Məhkəmə qərarları › İş №2(010)-2172/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2172/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2172/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat məbləğində pulun alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(006)-379/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 0* il ** ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. 08.**.2023-cü il tarixdə idarənin icra məmuru elektron nəzarət qurğusunun tətbiqi ilə bağlı müvafiq protokol tərtib etmiş və cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydalarını izah edərək ona 35653293 saylı elektron nəzarət qurğusunu tətbiq etmişdir. Elə həmin gün müvafiq aktla “attenti” markalı bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və * ədəd mobil qurğu üçün kabro hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. **.0*.2024-cü il tarixli yoxlama zamanı Cavabdeh təhkim olunan elektron mobil qurğunun ana platasında elektron elementlərin qırıldığı, antena pinlərinin yararsız halda olduğu, təmirin mümkün olmadığı müəyyən edilmişdir. Hadisə ilə bağlı məhkumun izahatı alınmışdır. Dəymiş ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdehin günahından, yəni lazımi məsuliyyəti olmadığından elektron nəzarət vasitəsi itmiş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Elektron nəzarət vasitəsini zədələməmişdir. Elektron nəzarət vasitəsi əlindən düşməyib, heç bir zərbə görməyib. Ona verilən elektron nəzarət vasitəsi xarab idi. Elektron nəzarət vasitəsinin şəklini də ona nəzarət edən əməkdaşa göndərmişdi. Şəkillər telefonda hələ də qalıb. Daha sonra ona yeni elektron nəzarət vasitəsini vermişlər, o da xarab olub. Onu da təhvil vermişdir. Sonra yeni elektron nəzarət vasitəsi vermişlər və hal-hazırda özündədir. İş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, *(006)-379/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 234.*-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh məhkəməyədək icraat dövründə tutulduğu 0* gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir gün hesabı ilə hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan çıxılmış və onun üzrəində qəti olaraq 0* il ** ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, ev *8-ci hər gün 22:00-dan səhər 07:00-dək tərk etməmək, habele gün erzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək ve həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi baredə evvəlcədən məlumatlandırmaq, habelə nar komaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirilməsi vəzifəsi qoyulmuşdur. 08.**.2023-cü il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə protokoldan görünür ki, məhkum Cavabdeh 35653293 saylı elektron nəzarət vasitəsi tətbiq edilmiş, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətdə saldıqda dəyərinin tutulacağı izah edilmişdir. Bakı şəhər Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış *2.*2.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, *(006)-379/2023 nömrəli hökmünə əsasən ona tətbiq olunmuş elektron nəzarət vasitəsinin yarasız vəziyyətdə olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin *5-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Elektron nəzarət vasitəsinə dəymiş ziyan 2277,40 manat dəyərində qiymətləndirilmişdir, mobil nəzarət qurğusunun dəyəri olan 2277.4 manat məbləğində pul vəsaitinin könüllü şəkildə ödənilmədiyi halda onun dəyərinin məcburi şəkildə alınması üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə verilmiş *2.*2.2024-cü il tarixli izahatın surətində qeyd olunmuşdur ki: “qurğunun belə bir vəziyyətdə olmağından xəbərim yoxdur. Və bilmirəm ki necə belə bir vəziyyətə düşüb. Qurğu əlimdən yerə düşməyib, suya dəyməyib. Niyə belə yararsız vəziyyətə düşüb bilmirəm. Bəli bundan əvvəlki izahatlarda mənə elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri məndən tutulacağı izah edilmişdir. Mənim bu vəsaiti ödəməyə imkanım yoxdur. Heç bir halda bu vəsaiti ödəyə bilməyəcəm”. "xxxx" QSC tərəfindən tərtib edilmiş **.0*.2024-cü il tarixli texniki rəydən görünür ki, “attendi V6” mobil qurğusu qaydasında istifadə olunmayıb, ana platada elektron element qırılıb. Antena pinləri yararsız haldadır. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. "xxxx" QSC tərəfindən tərtib edilmiş 29.07.202*-cü il tarixli məktubdan görünür ki, sadə elektron qolbağ, mobil nəzarət qurğusu, elektrik adapteri, proqram lisenziyasının dəyəri 2277.40 manatdır. İş materillarına əlavə edilmiş fotoşəkillərdə öz əksini tapmış vatsapp yazışmalarından görünür ki, Cavabdeh həmin elektron nəzarət qurğusu ilə bağlı məsul şəxsə aparatın xarab olması ilə bağlı məlumat vermişdir. İşin faktiki halları Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 0* il ** ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək kimi vəzifələr qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitələri təhkim edilmişdir. Elektron nəzarət vasitələri məhkumun üzərində olduğu dövrdə yararsız vəziyyətə düşmüşdür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 2*. Zərərin əvəzinin ödənilməsi. 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə *096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Maddə *5-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. *5-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. *5-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydaları.

2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *85. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. *85.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 0* il ** ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək kimi vəzifələr qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitələri təhkim edilmişdir. Elektron nəzarət vasitələri məhkumun üzərində olduğu dövrdə yararsız vəziyyətə düşmüşdür. Hazırda iddiaçı Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat məbləğində pulu tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Məhkəmə cavabdehin izahatına əsasən müəyyən edir ki, Cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitəsi təqdim edilmiş, həmin cihaz yararsız hala düşdükdən sonra həmin aparat ikinci dəfə yenisi ilə əvəz olunmuş, lakin həmin elektron qolbaq da xarab olmuşdur. Bu da məhkəməyə belə bir nəticəyə gəlməyə imkan verir ki, həmin elektron qolbaq və ona bağlı elektron nəzarət vasitəsində yaranmış qüsurlar cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. İddiaçı tərəf məhkəmə qarşısında Cavabdeh ikinci dəfə verilmiş elektron nəzarət vasitəsinin yararsız olmasını inkar edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi qüsur aktında qeyd olunmuşdur ki, cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitəsindən “qaydalara uyğun” istifadə etməmişdir. İddiaçının qaydalara əməl edilməməsi dedikdə Cavabdeh hansı qaydalara əmək etmədiyi və hansı qaydaları pozması nəticəsində elektron qolbaq və ona bağlı elektron nəzarət vasitəsinin yararsız hala düşməsi faktını əsaslandırmamış və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iş materialları arasında elektron nəzarət vasitəsinin zərbə, yaxud hər hansı bir zədə alması nəticəsində yararsız hala düşməsi ilə bağlı har hansı bir məqama rast gəlmir. İş materiallarına əlavə edilmiş vatsapp yarışmalarından da görünür ki, Cavabdeh cihaz işləməyən kimi yararsız vəziyyətdə olması ilə bağlı məsul şəxsə həmin an məlumat vermişdir. Bu da öz-özlüyündə onu göstərir ki, cavabdeh elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinə məsuliyyətli yanaşmışdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar