddi vəziyyətində dəyişikliyin baş verməsi alimentin miqdarının dəyişilməsi (artırılması və ya azaldılması) üçün əsas ola bilər. Hər hansı digər hallar alimentin dəyişdirilməsi üçün əsas ola bilməz. Digər əsaslarla alimentin miqdarının dəyişdirilməsi alimentlə bağlı hüquq münasibətləri ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliklə isə aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)- 4170/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-3055/2018 saylı qətnaməsinə əsasən Cavabdeh İsmayil oğlundan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi hər ay 350 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Suraxanı rayon Məhkəməsinin 2(010)-4170/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində olan aliment artırılaraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinilik yaşlarına çatanadak saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin rəsmi qazancının cəmi 1330 manat olması müəyyən olunmuş və iddiaçı tərəfindən onun əlavə qazancının və ya gəlirinin olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı özü işlədiyini və hər ay gəlir əldə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin əmək haqqından hər ay hər iki uşağa 350 manat sabit pul məbləğində alimentdən artıq ödəniş etməsi onun əmək haqqı həddini aşan daha çox vəsait xərcləməsinə gətirib çıxarır ki, bu da onun üçün əlverişsiz hal yaradır. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin özünün və digər uşağının saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, alimentin artırılmasına dair iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2172/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2172/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver