Məhkəmə qərarları › İş №2(010)-2217/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2217/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2217/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nin nümayəndəsi X3 Cavabdeh2-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nin cavabdehlər X4 və Cavabdeh2-nə qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin cavabdehlər X2 və Cavabdeh2-nəqarşı “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət edərək iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2-dən və X1 müştərək qaydada 24366,38 (iyirmi dörd min üç yüz altmış altı dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun, 14192,99 (on dörd min yüz doxsan iki dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz borcunun, 6237,53 (altı min iki yüz otuz yeddi dollar əlli üç sent) ABŞ dolları məbləğində dəbbə pulunun, Azərbaycan Respublikası MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 3339,44 (üç min üç yüz otuz doqquz dollar qırx dörd sent) ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə isə 48136,34 (qırx səkkiz min yüz otuz altı dollar otuz dörd sent) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinətutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxx” Kommersiya Bankına ərizə ilə müraciət edərək ona 85000 ABŞ dolları məbləğində qarantiya verilməsini xahiş etmişdir. Bank ilə cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixində 19-2/058 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 2.3 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 85000 ABŞ dolları məbləğində qarantiya verilmişdir. Daha sonra, xx xxxxxx 2014-cü il tarixli 01 saylı əlavə sazişə əsasən Qarantiya Müqaviləsinə dəyişikliklər edilərək qarantiya məbləği 121000 ABŞ dollarına artırılmış, müqavilənin müddəti isə xx xxxxxx 2015-ci il tarixədək müəyyən edilmişdir. Qarantiya müqaviləsi üzrə Cavabdeh2-nin hdəliklərini təmin etmək məqsədi ilə X4 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən X4 Cavabdeh2-nin Bank qarşısında öhdəliklərinin tam icra olunmasına dair cavabdehlik daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx xxx 2018-ci il tarixinə Banka qeyd edilən borc məbləği yaranmışdır. Ona görə də, iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2dən və X1 müştərək qaydada 24366,38 (iyirmi dörd min üç yüz altmış altı dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 14192,99 (on dörd min yüz doxsan iki dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 6237,53 (altı min iki yüz otuz yeddi dollar əlli üç sent) ABŞ dolları məbləğində dəbbə pulu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 3339,44 (üç min üç yüz otuz doqquz dollar qırx dörd sent) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 48136,34 (qırx səkkiz min yüz otuz altı dollar otuz dörd sent) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh2-nin nümayəndəsi və vəkili Vəkil və cavabdeh X4 həmin qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyəti üzrə baxılması təzələnmişdir. Cavabdeh2-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2-nin nümayəndəsi Vəkil iddia tələbinə etirazını bildirərək, tələbə iddia müddətinin tətbiq edilməli olduğunu bildirdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia tələbinə iddia müddəti tətbiq edilməklə, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - QSC “xxxxxxxxxxxxx” KB ilə “Cavabdeh2 Ko” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19-2/058 nömrəli Bank qarantiyası müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 2.3 % olmaqla 85000 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə qarantiya verilmişdir. - 19-2/058 nömrəli, xx xxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bir tərəfdən Qarant qismində QSC “xxxxxxxxxxxxx, digər tərəfdən Zamin qismində Cavabdeh1 və üçüncü tərəfdən Prinsipal qisində “Cavabdeh2 Ko” MMC Qarantla Prinsipial arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı qarantiya müqaviləsinə əsasən 85000 ABŞ dolları məbləğində verilən qarantiya, ona hesablanmış faizlərin və müqavilədən irəli gələn gigər ödənişlərin qaytarılmasının təminatı kimi Zaminin Prinsipalın öhdəliklərinin yerinə yetirilməsinə görə Qarant qarşısında cavabdehlik daşımağı öhdəsinə götürməsi barədə müqavilə imzalamışlar. - xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı Qarantiya müqaviləsinə 1 №li əlavədən görünür ki, müqaviləyə əsasən qarantiya məbləği 121.000,00 ABŞ dollarından artıq olmayan məbləğ müəyyən edilmiş, Prinsipialın müqavilə üzrə öhdəliklərinin qarantiya ilə təmin edilməsinə görə Qaranta illik 2.5 % miqdarında bank əməliyyat komisyon rüsumunun hər rübün əvvəlində ödəməsi müəyyən edilmiş, qarantiyanın tarixi xx xxxxxx 2014-cü ildən xx xxxxxx 2015-ci ilədək müəyyən edilmişdir. - xx xxxxxx 2013-cü il tarixli 19-2/058 saylı Zaminlik müqaviləsinə 1 №li əlavədən görünür ki, qarantiya məbləği 121.000,00 ABŞ dollarından artıq olmayan məbləğin, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Zamin Prinsipialın öhdəliklərinin yerinə yetirilməsinə görə Qarant qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. - xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxx 2018-ci il tarixinə müqavilə üzrə əsas borc 24366.38 ABŞ dolları, xx xxx 2018-ci il üçün hesablanmış və tələb olunan faizlər 14192.99 ABŞ dolları, müqavilə üzrə borcun gecikdiyinə görə hesablanmış və tələb olunan cərimə 6237.53 ABŞ dolları, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz dərəcəsi 5%, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 3339.44 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmş ümumi borc 48136.34 ABŞ dolları təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı “xxxxxxxxxxxxx” KB QSC ilə “Cavabdeh2 Ko” MMC arasında xx.xx.2013-cü il tarixdə Bank qarantiyası müqaviləsi, elə həmin tarixdə də X4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bankla cavabdeh arasındakı xx xxxxxx 2014-cü il tarixli 01 saylı əlavə sazişə əsasən qarantiya müqaviləsinə dəyişiklik edilərək müqavilənin müddəti xx xxxxxx 2015-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə edilmiş sonuncu ödəniş xx.xx.2015-ci ilə təsadüf edir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, ərizə əsaslıdır. Belə ki, mülki işin materiallarından görünür ki, tərəflər arasındakı müqavilənin müddəti, yəni öhdəliklərin icra edilməsi vaxtı xx xxxxxx 2015-ci ilədək müəyyən olunmuşdur. Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə,müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 554.1-ci maddəsinə görə də müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». İddia müddətinin hazırkı işə tətbiqinin mümkünlüyünü nəzərdən keçirən məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə, müqaviləyə əlavə edilmiş saziş və ödəniş cədvəlindən görünür ki, müqavilənin icra müddəti xx.xx.2015-ci il, cavabdehin son ödəniş tarixi isə xx.xx.2015-ci ildir. Hazırkı iddia ərizəsi isə xx.xx.2019-cu ildə məhkəməyə daxil olmuş, yəni həm müqavilənin icra müddətindən, həm də borclu şəxsin borcun etirafına yönəlmiş hərəkətindən – sonuncu ödəniş tarixindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olmasını hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nin cavabdehlər X4 və Cavabdeh2-nə qarşı kredit borcu tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxxxx” KB QSC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar