Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2200/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X6, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına və X3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12568,90 manat əsas, 4927,36 manat faiz, 201,09 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 841,10 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 18538,45 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, 2-ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.024 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, 2-ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evinin və 0.024 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı- Hövsan yolu, 2-ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.024 ha torpaq sahəsinə yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Ələkbərova NigarValeh qızının Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, 2-ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.024 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3 və X2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10 noyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəməyə 10 noyabr 2021-ci il tarixli barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 iddiaçı tərəflə barışıq əldə edildiyini bildirərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçısıları dinləyib, iddia ərizəsini, 10 noyabr 2021-ci il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflərin imzaladıqları barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən ilk iddia üzrə İddiaçı ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 öz aralarındakı mübahisəni barışıq yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə uyğun olaraq aşağıdakı şərtlərlə və məzmunda Barışıq Sazişinin bağlanması barədə razılığa gəldilər:
1. Tərəflər Cavabdeh1 15-G-1-0-884-14 saylı, 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 30.10.2022-ci il tarixinə olan borcu məbləğini 15.054 (on beş min əlli dörd manat) manat müəyyən edirlər.
2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş: ünvan ünvanda yerləşən Cavabdeh1 məxsus mülkiyyətdə olan 0.024 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 22 000 (iyirmi iki min manat) manat məbləğində müəyyən edilsin.
3. Göstərilən 15.054 (on beş min əlli dörd manat) manat borcun 4554 (dörd min beş yüz əlli dörd manat) manat məbləğində hissəsini Cavabdeh1 30.10.2021-ci il tarixinədək İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür.
4. Borcun qalıq hissəsi olan 10.500 (on min beş yüz manat) manat məbləğini Cavabdeh1 30.10.2022-ci il tarixinədək hər ay 500 (beş yüz manat) manat, sonuncu ödəniş isə 30.10.2022-ci il tarixində 5000 (beş min manat) manat olmaqla iddiaçı Yelo Bank” ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür.
5. Borclular 10.500 (on min beş yüz manat) manat məbləğində vəsaiti, bu bənddə qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürürlər.
Ödənişi Ödəniş əs Faiz .00ıcəri Aylıq cəmi n günləri borcdan ödən mə borcundan ödəniş (AZN) sayı ödəniş işi ödöödəniş 1 30 noyabr 2021 500.00 0.00 0.00 500.00 2 30 dekabr 2021 500.00 0.00 0.00 500.00 3 30 yanvar 2022 500.00 0.00 0.00 500.00 4 28 fevral 2022 500.00 0.00 0.00 500.00 5 30 mart 2022 500.00 0.00 0.00 500.00 6 30 aprel 2022 500.00 0.00 0.00 500.00 7 30 may 2022 500.00 0.00 0.00 500.00 8 30 iyun 2022 500.00 0.00 0.00 500.00 9 30 iyul 2022 500.00 0.00 0.00 500.00 10 30 avqust 500.00 0.00 0.00 500.00 2022 11 30 sentyabr 500.00 0.00 0.00 500.00 2022 12 30 oktyabr 5000.00 0.00 5000.00 2022 0.00 Cəmi: 10,500.00 0.00 10,500.00
6. Hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğləri güzəşt olunur.
7. Bu sazişlə razılaşdırılmış qaydada İddiaçı ASC-nə 15.054 (on beş min əlli dörd manat) manat məbləğində borc Cavabdeh1 tərəfindən ödənildiyi halda, cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunacaqdır.
8. Barışıq sazişində qeyd edilən qaydada və tarixdə Cavabdeh1 tərəfindən banka olan borc məbləği tam ödənilsə borcun olmadığı haqqında arayış verilir və ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, 2-ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.024 ha torpaq sahəsi girovdan azad edilir, müvafiq məktublar təqdim edilir və rüsumlar bağışlanılır.
9. Kredit öhdəliyi məhkəmə xərcləri və ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin girovdan azad olunması üçün tələb olunan xərclər kredit öhdəliyi tam icra olunduqdan sonra girov yüklülükdən azad edilir, müvafiq məktublar təqdim olunur və rüsumlar bağışlanılır.
10. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızma və X5ma qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia tələbindən imtina edir.
11. Barışıq sazişinin yuxarıda qeyd edilən şərtləri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 tərəfindən razılaşdırılmış qaydada və müddətdə icra edilmədikdə tərəflər aşağıdakı qaydada razılaşırlar: 11.1 Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 müştərək qaydada 2014-cü il 25 noyabr tarixli kredit müqaviləsi üzrə 12.568,90 (on iki min beş yüz altmış səkkiz manat doxsan qəpik) manat əsas, 4.927,36 (dörd min doqquz yüz iyirmi yeddi manat otuz altı qəpik) manat faiz, 201,09 (iki yüz bir manat doqquz qəpik) manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 841,10 (səkkiz yüz qırx bir manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 18.538,45 (on səkkiz min beş yüz otuz səkkiz manat qırx beş qəpik) manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqını İddiaçı ASC- nin hesabına ödənilməsini öz öhdələrinə götürürlər. 11.2 Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 müştərək qaydada tutulan borc məbləğinin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, 2ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.024 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin likvid qiymətinin 22.000 (iyirmi iki min manat) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, 2-ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evinin və 0.024 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilsin. 11.3 Satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda borc məbləğinin qalan hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 müştərək qaydada icra edilməsini öz öhdələrinə götürürlər. 11.4 Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, 2-ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.024 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolu, 2-ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.024 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilsin. 11.5. Cavabdeh1, Cavabdeh3 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı- Hövsan yolu, 2-ci döngədə, 3 otaqlı, 77.0 kv.m ümumi, 52.7 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 11 “A” saylı ünvanda yerləşən fərdi yaşayış evinin və 0.024 ha torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsini öz öhdələrinə götürürlər.
12. Barışıq sazişinin təsdiq edilməsinə dair qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) iş günü müddətində qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir.
13. Barışıq sazişi Tərəflərin, yaxud onların vəkalətli nümayəndələrinin imzaları ilə təsdiq olunduqdan sonra məhkəməyə təqdim edilir. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
14. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
15. Barışıq sazişi azərbaycan dilində, 3 (üç) vərəqdə, 5 (beş) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, ikisi cavabdehlərə, biri isə Suraxanı rayon rayon Məhkəməsində iş materiallarında saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi üzrə tərəflər arasında 10 noyabr 2021-ci il tarixdə, yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və borcun məcburi qaydada tutulması ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov