Məhkəmə qərarları › İş №2(010)-2177/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2177/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2177/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 2500 manat və anası tərəfindən çatdırılacaq olan 3000 manat pulun alınaraq ona geri qaytarılması və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin payız (sentyabr, oktyabr) aylarında X4 oğlunun problemləri olduğundan ona müraciət edərək 2500 manat borc pul istəmişdir. X4 onun uşaqlıq rəfiqəsi olduğundan ona yox deyə bilməmiş və ona 2500 manat borc pul vermişdir. Lalə ona bildirmişdir ki, yaxın müddətdə ona olan borcunu qaytaracaqdır. Bir neçə aylar keçdikdən sonra X2 qızı Cavabdeh 2018-ci ilin fevral ayında ona müraciət edərək səhhətində (qadınlığında) problemlər olduğunu, təcili olaraq əməliyyat olması ilə bağlı olaraq qızılları lombardda olduğuna görə təcili 3000 manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh onun uşaqlıq rəfiqəsinin doğma qızı olduğundan və səhhətində güclü problem olduğunu nəzərə alaraq etibar edib ona 3000 manat pul vermişdir. Cavabdeh ona söz vermişdir ki, qısa müddət ərzində qızıllarını satıb ona olan 3000 manat borcunu ödəyəcəkdir. O Cavabdeh tam inanmışdır. Bir müddət keçdikdən sonra o, X3 zəng edərək ona olan 2500 manat borcunun qaytarılmasını xahiş etmişdir. O da söz vermişdir ki, bu yaxınlarda ona olan borcunu tam bağlayacaqdır. Növbəti dəfə bir neçə ay keçdikdən sonra yenidən X3 zəng edib haçan ona olan 2500 manat borcunun qaytarılmasını soruşduqda ona bildirmişdir ki, ona olan 2500 manat borcunu doğma qızı Cavabdeh verib ki, ona çatdırsın. Cavabdeh isə anası X2 pulunu ona çatdırmamışdır. O, Cavabdeh zəng edib ona 3000 manat olan borcunu tələb etmiş, Cavabdeh isə borcunu qaytarmaqdan boyun qaçırmışdır. O, məcbur olub onun işlədiyi yerə gedib orada konkret haçan borcunun qaytarılacağını soruşmuş, o isə yaxınlarda qaytaracağına söz vermişdir. Üstündən qısa müddət keçmişdir ki, onun mobil telefonuna Bakı şəhəri Suraxanı Polis İdarəsinin 33-cü Polis Bölməsindən zəng gəlmiş və ona bildirilmişdir ki, Dilbər Kərimova Bakı şəhəri Suraxanı Polis İdarəsinin 33-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir ki, guya onun iş yerinə gələrək onu ölümlə hədələmişdir. O, dərhal Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gedib izahat vermişdir ki, cavabdehin ona 3000 manat borcu var, üstəlik anasının dediyinə görə ona çatası 2500 manat Dilbərdədir, lakin həmin pulu Dilbər ona çatdırmamış, həmin pulu mənimsəmişdir. Məhz ona görə ona şər və böhtan atır ki, ona olan borcunu qaytarmasın. 33-cü Polis Bölməsində şikayət əksini tapmadığı üçün Cavabdeh şikayəti rədd edilmişdir. Sonra dərhal borc pulun qaytarılması üçün ərizə ilə Bakı şəhəri Suraxanı Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət etmişdir. Cavabdeh öz izahatında göstərmişdir ki, anasının 2500 manatı da ona aiddir, ondan aldığı və geri qaytarmadığı 3000 manatı da boynuna almışdır. Bakı şəhəri Suraxanı Polis İdarəsinin 33-cü Polis Bölməsindən ona bildirilmişdir ki, müraciəti mülki xarakterlidir və bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Daha sonra, İddiaçı məhkəməyə ərizə verərək bildirmişdir ki, Cavabdeh ondan 4500 manat məbləğində borc pul almış, lakin pulu qaytarmamışdır. Bunu o, Polis Bölməsində verdiyi izahatında da etiraf etmişdir. Odur ki, məhkəmədən Cavabdeh 4500 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin nhəcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ondan aldığı 4500 manat məbləğində borcu ona qaytarmır. Halbuki, özü bu barədə Polis Bölməsində izahat vermişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı müraciəti əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində izahatı alınmış Cavabdeh izahatında qeyd edilmişdir ki: “Mən Rəna adlı şəxsdən təxminən dörd il bundan əvvəl lombarda Əhmədli qəsəbəsində yerləşən qızılzinət əşyaları 8000 manat dəyərində qoyduğum üçün faizin vaxtı keçdiyinə görə Rəna adlı şəxsdən 10 faizlə 4500 manat faizə götürmüşəm. Təxminən hər ay 450 manatdan 4 il ödəmişəm. Sonradan iş yerim olmadığı üçün pul qaldı. 4500 manatı hal-hazıra kimi işim olmadığı üçün ödəyə bilmirəm. Hal-hazırkı dövrə qədər Rəna 4500 manat borc pulunu zəng edərək tələb eləmir. Əgər Rənanın mənə qarşı hər hansı bir mülki iddiası varsa məhkəmədə həmin iddianı qaldırsın”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh cəmi 4500 manat məbləğində borc pul vermişdir. Cavabdeh bu pulu qaytarmağı öhdəsinə götürsə də pulu geri qaytarmamışdır. Bu qeyd edilənlər İddiaçı müraciəti əsasında Cavabdeh Polis Bölməsində verdiyi izahatla da təsdiq edilir. Belə ki, cavabdeh izahatında iddiaçıya (izahatda Rəna adlı şəxsin adı çəkilsə də söhbətin İddiaçı getdiyi aşkar görünür) 4500 manat məbləğində pul verməli olduğunu, lakin işi olmadığına görə bu pulu ödəyə bilmədiyini bildirmiş, üstəlik İddiaçı hər hansı mülki iddiası varsa məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə Cavabdeh Polis Bölməsində verdiyi izahatı iddianın əsasını təşkil edən halın – 4500 manat məbləğində borc pul verilməsi – sübutu kimi qiymətləndirir və hesab edir ki, iddia əsaslıdır. Cavabdeh izahatında qeyd edilən “hər ay 450 manatdan dörd il faiz vermək”lə bağlı qeyd edilənlərin isə sübut edilmədiyi müddətcə iş üçün heç bir əhəmiyyəti olmadığını bildirir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməkdən yayınan cavabdeh isə bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, cavabdehin iddiaçıya 4500 manat məbləğində pul borclu olması cavabdehin izahatı ilə sübut edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar