Məhkəmə qərarları › İş №2(010)-2217/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2217/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2217/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı İsmayılova (İbrahimxəlilova) Leyla Vaqif qızının və Cavabdeh iştirakı ilə, İddiaçı İsmayılova (İbrahimxəlilova) Leyla Vaqif qızının Cavabdeh qarşı “təyin olunmuş alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1859/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi təyin olunan 193 manat məbləğində alimentin artırılaraq hər uşağa hər ay 220 manat sabit pul məbləğində tutulması. İddia tələbinin dəlliləri Cavabdehlə 23 noyabr 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü Aylin və xx.xx.2015-ci il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1859/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X11 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 3944 saylı nikahın pozulmasi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X13 anaları -cavabdeh X3 yanında saxlanılması, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment tutularaq cavabdeh X4 ödənilməsi qət edilmişdir. Təyin olunacaq aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. 2023-cü il üçün ölkə üzrə yaşaış minimumu uşaqlar üçün 220 manat müəyyən olunmuşdur. Mediasiya sessiyasına cavabdeh gəlməmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı İsmayılova (İbrahimxəlilova) Leyla Vaqif qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı İsmayılova (İbrahimxəlilova) Leyla Vaqif qızının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Özü “Allstone Group» MMC mazağa meneceri vəzifəsində işləyir və 670.00 manat məbləğində əmək haqqı alır. Bu səbəbdən iddiaçının istədiyi qədər ödəniş edə bilməyəcək, gücü çatacaq qədər ödəniş edir. Uşaqlarının saxlanılması üçün yalnız 200 manat məbləğində ödəniş edə bilər. İddiaçının heç bir maddi köməyə ehtiyacı yoxdur. İddiaçı hətta bu yaxın günlərdə oğlu ilə bərabər xarici ölkəyə istirahətə getmişdir. Qiymətləri tam olaraq bilməsə də, təyyarə qiymətləri və digər xərcləri nəzərə alsa hər bir halda bunun üçün böyük bir məbləğlər lazımdır. Bu hal belə özlüyündə bu iddianın əsassızlığını sübut edir. Nəinki alimentin artırılmasına hətta aliment məbləğinin aşağı salınması üçün kifayət edir. O, yeməyindən, geyinməyindən əsirgəyir, son qəpiyinə kimi aliment ödəyir. Lakin iddiaçı uşaqların saxlanması adı ilə aldığı pulları istədiyi kimi lüzumsuz səbəblərə xərcləyir. Bundan başqa, iddiaçının şəxsi biznesi mövcuddur, kifayət qədər qazancı vardır və adına daşınmaz əmlak və avtomobillər vardır. Onun şəxsi baxımına xərclədiyi məbləğlər onun 4-5 aylıq gəlirindən çoxdur. İddiaçı bu iddiasını onun maddi vəziyyətini ağırlaşdırmaq üçün qərəzli şəkildə qaldırmışdır. Öz adınpa heç bir əmlak və digər bir gəlir yoxdur. Məhkəmə yekun nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri mötəbər sübutlara əsaslanmalıdır. İddiaçı isə bu tələbini əsasladıran sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı xx.xx.2022-ci ildən bu günə onun maddi vəziyyətində hər hansı bir artımın və ya yaxşılaşmasının olmasını qeyd etməmişdir. Belə ki, əksinə vəziyyəti ağırlaşmışdır. İş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1859/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X2 ilə cavabdeh X11 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 3944 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X12 anaları - cavabdeh X3 yanında saxlanılması, iddiaçı X1 xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat məbləğində aliment tutularaq cavabdeh X4 ödənilməsi, iddiaçı X1 təyin olunmuş alimentə görə 66.32 manat məbləğində rüsum tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X11 arasında nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Bakı Nikah evi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2009-cu ildə doğulmuş və valideynləri Cavabdeh və X5r. 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2015-ci ildə doğulmuş və valideynləri Cavabdeh və X5r. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00274 saylı "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, Cavabdeh İddiaçı alimentin artırılması tələbi üzrə xx.xx.2023-cü il tarixində 13:00-14:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. AZEMİS vasitəsi ilə cavabdehin məlumatlarından görünür ki, Cavabdeh “Allstone Group» MMC mazağa meneceri vəzifəsində işləyir və 670.00 manat məbləğində əmək haqqı alır. İşin faktiki halları İddiaçı İsmayılova (İbrahimxəlilova) Leyla Vaqif qızı və Cavabdeh birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1859/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X1 xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2009cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment aliment tutulur. Hazırda iddiaçı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1859/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi təyin olunan 193 manat məbləğində alimentin artırılaraq hər uşağa hər ay sabit pul məbləğində 220 manat alimentin tutulmasını istəyir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, uşaqlarının saxlanılması üçün yalnız 200 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, tərəflərin övladı Mehdinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmə xərci Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (440x12= 5280 manat) mütənasib olan 72,8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-1859/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2217/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq iddiaçı İsmayılova (İbrahimxəlilova) Leyla Vaqif qızına ödənilməli, Cavabdeh ödənilməmiş 72,8 (yetmiş iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1859/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2217/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq iddiaçı İsmayılova (İbrahimxəlilova) Leyla Vaqif qızına ödənilsin. Cavabdeh ödənilməmiş 72,8 (yetmiş iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar